Milli Məclisdə doğuma görə məzuniyyətin artırılması təklif edilib.
Xəbər verilir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
O bildirib ki, məzuniyyət günlərinin artırılıb 140 günə çatdırılması daha məqsədəuyğun olar.
Qeyd edək ki, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.