UEFA Millətlər Liqasında 4-cü turun oyunları keçirilir.
Dovletxeberleri xəbər verir ki, Azərbaycan milli komandası bu gün növbəti matçına çıxacaq.
Komandamız Bakıda Slovakiya ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Ətraflı
Komandalar arasında sentyabrda Slovakiyada keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bundan başqa, millimiz qrupda İsveçə (1:3) və Estoniyaya da (1:3) uduzub.
Qrupun digər oyununda isə Estoniya İsveçi qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
UEFA Millətlər Liqası
IV tur, C Liqası, I Qrup
14 oktyabr
20:00. Azərbaycan – Slovakiya
Baş hakim: Rohit Saggi
Baş hakimin köməkçiləri: Morten Jensen, Anders Olav Dale
Dördüncü hakim: Sigurd Kringstad
Tofiq Bəhramov adına Respublika stadionu.
N Komandalar O Q H M T-F X
1 İsveç 3 2 1 0 8-3 7
2 Slovakiya 3 2 1 0 5-2 7
3 Estoniya 3 1 0 2 3-5 3
4 Azərbaycan 3 0 0 3 2-8 0