• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Qurban bayramı ilə bağlı fətva verildi

Cəmiyyət

22-06-2023, 11:01

Qurban bayramı ilə bağlı fətva verildi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.



Xebernur.com xəbər verir ki, fətvada deyilir:



“Bağışlayan və Mərhəmətli Allahın adı ilə!



Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası İslam aləminə əziz olan mübarək Eyd-əl-Əzha-Qurban bayramı ərəfəsində Bayram Fətvasını xalqımızın və dindarlarımızın diqqətinə təqdim edir və bildirir:


AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcəkdir. Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də məscidlərimizdə Bayram namazı qılınacaqdır.



Qurban bayramı Ülul-əzəm peyğəmbərimiz Həzrət İbrahimin (ə) əhdi və oğlu Həzrət İsmayılın (ə) dəyanəti ilə bəşər tarixində iz qoyan bir gündür. Bu müqəddəs bayram müsəlmanlar arasında ünsiyyəti, həmrəyliyi, yardımlaşmanı, qardaşlıq və dostluğu möhkəmləndirir. Tarix boyu müsəlmanlar:“...Rəbbin üçün namaz qıl və qurban kəs!” (“Kövsər”, 2) ilahi əmrinə riayət edərək Qurban bayramını qeyd edirlər. Vəhdət əqidəsi altında insanları birləşdirən Qurban ibadətinin mahiyyəti barəsində Qurani-Kərimdə belə buyurulur: “Onların (kəsilən qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz (bununla Allahın razılığına nail ola bilməzsiniz) . Allaha çatacaq olan yalnız sizin təqvanızdır (Allahın rizasını səmimi qəlbdən etdiyiniz ibadətlə və yaxşı əməllərlə əldə edə bilərsiniz)” (“əl-Həcc”, 37).


Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulmuşdur. Digər yerlərdə isə maddi imkanı olan adamların qurban kəsməsi bəyənilən əməldir və Həzrət Peyğəmbərin (s) mübarək hədisinə əsasən “Adəm oğlu üçün Qurban bayramı günündə Allah yolunda qurbanlıq kəsməkdən daha gözəl bir əməl ola bilməz”. Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, iribuynuzlu heyvan və dəvəni də qurbanlıq niyyəti ilə kəsmək olar. Qurbankəsmə ayininin təmizlik və sanitariya qaydalarına uyğun şəraitdə, müvafiq icra qurumları tərəfindən təyin olunmuş yerlərdə kəsilməsi məqsədəuyğundur. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalı, xəstə və qüsurlu olmamalıdır. Qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Keçi və qoyunu bir nəfər, iribuynuzlu heyvanı isə bir neçə nəfər cəmləşərək kəsə bilər. Borc alıb qurban kəsmək şəriətə uyğun deyildir. Heyvanın üzü qibləyə yönəldilərək Qurban niyyəti ilə sahibi və ya kəsəni tərəfindən Allahın adı çəkilərək kəsilməsi vacibdir, həmçinin qurbanlıq azyaşlı uşaqların və digər heyvanların gözü qarşısında kəsilməməlidir. Qurban ətinin satılması və ya sahibinə gəlir gətirən işlərin görülməsi haramdır. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibinin özünə götürməsi, ikinci hissənin fəqir və imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Qurban şükür, səmimiyyət, ixlas və mərhəmət bayramı olduğundan bu mübarək günlərdə valideynlərin və yaxınların ziyarət olunması, qocalara və yetimlərə qayğı göstərilməsi bəyənilən əməllərdəndir.



Əziz qardaş və bacılar! Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların Allah-təala tərəfindən qəbul olduğu zamandır. Bu niyyətlə bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz, dövlətçiliyimizin qurucusu Ulu Öndər Heydər Əliyevi rəhmətlə yad edir, dövlət başçımız, müzəffər Ali Baş Komandan, Zati-aliləri Prezident İlham Əliyevin, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz fəaliyyətlərinə Azərbaycan dindarlarının xeyir-dualarını çatdırır, bu mübarək günlərdə onlara və ailələrinə ən böyük İlahi nemət olan cansağlığı diləyirik.


Qafqaz Müsəlmanları İdarəsi və Qazılar Şurası müqəddəs Qurban bayramı münasibətilə dünya müsəlmanlarını və Azərbaycan xalqını, Zəfər sevincimizdə payı olan Şanlı Ordumuzun əsgər və zabitlərini təbrik edir, Allah, Vətən və Zəfər uğrunda canlarını qurban edən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa arzulayır. Allah-Taala dövlətimizə qüdrət, xalqımıza əzəmət, süfrələrimizə bərəkət bəxş etsin! Dua və ibadətləriniz qəbul, Qurban bayramınız mübarək olsun!



Vəssəlаmu əleykum və rəhmətullаhi və bərəkаtuh!”

Oxunub: 333
Paylaş:
Digər xəbərlər

Gündəm

20-07-2021, 10:12

Bayram namazı qılındı

Cəmiyyət

15-07-2021, 15:46

Səhiyyə Nazirliyindən əhaliyə Qurban bayramı MÜRACİƏTİ

Gündəm

8-07-2022, 23:20

İlham Əliyevdən Qurban bayramı PAYLAŞIMI

Cəmiyyət

5-06-2020, 04:04

Məhərrəm ayının başlanacağı tarix məlum oldu

Gündəm

20-07-2021, 10:02

MEHRIBAN ƏLIYEVADAN BAYRAM TƏBRİKİ

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Bugün, 11:54
    Prezident Qırğızıstanda səfərdədir
  • Bugün, 11:31
    DYP-dən sürücülərə xəbərdarlıq
  • Bugün, 11:06
    Azərbaycanın coğrafi üstünlüyü: Bakı ŞƏT üçün kritik önəmlidir
  • Bugün, 10:51
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
  • Bugün, 10:42
    Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
  • Bugün, 10:19
    Pezeşkianla Paşinyan Qırğızıstana getdi
  • Bugün, 10:10
    Xark adasını parça-parça edirlər - Tramp görüntüləri yaydı
  • Bugün, 10:08
    Müəllimlərin təkrar sertifikasiyası BAŞLAYIR
  • Bugün, 10:03
    Prezident Qırğızıstana gedəcək - GÖRÜNTÜ
  • Bugün, 09:01
    Yasamal sakinlərinin nəzərinə!
  • Bugün, 08:58
    Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
  • Bugün, 08:56
    İki qardaş ölkənin baş diplomatları görüşdü
  • Bugün, 08:53
    Avtomobillərin qiyməti artacaq?
  • Bugün, 08:51
    Deputatdan Zelenskiyə gözlənilməz məsləhət
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
  • 28-08-2026, 09:29
    Bəs “vaxtı gələndə” nə deməkdir?
  • 28-08-2026, 09:27
    Ermənistanda 3 nazirliyin adı dəyişdirildi
  • 28-08-2026, 09:24
    Daşqın nəticəsində ölənlərin sayı 500-ə çatır
  • 28-08-2026, 09:22
    İlin son Ay tutulması başlayıb
  • 28-08-2026, 09:20
    UEFA reytinqində Azərbaycanın mövqeyi
  • 28-08-2026, 09:18
    7 ölkə İrana görə İstanbulda toplaşır - kritik görüş
  • 27-08-2026, 16:22
    Prezident “Sabah”a 5 milyon pul ayırdı
  • 27-08-2026, 16:06
    Müasir Azərbaycan cəmiyyətində qadın ziyalı obrazını ləyaqətlə təmsil edən Mina Şirinova (Minə Aqil), həm təhsil rəhbəri, həm də istedadlı qələm sahibi kimi tanınır
  • 27-08-2026, 12:03
    Məktəbli geyimlərin qiyməti aşağı salındı - SATIŞ ÜNVANLARI
  • 27-08-2026, 11:29
    Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb
  • 27-08-2026, 10:28
    Rayonlara leysan yağıb - FAKTİKİ HAVA
  • 27-08-2026, 10:23
    Son 20 ildə Bakıya 200 milyard dollar xərclənib? - Açıqlama
  • 27-08-2026, 10:00
    Bu gün püşkatmadır - “Sabah”ın rəqibləri bəlli olacaq
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
24-08-2026, 19:30
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirildi. 24.08.2026
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
25-08-2026, 17:52
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Mincəçevir şəhərində keçirildi. 25.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə