LAÇIN TARİXİ ZƏFƏRİN ZİRVƏSİ!Laçın rayonu təbiət etibarı ilə Azərbaycanın dilbər guşələrindən biridir.
Ölkəmizin Cənub qərbində Kiçik Qafqazda yerləşən Laçın şimaldan Kəlbəcər,cənubdan Qubadı , şərqdən Şuşa,Xocalı və Xocavənd,qərbdən isə Etmənstanla həmsərhəddir.Laçın rayonu Azərbaycanın ən qədim ,tarixi ,milli mənəvi dəyərlərini özündə əks etdirən insan məskənlərindən biridir.
Laçın 1992 -ci il may ayının 18 də erməni qəsbkarları tərəfindən işğal edilmiş,1 şəhər, 1 qəsəbə, 125 kənd erməni vandalları tərəfindəm yandırılmış ,maddi,mənəvi dəyərlərimiz məhv edilmişdir.
Laçın rayonu birinci və ikinci Qarabağ döyüşlərində Vətən uğrunda yüzlərlə şəhid vermiş, rayonun 6 Milli Qəhrəmanı vardır. Laçın sakinləri məcburi köçkün düşərək Azərbaycanın 59 şəhər və kəndlərində müvəqqəti olaraq məskunlmışdır.
28 il məcburi köçkün həyatı yaşamağa vadar edilən əzmkar,mətn,mübariz Laçın camaatının gözü yollardan çəkilmədi.İntizarla Laçın deyib,Laçın eşitdik.
Bütün sözlərimiz boğazımızda düyünlənirdi, söhbətlərimiz Laçınsız, arzularımız yarımçıq qaldı. İntizarla yol gözyib, ömür vəfa etməyən sakinlərimizdə çox oldu.Necə ki, Atam və Anam kimi...
27 sentyabr 2020 ci il tarixində Silahlı Qüvlərin Ali Baş komandanı Cənab İlham Əliyevin əmrinə əsasən 44 günlük Vətəm müharibəsinə başlanıldı.
8 Noyabr Şuşa rayonu işğalçılardan azad edildikdən sonra noyabrın 10-da imzalanmış birgə bəyanata əsasən Laçın,Kəlbəcər və Ağdam heç bir itki vermədən işğaldan azad edildi.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanatına əsasən Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirildi. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu erməni işğalından azad edilərək əzəli sahiblərinə, əbədi olaraq qaytarıldı.
Müzəffər Ordunun Ali Baş Komandanı Cənab İlham Əliyevin qətiyyəti ,uzaqgörən siyasəti,rəşadətli Azərbaycan Ordusunun şücaəti nəticəsində Vətənimiz bütövləşdi,tamlaşdı.
Bu gün Laçında ,Şuşada ümumiyyətcə bütöv Qarabağda gedən təmir ,tikinti, və bərpa işləri surətlə davam etməkdədir.
İnşallah qısa zaman kəsiyində Böyük Qaydışla öz doğma yurd- yuvamıza qayıdacağıq.
Xəyalları reallığa çevirən, canından can verib, Vətənə can verən qəhrəman şəhidlərimizə Allahdan rəhmət qazilərimizə can sağlığı diləyirik.
Allah Ordumuzu,Xalqımızı və Dövlətimizi qorusun.
#Laçınsənazadsan
#QarabağAzərbaycandır!
Həsənova Samirə Rafiq qızı.
Laçın rayon 32 nömli tam orta məktəbin direktoru,YAP Laçın rayon təşkilatının 39 saylı ƏPT sədri.