Gəncədə avtomobil 59 yaşlı piyadanı vuraraq öldürüb
Gəncədə avtomobil 59 yaşlı piyadanı vuraraq öldürübGəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə Şah İsmayıl Xətai prospektinlə qeydə alınıb. Gəncə sakini, 1963-cü il təvəllüdlü Vəliyev İlyas Oruc oğlu yolu qarşı tərəfə keçərkən avtomobil onu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.