• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Laçın rayonunun işğaldan azad olunması

Gündəm

1-12-2024, 11:32

Laçın rayonunun işğaldan azad olunması
Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Ümumi sahəsi 1835 km² olan Laçın rayonunun 1 şəhər, 1 qəsəbə və 125 kəndi vardır.

Ərazi çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuşdur.Əvvəllər Abdallar adlanan, 1924-cü ildən isə şəhər statusu almış Laçın şəhəri 1930-cu ildən rayon mərkəzidir. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tagı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılmışdır. Laçın sözü "məğrurluq" mənasını bildirir.

Laçın rayonu 18 may 1992-ci ildə erməni işğalına məruz qalmışdır. İşğala qədər rayonda 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərirdi. Erməni işğalı nəticəsində 13,745 yaşayış evi qarət edilərək yandırılmış, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidə erməni vandalizminə məruz qalmış, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunmuşdur.Həmçinin Picənis və Hacışamlı meşəliklərindən qırmızı palıd kəsilərək, konyak istehsalında istifadə olunan çəlləklərin hazırlanması üçün Fransaya, külli miqdarda təbii halda bitən iri gövdəli qoz ağacları isə kütləvi qırılaraq mebel istehsalında istifadə məqsədi ilə İrana və Avropa ölkələrinə satılmışdır. Hacılar və Sadınlar kəndlərinin ərazisində olan 65 hektar meşə sahəsi tamamilə qırılmışdır.

Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəymiş, 58,736 nəfər laçınlı öz doğma torpağından didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşmışdır.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti aparmış və demoqrafik tərkibi dəyişdirmişdir.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində Arazboyu rayonlarla irəliləyən Azərbaycan qoşunları oktyabr ayında Qubadlı rayonuna daxil olmuş, Laçın dəhlizinə doğru irəliləməyə başlamışdır. 9 noyabr 2020-ci ildə Azərbaycan ordusu Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndlərini erməni işğalından azad etmişdir. 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti bəyanat imzalamışdır. Bəyanata əsasən 1 dekabr 2020-ci ildə Laçın şəhəri, Zabux və Sus kəndləri istisna olmaqla Laçın rayonunun qalan ərazisi Azərbaycana qaytarılmışdır. 2022-ci il avqustun 26-da Rusiya sülhməramlı kontingentinin nəzarətində olan və ermənilərin qanunsuz məskunlaşdıqları Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verilmişdir.ölkəmiz üçün vacibdir. Laçın rayonunun həm təbii ehtiyatlarının həcmi, həm də miqyası kifayət qədər genişdir. Bu, Laçında sənaye müəssisələrinin qurulmasına və inkişaf etdirilməsinə imkan yaradır. Digər tərəfdən isə Laçının təbiəti, relyefi və coğrafiyası rayonda fərqli sektorların inkişafına nail olmağa imkan verir. Bu rayonda həm kənd təsərrüfatı, həm də turizmin inkişafı üçün kifayət qədər böyük imkanlar var. Laçın yenidənqurma və bərpa, həmçinin məskunlaşma mərhələsindən sonra nəinki Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın iqtisadi inkişafına xüsusi töhfə verən rayonlardan birinə çevriləcək.Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 26 avqust Laçın şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur.
Yaşasın Azərbaycan!
Yaşasın Laçın!

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Oxunub: 175
Paylaş:
Digər xəbərlər

Gündəm

1-12-2022, 09:58

LAÇIN TARİXİ ZƏFƏRİN ZİRVƏSİ!

Gündəm

28-11-2022, 11:39

Laçın rayonu ölkəmizin əsas iqtisadi və mədəni mərkəzlərindən birinə çevriləcək

Gündəm

26-08-2024, 10:00

26 avqust Laçın şəhər gününün qeyd edilməsi azadlığın təntənəsidir – Aqil Məmmədov

Gündəm

1-12-2022, 10:38

Laçının işğaldan azad edilməsindən İKİ İL ÖTÜR

Cəmiyyət

17-05-2020, 13:47

LAÇIN RAYONUNUN IŞĞALINDAN 28 IL ÖTÜR

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
Dün, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
Hadisə
13-08-2026, 10:13
Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı
7-08-2026, 10:48
Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
3-08-2026, 11:21
Ağdərədə mina partladı - İki nəfər yaralandı
Son xəbərlər
  • Dün, 16:47
    Prezident təqaüdçüləri ailə qururlar
  • Dün, 16:33
    Yeni səfir azərbaycanca ilk paylaşımını etdi
  • Dün, 15:35
    Prezident Britaniya səfirinin etimadnaməsini qəbul edib
  • Dün, 15:11
    Qalibaf Hörmüz boğazı ilə bağlı İranın şərtlərini açıqladı
  • Dün, 14:56
    İtkin düşən hərbçinin taleyi 44 il sonra bəlli oldu
  • Dün, 14:36
    Azərbaycanda neçə çoxuşaqlı ana var? - AÇIQLANDI
  • Dün, 14:31
    Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı - Rəsmi Bakıdan ETİRAZ
  • Dün, 13:32
    "Təbiət bizə əmanətdir və və bu əmanəti gələcək nəsillərə necə çatdıracağımız bu gündən verdiyimiz qərarlardan asılıdır" - Ekoloq
  • Dün, 12:32
    Səhər saatlarında Tovuzda dəhşətli hadisə: İki meyit tapıldı
  • Dün, 12:28
    Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığın inkişafı
  • Dün, 11:56
    Xocəsəndə su xəttində baş vermiş qəza aradan qaldırıldı
  • 14-08-2026, 22:45
    Orxan Cəbrayıl TƏBİB-dən yeni qanun gəlib deyərək işçisini işdən azad etdi
  • 14-08-2026, 20:40
    Rusiya ən böyük neft terminalını dayandırdı
  • 14-08-2026, 17:20
    “Bakı Abadlıq” kimin mülkünü kimə icarəyə verir? – Simurq Kitabxanasından icarə haqqı tələb olunur
  • 14-08-2026, 17:05
    Sumqayıta qatarla getmək istəyənlərə MÜJDƏ - hərəkət bərpa olunur
  • 14-08-2026, 15:37
    TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB
  • 14-08-2026, 15:29
    Metrodakı dəyişiklik kirayə qiymətlərini artıracaq? - AÇIQLAMA
  • 14-08-2026, 15:03
    “Qarabağ” - “Tvente” matçına hakim təyinatı oldu
  • 14-08-2026, 14:59
    Dövlət Sərhəd Xidmətində yeni təyinatlar
  • 14-08-2026, 14:49
    Ən çox ət, süd və yumurta istehsal edən RAYONLAR
  • 14-08-2026, 10:35
    “Global Media”nın əməkdaşı vəfat etdi
  • 14-08-2026, 10:27
    Azərbaycan Pakistanı təbrik etdi
  • 14-08-2026, 09:52
    IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı - TAM SİYAHI
  • 14-08-2026, 09:15
    Diqqət: kondisionerin bu ziyanlarını bilirsiniz? - Həkim tövsiyəsi
  • 14-08-2026, 09:11
    Konfrans Liqasında pley-offa çıxan klublar bəlli oldu
  • 14-08-2026, 09:08
    Ermənistan-Azərbaycan sülh sazişi gələn il İMZALANACAQ
  • 13-08-2026, 17:14
    Ermənistan Azərbaycana bu məhsulları ixrac edəcək
  • 13-08-2026, 10:45
    “Qarabağ” - “Dinamo” oyunu bu telakanalda yayımlanacaq
  • 13-08-2026, 10:29
    Coğrafiyanın taleyi burada dəyişir
  • 13-08-2026, 10:13
    Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı
  • 13-08-2026, 09:55
    “Azeri Light” ucuzlaşdı
  • 12-08-2026, 10:27
    Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
  • 12-08-2026, 09:51
    Ali məktəblərə ixtisas seçimi başladı
  • 12-08-2026, 09:07
    Bu yollarla gedənlər diqqətli olsun - sıxlıq var
  • 12-08-2026, 09:06
    Bir neçə ölkədən bizə müəyyən mesajlar daxil olub - Müsahibənin TAM MƏTNİ
Daha çox
12-08-2026, 10:27
Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
12-08-2026, 09:07
Bu yollarla gedənlər diqqətli olsun - sıxlıq var
12-08-2026, 09:06
Bir neçə ölkədən bizə müəyyən mesajlar daxil olub - Müsahibənin TAM MƏTNİ
12-08-2026, 09:51
Ali məktəblərə ixtisas seçimi başladı
13-08-2026, 09:55
“Azeri Light” ucuzlaşdı
13-08-2026, 10:13
Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə