
Prezident İlham Əliyev M.M.Maqomedovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
XƏBƏRNUR AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Maqomedali Maqomedoviç Maqomedov "Dostluq" ordeni ilə təltif edilir.