• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

2021-ci ilin qalmaqallı HADİSƏLƏRİ - Həbslər, qəfil ölümlər, intim görüntülər...

Cəmiyyət

23-12-2021, 09:06

2021-ci ilin qalmaqallı HADİSƏLƏRİ - Həbslər, qəfil ölümlər, intim görüntülər...2022-ci ilin astanasındayıq. Geridə qoyacağımız “öküz ili” ölkə ictimaiyyəti üçün sakit keçdi deyə bilmərik. Gözlənilməz həbslər, bəzi məmurların yayımlanan videoları 2021-i “rəngarəng” etdi. Sosial şəbəkələrdə yayılan və geniş müzakirə olunan videogörüntülər sayəsində məmurlar illərdi əyləşdikləri isti kresloları ilə vidalaşdılar. “Öküz ili” həm də bu cür videoları ilə tarixə düşən məmurlar üçün uğursuz il oldu.


xebernur.com saytı “öküz ili”nin qalmaqallı hadisələrindən bir neçəsini təqdim edir:


2021-ci yanvarın 28-də Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vəzifəsindən azad edilməsi xəbərinə çoxları inanmasa da, bu fakt idi. Adı nazirliyin rəsmi saytının struktur bölməsindən çıxarılan generalın hələ əvvəllər də vəzifəsindən azad olunması ilə bağlı şayiələr yayılmışdı. Amma budəfəki xəbər şayiə olmadı.


2021 -ci ilin arzuedilən daha bir xəbəri Səhiyyə Nazirliyindən gəldi. 16 il bu sahəyə rəhbərlik edən Oqtay Şirəliyev insanların yaddaşında “səssiz nazir” kimi qalacaq. Koronavirusla bağlı vacib bir məqamda onun səssizliyi zamanla vətəndaşların qəzəbinə səbəb olmuşdu.


Sabiq deputat Hüseynbala Mirələmovun iş otağında yayılan videogörüntüsü qısa zamanda sürətlə sosial şəbəkələrdə yayıldı. Videogörüntü yayılan kimi sabiq deputat tutduğu bütün vəzifələrindən azad edildi. Bir müddət keçəndən sonra isə həmin görüntülərin bəzi internet platformalarından silindiyi məlum oldu.


Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov da intim videosu yayılan vəzifəli şəxslər sırasında xatırlanacaq. Videodanışıq zamanı ekran görüntüsünün qeydə alındığından xəbəri olmayan 67 yaşlı sədrin qeyri-etik görüntüləri uzun zaman müzakirə olundu.


Cari ilin may ayında 10 illik vəzifəsindən azad edilən “Azərsu” ASC-yə rəhbərlik edən Qorxmaz Hüseynov öz dəbdəbəli malikanəsi ilə gündəmə gələrək, vəzifəsindən azad edildi.


Adı bir neçə qalmaqalda hallanan Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini 57 yaşlı Xalidə Bayramova 4 başçını yola saldıqdan sonra 2021 -ci ilin may ayında tutduğu vəzifədən uzaqlaşdırıldı. 14 il Səbail rayonunda ən önəmli vəzifələrində olan xanım məmurun adı 3 il əvvəl 162 saylı məktəbin 14 yaşlı şagirdi Elina Hacıyevanın intiharında hallanırdı.


İkinci Qarabağ Müharibəsindən sonra Birinci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənovun da vəzifəsindən azad edilməsi xəbəri rəsmi təsdiqlənməsə də, geniş müzakirə yaratdı. H.Həsənovun Vətən müharibəsindəki Zəfərdən sonra ilk Silahlı Qüvvələr günündə təltif edilən hərbçilər, generallar arasında adı çəkilməməsi də şayiələrə zəmin yaratdı.


Deputatlar, məmurlar təkcə intim görüntüləri ilə deyil, həm də qollarının və vəzifələrinin gücündən istifadə etməsi ilə də xatırlanır. Belə ki, iyulun 29-da deputat Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək, xəsarət yetirməsi ilə “unudulmaz” oldu. 2015-ci ildən Milli Məclisin deputatı olan E.Səlimov barəsində həbs-qətimkan tədbiri seçilib.


Həbs həyatı yaşayan daha bir məmur isə Vüqar Səfərlidir. Uzun müddət KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vəzifəsini icra edən V.Səfərliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açıldı. O, bu günlərdə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.


2018 -ci ildə vəzifəsindən azad edilsə də, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2021 -ci ilin ilk aylarında həbs olundu. Hüquq-mühafizə orqanları tərəfindən ciddi korrupsiya faktları ilə bağlı saxlanılan Müslümovun istintaqı hələ də davam edir. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə haqqında həbs qətimkan tədbiri seçilib.


Bir müddət həbs həyatı yaşayan Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rafael Cəbrayılov da 2021-ci ildə qalmaqalı şəxs kimi yadda qaldı. Onun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildi. Həbsdəykən koronavirusa yoluxan sabiq deputat sentyabrın 20-də müalicə olunduğu "Yeni Klinika"da dünyasını dəyişdi.


“Formula -1” idman yarışmasının Azərbaycana gətirməsi ilə xatırlanan gənclər və idman naziri Azad Rəhimov 2021-ci ilin aprelin 30-da ABŞ-da müalicə aldığı xəstəxanada, 57 yaşında dünyasını dəyişdi. O, ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə alırdı.


Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid oldu, 10 hərbi qulluqçusu isə yaralandı.

Eyni ayda, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğradı. Qəza zamanı 14 hərbi qulluqçu şəhid oldu, 2 nəfər yaralandı.

Oxunub: 356
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

11-09-2021, 09:06

İntim videosu yayılan Ramiz Göyüşov nəyi xahiş etdi...

Siyasət

9-05-2020, 20:29

Mədəniyyət nazirinin müavini və Xidmət rəisi vəzifəsindən azad edildi - SƏRƏNCAM

Siyasət

22-05-2020, 13:12

Göygölün İcra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM

Gündəm

21-05-2020, 14:27

Əbülfəs Qarayev nazir vəzifəsindən azad edildi - SƏRƏNCAM

Gündəm

19-07-2021, 14:47

İlham Əliyev SOCAR-ın üç vitse-prezidentini işdən azad etdi - SƏRƏNCAM

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Dün, 12:14
    Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verdi
  • Dün, 11:10
    Müttəfiqliyə aparan yol: Azərbaycan-Qırğızıstan münasibətlərinin FOTOXRONİKASI
  • Dün, 11:08
    Ceyhun Bayramov Əraqçı ilə görüşdü
  • Dün, 10:46
    Bakıda aylıq normanın 5 qatından çox yağış yağdı
  • Dün, 10:43
    Bakıdan sonra İrəvan COP tədbiri keçirməyə hazırlaşır
  • Dün, 10:29
    Deputatımız ABŞ-ə gedir
  • Dün, 10:19
    İrana qarşı nüvə silahından istifadə edilməyəcək - Tramp
  • Dün, 10:15
    Qardaş ölkələr bu dəfə meydanda rəqibdir
  • Dün, 09:56
    Hikmət Hacıyevlə Alen Simonyan görüşüb
  • Dün, 09:53
    İlham Əliyev Ərdoğanla görüşdü - GÖRÜNTÜ
  • Dün, 09:50
    Modern.az 17 yaşında!
  • Dün, 09:45
    Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyi yeni mərhələyə keçir.
  • 31-08-2026, 16:02
    Çinin Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir
  • 31-08-2026, 11:54
    Prezident Qırğızıstanda səfərdədir
  • 31-08-2026, 11:31
    DYP-dən sürücülərə xəbərdarlıq
  • 31-08-2026, 11:06
    Azərbaycanın coğrafi üstünlüyü: Bakı ŞƏT üçün kritik önəmlidir
  • 31-08-2026, 10:51
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
  • 31-08-2026, 10:42
    Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
  • 31-08-2026, 10:19
    Pezeşkianla Paşinyan Qırğızıstana getdi
  • 31-08-2026, 10:10
    Xark adasını parça-parça edirlər - Tramp görüntüləri yaydı
  • 31-08-2026, 10:08
    Müəllimlərin təkrar sertifikasiyası BAŞLAYIR
  • 31-08-2026, 10:03
    Prezident Qırğızıstana gedəcək - GÖRÜNTÜ
  • 31-08-2026, 09:01
    Yasamal sakinlərinin nəzərinə!
  • 31-08-2026, 08:58
    Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
  • 31-08-2026, 08:56
    İki qardaş ölkənin baş diplomatları görüşdü
  • 31-08-2026, 08:53
    Avtomobillərin qiyməti artacaq?
  • 31-08-2026, 08:51
    Deputatdan Zelenskiyə gözlənilməz məsləhət
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
26-08-2026, 14:40
Azərbaycan Texnologiya Universitetinin dekanı Fazil müəllim Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir
28-08-2026, 09:50
Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə