
Baxşıyev Yusif 1999-cu ilin yanvar ayının 14-də Salyanın Xalac kəndində anadan olub. 4 bacının bir qardaşı olan Yusif, subay idi. Atası da Yusifdən 1 il öncə vəfat edibmiş. Baxşıyevlər ailəsinin kürəkənlərindən biridə həmin ili dünyasını dəyişib. Ailə yas içində yasa boğulur, Yusifin ölümü isə ailəni tamamən yıxır.
Yusif Baxşıyev 44 günlük Vətən müharibəsində könüllü olaraq cəbhəyə yollanıb. O, 44 gün torpaqlarımızın işğaldan azad edilməsi üçün qəhrəmancasına vuruşub. Yusif Xocavənd və Ağdamın azad olunmasına görə medalları, həmçinin "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qobustana xalası qızının toyuna gedən Yusif. Mərasimdə iştirak etdikdən sonra evinə qayıtmaq üçün qohumları ilə sağollaşıb. Toydan çıxıb yolu keçmək istəyən zaman onu "Mercedes" markalı avtomobil vurur. Qəza nəticəsində Baxşıyevin həyatını xilas etmək mümkün olmure... Oktyabr ayının 25-də yaşadıqları Salyan rayon Xalac kəndində dəfn olunur.
Xebernur.com sayıtının muxbiri, Azərbaycan Respublikasının Şəhid ailələri, Əlilər və müharibə veteranlarının hüquqlarının müdafiəsi üzrə bir neçə rayonun nümayəndəsi Nuranə Gözəlova, Vətən Müharibəsinin iştirakçıları, şəhid valideynləri, eləcədə Yusifin müəllimləri eyni zamanda kəndin ziyalıları Yusif Baxşıyevin evinin qonaqı olub, məzarını ziyarət ediblər.
Ətraflı videoda;


