“İnterfaks” agentliyinin məlumatına görə, partlayış Lipetsk şəhəri yaxınlığındakı aviabazada baş verib.
Rusiya tərəfindən ilhaq edilən Sevastopol şəhərinin qondarma qubernatoru Mixail Razvojayev isə şəhər yaxınlığında 3 pilotsuz uçuş aparatının məhv edildiyini bildirib. Rusiya Müdafiə Nazirliyi ölkənin hava məkanında Ukraynaya məxsus 75 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb. Onların əksəriyyəti Belqorod və Lipetsk vilayətləri üzərində sıradan çıxarılıb.
Ukrayna hakimiyyəti Lipetsk vilayətinə hər hansı zərbə endirilməsi barədə məlumat verməyib.
Qeyd edək ki, Ukrayna ordusunun bir neçə gün əvvəl Rusiyanın Kursk vilayətinə daxil olduğu, bölgədə döyüşlər getdiyi bildirilir.