Bu gün Vətən müharibəsi qazisi Mobil Əhmədzadənin toy mərasimi keçirilib.
xebernur.com xəbər verir ki, toyda iştirak edən qonaqlar arasında əmək və əhalinin sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev də olub.
Nazir müavini toyda rəqs edib, ailə quran gənclərə xoşbəxtlik arzulayıb.
Qeyd edək ki, Mobil Əhmədzadə Şuşa uğrunda gedən döyüşlərdə ermənilər tərəfindən yaralı halda əsir götürülmüşdü. O, 35 gün əsirlikdə saxlanıldıqdan sonra azad edilmişdi.Demokrat.az

