• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Vasif Talıbov ön xətdə əsgərlərə baş çəkdi - FOTOLAR

Gündəm

19-08-2021, 16:04

Vasif Talıbov ön xətdə əsgərlərə baş çəkdi - FOTOLARNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Təkəqaya və Soyuq bölgələrində olub, ön xətdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.



Xebernur.İnfo xəbər verir ki, Ali Məclisin Sədri əsgərləri salamlayıb, çətin dağlıq şəraitdə xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirərək deyib: Ölkəmizin sərhədlərinin qorunması ordumuzun qarşısında duran əsas vəzifədir. Buranın da strateji ərazi olduğu nəzərə alınaraq 2014-cü ildə postların yaradılması və xidmətin təşkili barədə qərar verildi. Artıq 7 ilə yaxındır ki, Azərbaycan əsgəri çətin dağlıq şəraitdə fasiləsiz xidmət aparır, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir.



Ali Məclisin Sədri deyib: 3700 metr yüksəklikdə xidmət aparmaq cəsarət və dözümlülük, bu cür strateji yüksəkliyin əldə saxlanması isə böyük qəhrəmanlıq tələb edir. Siz bunları yerinə yetirdiniz və göstərdiniz ki, Azərbaycan əsgəri qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə qadirdi.



Ali Məclisin Sədri nümunəvi xidmətlərinə görə şəxsi heyətə təşəkkür edərək deyib: Yüksəkliklərdə xidmətin yaxşı təşkil olunması qələbələrin təməlidir. Əvvəllər bu ərazidə əsgərlər çətin şəraitdə xidmət aparırdılar. Bu gün xidmətinizi layiqincə yerinə yetirməyiniz üçün hər cür şərait yaradılıb. Həm əvvəllər, həm də indi əsgər və zabitlər bu ərazidə xidməti vəzifələrini layiqincə yerinə yetiriblər. Əminik ki, sizdən sonra xidmət edənlər də bu ənənəni davam etdirərək muxtar respublikamızın, ümumilikdə, ölkəmizin strateji yüksəkliklərini layiqincə qoruyacaqlar.Vasif Talıbov ön xətdə əsgərlərə baş çəkdi - FOTOLARƏsgər Sənan Babayev deyib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarının yüksəkliklərində xidmət etməyimizlə fəxr edir, bizə göstərilən müntəzəm diqqət və qayğıya görə öz minnətdarlığımızı bildiririk. Əmin edirik ki, bundan sonra da əzəli torpaqlarımızın keşiyində mərdliklə dayanacaq, sərhədlərimizi göz bəbəyimiz kimi qoruyacağıq.



Əsgərlərdən Ceyhun Yusifov və Azər Gəncəliyev deyiblər: "Bizimlə görüşə gəldiyiniz üçün əsgər yoldaşlarımız adından öz minnətdarlığımızı bildiririk və bu bizdə böyük ruh yüksəkliyinə və sevincə səbəb oldu. Sizi əmin etmək istəyirik ki, yeni zəfərlər qazanmaq üçün hər an əldə silah mübarizəyə qalxmağa, tarixi torpaqlarımızda qələbə bayrağı sancmağa daim hazırıq".



Əsgər Qurban Məmmədov deyib: "Yüksəkliklərdə xidmətin təşkili üçün hər cür şərait yaradılmışdır. Söz veririk ki, bundan sonra da əmr və tapşırıqların yerinə yetirilməsinə daim hazır olacağıq. Səbirsizliklə əmr gözləyirik ki, tez zamanda qədim Zəngəzur torpaqlarımızı da işğaldan azad edək. Bunun üçün canımızdan keçməyə hazırıq".



Sonra şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan "Hamı bir nəfər, bir nəfər hamı üçün!" şüarını səsləndiriblər.



Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, digərlərinə təşəkkür elan edib, yaradılan şəraitlə maraqlanıb, komanda müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub.

Vasif Talıbov ön xətdə əsgərlərə baş çəkdi - FOTOLARBildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun dəniz səviyyəsindən 3000 metrdən artıq yüksəkliklərdə yerləşən bölmələrində 2021-ci ilin ötən dövrü ərzində hərbi təyinatlı obyektlərin tikintisi uğurla davam etdirilərək, ümumilikdə 11 müdafiə mövqeyində yeni əsgər yataqxanaları tikilib, mövcud olanlar əsaslı təmir edilib. Müdafiə mövqelərini daimi elektrik enerjisi ilə təmin etmək üçün yeni günəş panelləri quraşdırılıb. Çətin dağlıq şəraitdə yerləşən bölmələrdə, dayaq məntəqələri və mövqelərdə müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Bölmələrdə əsas və ehtiyat səngərlər, mövqelər və müşahidə məntəqələri salınaraq dayaq məntəqələri təkmilləşdirilib.



Sıldırım qayalıqların arasında aparılmış mühəndis işləri nəticəsində əvvəllər uzun vaxt sərf edilən yolu bu gün qısa zamanda qət etmək mümkündür. Ümumilikdə mühəndis texnikalarının köməyi ilə yaşayış məntəqələri və müdafiə mövqeləri arasında 70 kilometrlik hərəkət yolu yenidən çəkilib və 200 kilometrdən artıq təminat yolu təkmilləşdirilərək bərpa edilib.

Oxunub: 448
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

10-08-2021, 18:04

Vasif Talıbov DSMF-nin sədrini dəyişdi

Siyasət

24-05-2020, 02:01

Naxçıvan MR-ə yeni Baş naziri təyin edildi

Cəmiyyət

31-05-2021, 10:51

Penitensiar xidmətin əsgəri özünü güllələyərək intihar edib

Cəmiyyət

18-02-2020, 22:03

Azərbaycan əsgəri qarlı dağlarda döyüş təlimi keçir

Siyasət

4-11-2019, 09:55

Qohum olan məmurlar — SİYAHI

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Bugün, 16:02
    Çinin Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir
  • Bugün, 11:54
    Prezident Qırğızıstanda səfərdədir
  • Bugün, 11:31
    DYP-dən sürücülərə xəbərdarlıq
  • Bugün, 11:06
    Azərbaycanın coğrafi üstünlüyü: Bakı ŞƏT üçün kritik önəmlidir
  • Bugün, 10:51
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
  • Bugün, 10:42
    Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
  • Bugün, 10:19
    Pezeşkianla Paşinyan Qırğızıstana getdi
  • Bugün, 10:10
    Xark adasını parça-parça edirlər - Tramp görüntüləri yaydı
  • Bugün, 10:08
    Müəllimlərin təkrar sertifikasiyası BAŞLAYIR
  • Bugün, 10:03
    Prezident Qırğızıstana gedəcək - GÖRÜNTÜ
  • Bugün, 09:01
    Yasamal sakinlərinin nəzərinə!
  • Bugün, 08:58
    Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
  • Bugün, 08:56
    İki qardaş ölkənin baş diplomatları görüşdü
  • Bugün, 08:53
    Avtomobillərin qiyməti artacaq?
  • Bugün, 08:51
    Deputatdan Zelenskiyə gözlənilməz məsləhət
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
  • 28-08-2026, 09:29
    Bəs “vaxtı gələndə” nə deməkdir?
  • 28-08-2026, 09:27
    Ermənistanda 3 nazirliyin adı dəyişdirildi
  • 28-08-2026, 09:24
    Daşqın nəticəsində ölənlərin sayı 500-ə çatır
  • 28-08-2026, 09:22
    İlin son Ay tutulması başlayıb
  • 28-08-2026, 09:20
    UEFA reytinqində Azərbaycanın mövqeyi
  • 28-08-2026, 09:18
    7 ölkə İrana görə İstanbulda toplaşır - kritik görüş
  • 27-08-2026, 16:22
    Prezident “Sabah”a 5 milyon pul ayırdı
  • 27-08-2026, 16:06
    Müasir Azərbaycan cəmiyyətində qadın ziyalı obrazını ləyaqətlə təmsil edən Mina Şirinova (Minə Aqil), həm təhsil rəhbəri, həm də istedadlı qələm sahibi kimi tanınır
  • 27-08-2026, 12:03
    Məktəbli geyimlərin qiyməti aşağı salındı - SATIŞ ÜNVANLARI
  • 27-08-2026, 11:29
    Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb
  • 27-08-2026, 10:28
    Rayonlara leysan yağıb - FAKTİKİ HAVA
  • 27-08-2026, 10:23
    Son 20 ildə Bakıya 200 milyard dollar xərclənib? - Açıqlama
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
24-08-2026, 19:30
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirildi. 24.08.2026
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
25-08-2026, 17:52
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Mincəçevir şəhərində keçirildi. 25.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə