• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Bakı Baş Gömrük İdarəsinin rəis Müavini Elmir Ramazanov Dövlət Gömrük Komitəsi ilə hesablaşmayaraq sahibkara əngəllər yaradır

Cəmiyyət

28-04-2023, 15:17

Bakı Baş Gömrük İdarəsinin rəis Müavini Elmir Ramazanov Dövlət Gömrük Komitəsi ilə hesablaşmayaraq sahibkara əngəllər yaradır


Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti,
Azərbaycan Respublikasının Birinci Xanımı,
xanım Mehriban Əliyevaya
Surəti:Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova
Surəti Azərbaycan Respublikası Milli Məclisinin Sədri
xanım Sahibə Əli qızı Qafarovaya
Surəti:Prezident Administrasiyasnın İqtisadi Məsələlər və İnnovativ
İnkişaf Siyasəti şöbəsinin müdiri
cənab Şahmar Mövsümova
Surəti:Azərbaycan Respublikasının Prezident Administrasiyasının
Rəhbəri (Korrupsiyaya ilə Mübarizə komissiyasının sədri)
cənab Samir Rafiq Oğlu Nuriyevə
Surəti: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
sədri cənab Şahin Bağırova
Surəti:Dövlət Gömrük Komitəsinin Apellyasiya şurasının rəhbərliyinə
Surəti:Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi
Cənab Orxan Nuriyevə
Surəti: Bakı Baş Gömrük idarəsinin rəisi vəzifəsini müvəqqəti
icra edən Gömrük Generalı cənab İsmayıl Hüseynova

Hörmətli cənab Prezident,
Bundan öncə 06.04.2023-cü il, 17.04.2023-cü il və 20.04.2023-cü il tarixində Sizə və Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, Mehriban xanım Əliyevaya həmçinin sürətlərini müxtəlif Dövlət qurumlarına ünvanladığım məktublarda qeyd etdiyim kimi hələ də bizim “GÜVƏN 2012”MMC-yə qarşı Bakı Baş Gömrük İdarəsində məmur özbaşnalığı, bürokratik əngəllər və süründürməçiliklər davam edir.
Məlumat üçün bildirirəm ki, vaxtı ilə nümayəndəsi olduğum, hazırda isə direktoru olduğum “GÜVƏN 2012”MMC-nin adına Çin Xalq Respublikasından 01231000091678 saylı bəyannamə üzrə göndərilmiş mallarla bağlı gömrük rəsmiləşdirilməsi süni şəkildə yubadılır.
Bir daha nəzərinizə çatdırıram ki, 14.03.2023-cü il tarixində “GÜVƏN 2012”MMC-nin adına 01231000091678 saylı bəyannamə üzrə mal daxil olmuşdur. Mallara müvafiq qaydada baxış keçirilmiş və gömrük rəsmiləri tərəfindən malların qiymətinin aşağı göstərilməsi qeyd edilmişdir.22.03.2023-cü il tarixində bir daha mallara baxış keçirilmiş və mallar Çindən gələn konteynerdən, buraxılışa verilmə məqsədi ilə Azərbaycanda “OTEKO” maşınlara yüklənmişdir. Qeyd etməliyəm ki, həmin maşınlara yüklənən zaman gömrük əməkdaşları tərəfindən heç bir qanun pozuntusuna yol verilməsi faktı göstərilməmişdir.Sonradan 29.03.2023-cü il tarixində malları gömrükdən çıxartmaq məqsədi ilə Komitəyə müraciət etdikdə, məndən bəyannaməni götürərək bildirdilər ki, araşdırılma aparıldığdan sonra malların buraxılması üçün göstəriş veriləcək. Eyni zamanda mənə bildirildi ki, ikinci mal mövqeyi üzrə əlavə 15%-li mal qurupuna daxildir. Əlavə ödəniş təxminən 7000 manat ödənildikdən sonra malları gömrükdən götürə bilərsiniz. Mən həmin bəyannamə üzrə mənə deyilən məbləği dərhal ödədim və internet vasitəsilə ümumi sistemə vuraraq mallarımı çıxartmaq üçün Bakı Gömrüyünə getdim.
Orada Bakı Gömrüyünün Aqil və Nurlan adlı əməkdaşları mallarımın buraxılmasını təmin etmədilər və mənə bildirdilər ki, mənim mallarım çəki ilə yox ədədlə sayılmalıdı. Elə bu səbəbdən də mallarımı buraxmadılar. Mənə bildirdilər ki, bəyannamənin 41-ci qrafasındakı XİFMN ölçü vahidi 166 kodu malın faiz dərəcəsini bildirir.Tərəfimdən onların yanlış söylədiklərini qanunvericiliklə onlara sübut etdim. Lakin onlar öz dediklərinin üzərində dayandılar. Sonra Nurlan və Aqil tərəfindən təklikdə mənə təklif olundu ki, elə həmin ərazidə qaranlıq qutu kimi bir yerdə oturan gömrüyün əməkdaşlarının yanına girərək mənim yalnış, Aqil və Nurlanın isə doğru olduğunu söyləyim və mallarımı götürüm gedim. Mən işimin xatirinə onların dedikləri təkliflə razılaşdım və hamıya bildirdim ki, mən səhfəm Aqil və Nurlan düzdü. Buna baxmayaraq mallarım gömrükdən buraxılmadı. Belə ki, Bakı Baş Gömrüyünün rəis Müavini Elmir Ramazanov mallarımın buraxılmasına söz versə də malları buraxmadı. Ertəsi gün Respublikanın Dövlət Gömrük Komitəsi sədrinin müavini İsmayıl Hüseynovun yanında mənim mallarımın gömrük rəsmiləşdirilməsi ilə bağlı Bakı Gömrük Komtəsinin işçiləri Aqil, Nurlan və Elmirin iştirakı ilə araşdırılma keçirildi. Orada İsmayıl müəllim mənim iddialarımın əsaslı olduğunu bildirdi. Bu zaman Elmir Ramazanov mənə bildirdi ki, mallarıma görə 33000 manat ödəmişəm aramızda 37000 manatın söhbəti gedir. Gəl belə edək, yarısı sənin yarısı mənim. Məndə ona bildirdim ki, bura onun şəxsi obyekti deyil, Dövlət İdarəsidir və hər şey qanunla tənzimlənməlidir. Beləliklə mənimlə sövdələşmə baş tutmadı. Bundan sonra İsmayıl müəllim təklif etdi ki, mallarımla bağlı hesablama yenidən aparılsın və bir nəticəyə gəlinsin. Araşdırılma aparılan otaqdan çölə çıxdığda Aqil mənə bildirdi ki, heç bir hesablanma aparıla bilməz və biz nə dediksə odur. Eyni zamanda təklif etdi ki, gəl sənin mallarını yönləndirək başqa şöbəyə orada məsələni həll edərsən. Beləliklə bu günədək gömrükdə qanunsuz olaraq uydurma əsaslarla mallarım gömrükdən buraxılmadı. 03.04.2023-cü il tarixində, gömrük sistemindən mənə rəsmi olaraq bildiriş göndərilmişdir. Həmin bildirişdə mal bəyannaməsinə görə iki mövqe bildirilmişdir, 3-cü mövqedən isə əsər-əlamət belə yox idi. Həmin bildirişdə 1-ci mal mövqeyində 27960, 2-ci mal mövqeyi üzrə isə 94000 ABŞ dolları qeyd edilmişdir. Beləliklə ümumi mal üzrə məndən 78000 manat gömrük rüsumu tələb olundu. Mən həmin məbləğin çox olduğunu görərək, maldan imtina edərək geri göndərilməsi ilə əlaqədar 06.04.2023-cü il tarixli ərizə ilə Gömrük Komitəsinə müraciət etdim. Eyni zamanda həmin ərizənin sürətini Bakı Baş Gömrük İdarəsinə və müxtəlif Dövlət orqanlarınada göndərdim. Ərizəmin üzərinə mallarımın geri göndərilməsinə icazə verilməsi barədə Gömrük Komitəsi tərəfindən dərkanar qoyulmasına baxmayaraq bu günədək malların qanunsuz olaraq gömrükdə saxlanılır. Qeyd etməliyəm ki, bu gün mənim mallarım bəlkə də korroziyaya uğrayaraq sıradan çıxır. Ayın 14-də səhər tezdən mən Gömrük Komitəsinin binasında Gömrük Komitəsinin sədri ilə rastlaşdım. O, Komitənin rəhbər işçilərini mənim mallarımın buraxılması ilə əlaqədar müvafiq işlərin yerinə yetirilməsi ilə bağlı təlimatlandırdı və bildirdi ki, malları geri qaytara bilərsən. Elə həmin gün Gömrük Komitəsinin rəhbər işçiləri ilə Gömrük Komitəsinə getdik, mallarıma baxış keçirildi və aktlaşdırıldı. Həmin vaxt Komitə Sədrinin müavini General İsmayıl Hüseynov olmaqla gömrük orqanının rəhbər işçiləri və mən də “GÜVƏN 2012”MMC-nin səlahİyyətli nümayəndəsi kimi imzaladıq. Həmin aktda qeyd edilmişdir ki, mənim qaldırdığım məsələlər yerində araşdırıldı, araşdırma zamanı idxal edilən malların içərisində aşkat edilmiş 3200 ədəd “qaz kranına” oxşar predmentin olduğu, həmin malın adı, təyinatı XİFMN kodu və malların gömrük dəyəri barədə araşdırılma aparıldı. Araşdırmanın nəticəsinə uyğun olaraq yekun qərarın qəbul ediləcəyi mənim nəzərimə çatdırıldı. Həmin aktda yalnız 3200 ədəd qaz kranına oxşar malın maya dəyərindən söhbət gedirdi.Ümumi bəyənnamə üzrə göstərilən malların gömrük dəyərindən bəhs edilmirdi. 17.04.2023-cü il tarixində mən media nümayəndələrinin qarşısında gömrükdə mənimlə əlaqədar baş verən qanunsuz əməllərdən danışdığım zaman gömrük orqanının əməkdaşları mənə bildirdi ki, həmin mallarla bağlı iş Dövlət Gömrük Komitəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib. Beləliklə məni istintaqla təhdid etməyə başladılar və lazım gələrsə məhsuliyyətə cəlb ediləcəyim barədə hədə-qorxu gəlməyə başladılar.Təbii ki, mən qanuni mövqeyimdən çəkinmədim və sona qədər Gömrük Orqanlarında qanunçuluğun bərpa edilməsi üçün mübarizə aparacağımı bildirdim və qeyd etdim ki, yalnız bu yolla ölkə Prezidentinə bir sahibkar kimi dəstək ola bilərəm və bu məqsədlə özbaşnalıq edən, qanunları pozan, ölkəmizin qanuni müstəvidə inkişaf etməsinə maneə törədən məmurları ifşa etmək işində Dövlət Başçısına yardımçı ola bilərəm.
Qeyd etmək istəyirəm ki, Gömrük Komitəsinin Sədri və rəhbər işçiləri həmçinin əməkdaşlarla söhbət zamanı mən onlara bildirdim ki, bizim malların bəyan edildiyin gündən bu günkü günədək 01231000095206, 01231000108720, 012310001266006, 01231000098473, 01231000120758, 01231000109736, 01231000126759, 01231000134501, 01231000142591 saylı bəyannamələrlə 848180 kodu altında su kranları, mətbəxt kranları 2.5 dollar statistik dəyər çəki ilə hesablama qaydasını nəzərə alaraq hesablanıb mallar buraxılışa gedibdir. Nə səbəbdən mənim mallarımla bağlı fərqli bir hesablama qaydasının tətbiq ediməsi barədə sualıma cavab tapa bilmədim. Necə olur ki, eyni mal üzrə birinə az birinə isə çox məbləğlə hesablama qaydası aparılır? Buradan açıq aydın görünür ki, gömrüyün Elmir, Aqil, Nurlan və Nazim Məmmədli adlı əməkdaşları tərəfindən qərəzli mövqe nümayiş etdirilir və qanuni hüquqlarım tapdalanır.
Hal-hazıradək mallarımı qanunsuz olaraq Bakı Baş Gömrük İpəkyolu Terminalında saxlanılması səbəbindən xeyli maddi zərərə uğramışam, həmçinin xarici həmkərlarım arasında işgüzar nüfuzuma xələl gəlmişdir. Mənim nüfuzum heç, gömrük əməkdaşlarının qanunsuz əməlləri nəticəsində ölkəmizin beynəlxalq aləmdə imicinə də zərbə vurulur. Gömrük əməkdaşlarının qanunsuz əməlləri biz sahibkarların vasitəsi ilə ölkəmizə investisiya yatırmaq istəyən sahibkarları da bu işdən çəkindirir.
Yuxarıda deyilənlərə əsasən mənim direktor olduğum “GÜVƏN 2012”MMC-yə aid hazırda Bakı Baş Gömrük İdarəsində qanunsuz olaraq saxlanılan mallarımın buraxılması ilə bağlı müvafiq İcra Hakimiyyəti Orqanlarının Rəhbərlərinə göstəriş verməyinizi eyni zamanda Dövlət Gömrük Komitəsində baş verən qanunsuzluqlar barədə məlumatların tərəfimdən Sizə çatdırılması məqsədi ilə Prezident Administrasiyasının vəzifəli şəxsləri tərəfindən məni qəbul etmələri barədə göstəriş vernməyinizi Sizdən xahiş edirəm.

Qoşma 4 vərəq

Hörmətlə,
“GÜVƏN2012”MMC-nin
Direktoru Ramil Aslanov

Oxunub: 877
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

31-10-2019, 11:33

Azərbaycan manatının dövretmə sürəti artıb

Siyasət

19-05-2020, 16:49

Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibi müəyyənləşib - SƏRƏNCAM

Cəmiyyət

17-11-2022, 11:08

Milli Məclisin növbəti iclası keçirilir

Gündəm

18-11-2022, 11:22

Milli Məclisin növbəti iclası başlayıb

Maraqlı

13-04-2022, 07:57

Ölkə ərazisində küləyin sürəti 30 m/s-a çatıb.

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Bugün, 10:42
    Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
  • Bugün, 10:19
    Pezeşkianla Paşinyan Qırğızıstana getdi
  • Bugün, 10:10
    Xark adasını parça-parça edirlər - Tramp görüntüləri yaydı
  • Bugün, 10:08
    Müəllimlərin təkrar sertifikasiyası BAŞLAYIR
  • Bugün, 10:03
    Prezident Qırğızıstana gedəcək - GÖRÜNTÜ
  • Bugün, 09:01
    Yasamal sakinlərinin nəzərinə!
  • Bugün, 08:58
    Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
  • Bugün, 08:56
    İki qardaş ölkənin baş diplomatları görüşdü
  • Bugün, 08:53
    Avtomobillərin qiyməti artacaq?
  • Bugün, 08:51
    Deputatdan Zelenskiyə gözlənilməz məsləhət
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
  • 28-08-2026, 09:29
    Bəs “vaxtı gələndə” nə deməkdir?
  • 28-08-2026, 09:27
    Ermənistanda 3 nazirliyin adı dəyişdirildi
  • 28-08-2026, 09:24
    Daşqın nəticəsində ölənlərin sayı 500-ə çatır
  • 28-08-2026, 09:22
    İlin son Ay tutulması başlayıb
  • 28-08-2026, 09:20
    UEFA reytinqində Azərbaycanın mövqeyi
  • 28-08-2026, 09:18
    7 ölkə İrana görə İstanbulda toplaşır - kritik görüş
  • 27-08-2026, 16:22
    Prezident “Sabah”a 5 milyon pul ayırdı
  • 27-08-2026, 16:06
    Müasir Azərbaycan cəmiyyətində qadın ziyalı obrazını ləyaqətlə təmsil edən Mina Şirinova (Minə Aqil), həm təhsil rəhbəri, həm də istedadlı qələm sahibi kimi tanınır
  • 27-08-2026, 12:03
    Məktəbli geyimlərin qiyməti aşağı salındı - SATIŞ ÜNVANLARI
  • 27-08-2026, 11:29
    Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb
  • 27-08-2026, 10:28
    Rayonlara leysan yağıb - FAKTİKİ HAVA
  • 27-08-2026, 10:23
    Son 20 ildə Bakıya 200 milyard dollar xərclənib? - Açıqlama
  • 27-08-2026, 10:00
    Bu gün püşkatmadır - “Sabah”ın rəqibləri bəlli olacaq
  • 27-08-2026, 09:35
    Azərbaycan neftində geriləmə davam edir - 91 dollara düşdü
  • 27-08-2026, 09:32
    Əlcəzairdə meşə yanğınları - 12 ölü, 54 yaralı
  • 27-08-2026, 09:22
    Nigar Fərhad saxlanıldı
  • 27-08-2026, 09:19
    Türk dövlətlərinə şəxsiyyət vəsiqəsi ilə getmək mümkün olacaq - ANONS
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
24-08-2026, 19:30
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirildi. 24.08.2026
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
25-08-2026, 17:52
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Mincəçevir şəhərində keçirildi. 25.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə