Jurnalist Nuranə Abdullayevanın İcxeberler.info-ya müsahibəsi:

-Salam, sizi daha yaxından tanıyaq...
-Adım Nuranə, ixtisasca jurnalistəm. Ailədə onuncu qız övladı olmuşam. Bir qızım var.
-Niyyətinizin olduğu mənzilin başındasızmı?
-Bəli, atalar deyib ki, niyyətin hara, mənzilin də ora. Mənim niyyətim həmişə ana olmaq olub, və bu niyyətimə də çatmışam.
-Ən çətin peşə nədir?
-Məncə ən çətin peşə elə jurnalistikadır.
-Ən böyük səhviniz nə olub
-Ən böyük səhvim nigaha girdiyim gündür
-Həyatınızda yadda qalan hadisə hansı olub?
-Ən yadda qalan günlər qaçqınlıq illərimizdir, çox acınacaqlı anlar idi...
-Hobbiniz?
-Mahnı oxumaq
-Dostlarınız çoxdur, düşmənləriniz?
-Düşmənlərim çoxdur, dostlarımsa az
-Bağışlamağı bacarırsızmı?
-Kinli deyiləm, tək bağışlayan Allahdır
-Xoşbəxtlik nədir?
-Mənim xoşbəxtliyim övladımdır...
-İllər ərzində Əldə etdiyiniz uğur və itirdiyiniz nə olub
-Əldə etdiyim uğur "İlin Fəal kriminal müxbiri və Realist journalist” adi almaq olub.
-Ailəniz uğursuz alındı. Yenidən ailə qurardızmı?
-Yenidən ailə qurmaq istəmirəm, tək istədiyim balamı oxudub savadlı etməkdir, vətənə xeyirli övlad olsun
-Paylaşımlarınızda daha çox idmançı dostlarınız olduğunu görürük, bu idmana olan sevgidəndir, yoxsa?
-Bəli, dostlarımn əksəriyyəti idmançıdır və bu da idmana olan sevgidən irəli gəlir.
-İdmanın hansı növləriylə məşğulsuz?
-Fitneslə məşğul oluram
-Hansı idmançını idealınız hesab edirsiz?
-Eduard Məmmədovu, o, kikboksinqdə məğlubedilməzdir.