2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin nominal gəlirləri artıb.
Xəbər verilir ki, bu barədə Dövlət Statistika Komitəsinin "2026-cı ilin yanvar-iyun aylarında ölkənin sosial-iqtisadi inkişafı" hesabatında qeyd olunub.
Hesabata əsasən, ilin ilk altı ayında əhalinin nominal gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 47 milyard 309 milyon manat təşkil edib.
Sənəddə bildirilib ki, 2026-cı ilin yanvar-may aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı da artaraq 1175 manata çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz çoxdur.