• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Üçüncü Qarabağ savaşı olacaqmı? - ŞƏRH

Siyasət

13-09-2021, 09:22

Üçüncü Qarabağ savaşı olacaqmı? - ŞƏRH“İkinci Qarabağ Müharibəsi hələ o başlamazdan əvvəl hədəflərini göstərib savaşın qaçılmaz olduğunu demişdik. Həmin hədəfləri bir daha qeyd edək:

- Rusiyaya Yaxın Şərqə çıxmaq və Şərq-Qərb marşrutu üzrə daşımalara nəzarət və ya heç olmazsa təsir etmək üçün Azərbaycan ərazisindəki nəqliyyat kommunikasiyaları və dəhlizlər lazım idi;

- Hərbi yüklərin və kontingentin daşınması üçün nəzərdə tutulan həmin kommunikasiya və dəhlizlərə nəzarət üçün isə ölkə ərazisizinə sülhməramlı adı altında Rusiya qoşunlarının yeridilməsi;

- Ermənistandakı hakimiyyətin Rusiyaya loyal komandanın xeyrinə dəyişdirilməsi.

Amma bu hədəflərdən demək olar ki, heç birinə tam çata bilməyən Moskva 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla prosesi fazalara bölməyə məcbur oldu. Belə ki, Ermənistan ordusu Tərtər-Goranboy istiqamətində (Gəncə dəhlizi) nəinki uğur qazana bilmədi, hətta işğal altında saxladığı ərazilərin bir hissəsini də itirdi”.

Modern.az-ın məlumatına görə, bunu “Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu Qarabağla bağlı hadisələri şərh edərkən bildirib.


Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində Ermənistan ordusunun Cənub cəbhəsində ağır məğlubiyyəti və Azərbaycan ordusunun Azərbaycan-İran sərhəddi boyu zolağı işğaldan tam azad etməsi ikinci mühüm bir dəhlizin - Xudafərin nəqliyyat-kommunikasiya qovşağının ölkəmizin tam nəzarətinə keçməsilə nəticələndi.


“Beləliklə də Moskva bölgənin yalnız bir hissəsinə "sülhməramlı" qüvvələrini yerləşdirməklə ikinci faza üçün baza yaratmağa məcbur oldu. İkinci faza üçün məlum bəyanatda kommunikasiyaların açılması və o cümlədən də Zəngəzur dəhlizinin işə salınması da nəzərdə tutulmuşdu. Rusiyanın hesablamasına görə bu, ona iki istiqamətdən manevr etməyə imkan yaradacaqdı.

Birinci: Rusiya Azərbaycan ərazisindən keçməklə Zəngəzura, ordan da Naxçıvan vasitəsilə İrana çıxış əldə etməli idi. Amma müharibədən bir qədər sonra keçirilən seçkilərdə inamlı qələbə qazanan Paşinyan hökuməti bu layihəni açıq şəkildə sabotaj etməkdədir və çox güman ki, belə də davam edəcək.

İkinci: digər tərəfdən isə Azərbaycan işğaldan azad etdiyi ərazilərdə strateji təyinatlı yollar, hava limanları və digər kommunikasiyalar qurmaqla Moskvanın planlarının qarşısına sipər çəkməkdədir. Bakı həm də Rusiya "sülhməramlılarının" statusunu müəyyənləşdirmək məsələsində tələsmir.

Belə olduğu halda Rusiyanın əsas vasitə kimi "sülhməramlılarla" bağlı təxribatçı planlar qurmaqla bölgədə pozuculuq yaradıb öz təsir dairəsini genişləndirməyə çalışmaqdan başqa yolu qalmır”,-Ə.Oruclu bildirib.

Politoloq deyib ki, 2008-ci ildə Cənubi Osetiyada olduğu kimi və bu kontekstdə rus "ekspertlərin" son günlər Azərbaycanı"Gürcüstan ssenarisi" ilə hədələməsi heç də təsadüfi deyil.


“Həm Ermənistan, həm də Azərbaycan tərəfindən yaradılan maneələr və üstəlik də zaman məhdudiyyəti Moskvanı daha da aqressivləşdirir. "Sülhməramlılara" daha mürtəce yeni komandanın təyin olunması, Qarabağdakı Rusiya hərbçilərinin davamlı pozuculuğu, Rusiya siyasətçilərinin və ekspertlərinin Bakının ünvanına sərt ittihamları həmin aqressiyanın yalnız görünən əlamətləridir.

Digər tərəfdən də Azərbaycan ordusunun müttəfiq dövlətlərin silahlı qüvvələrilə birlikdə keçirdiyi daimi təlimlər və onların coğrafiyasının Qarabağa doğru genişləndirilməsi yeni müharibəyə hazırlıq təəssüratı yaradır. Belə şəraitdə müharibə riskinin nə dərəcədə yüksək olması ilə bağlı təbii suallar yaranır”.

Bəs "Üçüncü Qarabağ Müharibəsi olacaqmı" sualının cavabına gəlincə, ekspert bildirib ki, bunu "həmin savaş (Rusiyaya) nə verəcək" sualının cavabında axtarmaq lazımdır:

“Bu mənada Azərbaycanın Türkiyə və Pakistanla sıx hərbi əməkdaşlığı Moskvanı öz aqressiv planlarına bir qədər soyuq ağılla yanaşmağa sövq edir. Belə ki, mümkün müharibədə məğlubiyyət Rusiya üçün çox şey və bəlkə də hər şey demək olardı.

Çünki Azərbaycanda məğlub olmaq Rusiya üçün təkcə Cənubi Qafqazı itirmək demək olmazdı. Məğlubedilməz imicinin sarsılması Moskvanın aqressiv siyasət yürütdüyü bütün postsovet bölgələrdə bumeranq effekti doğura bilər. Rusiyanın isə eyni zamanda ən azı Ukraynada, Gürcüstanda və Moldovada həmin effektlə üzləşməsi ölkənin siyasi sistemini də laxlada bilər. Bunun da əsas nəticələrindən biri mərkəzdənqaçma tendensiyalarının və etnik, dini zəmində separatizmin güclənməsi olardı”.

Siyasi şərhçi deyir ki, məsələ bununla da məhdudlaşmır. Rusiyanın Yaxın Şərqdə böyük hərbi güclə təmsil olunması heç Tehranın da marağında deyil. Çinin "Bir kəmər - bir yol" proqramında Pakistan və Türkiyə ilə birlikdə mühüm yer alan İran Rusiya ilə yalnız üzdə mehriban münasibətlər saxlayır.

“Məntiqlə də İranın özünün nəzarət və iştirak etdiyi geosiyasətdə yerini Rusiyaya güzəştə getmək üçün heç bir motivi olmamalıdır.

Üstəlik də həmin proqramda birgə iştirak üç dövlətin üçünün də Yaxın Şərqdəki mövqelərini gücləndirir və deməli, onları yeni geosiyasətdə tərəfdaşa çevirir. Görünür, bu mənada Tehranın Zəngəzur dəhlizinə qarşı çıxması da təsadüfi deyil. Zəngəzur dəhlizinin daha çox hansı ölkənin marağında olmasını İranda yaxşı anlayırlar.

Açıq şəkildə olmasa da, antirusiya koalisiyasında yer almaq Tehranın Vaşinqtonla münasibətlərinın normallaşdırılmasına da müsbət təsir edə bilər. İran üçün isə bu gün üzərindəki sanksiyaların götürülməsi həyati əhəmiyyət kəsb edir. Vaşinqtonda da İranı küncə sıxmağın onu ABŞ-ın əsas geosiyasi rəqibləri olan Moskvaya və Pekinə daha da yaxınlaşdırmaq demək olduğunu anlamamış deyillər.

Gördüyümüz kimi, mənzərə heç də ilk baxışdan nəzərə çarpdığı qədər sadə və birmənalı deyil. Amma aydındır ki, bu gün baş verənlər yeni geosiyasi konstruksiyanın qurulmasının ancaq bağlanğıcıdır. Bu başlanğıcda isə ən mürəkkəb vəziyyətdə olan Rusiyadır. Onun nə yetərincə iqtisadi qüdrəti, nə də maliyyə imkanları nə də müttəfiqləri var.

Hərbi gücdən istifadə isə geosiyasi mübarizədə sonuncu vasitədir. Ona görə də hərbi təhdidlər gözlənilən effekti verməyəndə mübarizə birmənalı uduzulmuş olur. Bu isə Rusiya üçün ən yaxşı halda SSRİ-nin aqibətini təkrarlamaq demək olardı”,- Ərəstun Oruclu qeyd edib.

Oxunub: 500
Paylaş:
Digər xəbərlər

Siyasət

28-02-2021, 23:14

Moskvada Qarabağ üzrə üçtərəfli görüş keçirilib

Gündəm

15-07-2021, 10:46

İlham Əliyev 10 noyabr bəyanatını niyə Zəngəzura köçürür?

Siyasət

27-06-2021, 10:12

PREZIDENT İLHAM ƏLIYEVIN YÜRÜTDÜYÜ SIYASƏTIN BƏHRƏSI - NATO-NUN DIQQƏTINI CƏLB EDƏN AZƏRBAYCAN ORDUSU.

Gündəm

29-06-2020, 19:29

Ermənilər işğal etdikləri Laçında 43 çoxuşaqlı ailə üçün ev tikir

Dünya

1-11-2019, 09:48

Türkiyə 18 suriyalı hərbi əsiri Rusiyaya təhvil verdi

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • Bugün, 12:14
    Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verdi
  • Bugün, 11:10
    Müttəfiqliyə aparan yol: Azərbaycan-Qırğızıstan münasibətlərinin FOTOXRONİKASI
  • Bugün, 11:08
    Ceyhun Bayramov Əraqçı ilə görüşdü
  • Bugün, 10:46
    Bakıda aylıq normanın 5 qatından çox yağış yağdı
  • Bugün, 10:43
    Bakıdan sonra İrəvan COP tədbiri keçirməyə hazırlaşır
  • Bugün, 10:29
    Deputatımız ABŞ-ə gedir
  • Bugün, 10:19
    İrana qarşı nüvə silahından istifadə edilməyəcək - Tramp
  • Bugün, 10:15
    Qardaş ölkələr bu dəfə meydanda rəqibdir
  • Bugün, 09:56
    Hikmət Hacıyevlə Alen Simonyan görüşüb
  • Bugün, 09:53
    İlham Əliyev Ərdoğanla görüşdü - GÖRÜNTÜ
  • Bugün, 09:50
    Modern.az 17 yaşında!
  • Bugün, 09:45
    Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyi yeni mərhələyə keçir.
  • Dün, 16:02
    Çinin Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir
  • Dün, 11:54
    Prezident Qırğızıstanda səfərdədir
  • Dün, 11:31
    DYP-dən sürücülərə xəbərdarlıq
  • Dün, 11:06
    Azərbaycanın coğrafi üstünlüyü: Bakı ŞƏT üçün kritik önəmlidir
  • Dün, 10:51
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
  • Dün, 10:42
    Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq
  • Dün, 10:19
    Pezeşkianla Paşinyan Qırğızıstana getdi
  • Dün, 10:10
    Xark adasını parça-parça edirlər - Tramp görüntüləri yaydı
  • Dün, 10:08
    Müəllimlərin təkrar sertifikasiyası BAŞLAYIR
  • Dün, 10:03
    Prezident Qırğızıstana gedəcək - GÖRÜNTÜ
  • Dün, 09:01
    Yasamal sakinlərinin nəzərinə!
  • Dün, 08:58
    Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
  • Dün, 08:56
    İki qardaş ölkənin baş diplomatları görüşdü
  • Dün, 08:53
    Avtomobillərin qiyməti artacaq?
  • Dün, 08:51
    Deputatdan Zelenskiyə gözlənilməz məsləhət
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
25-08-2026, 17:52
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Mincəçevir şəhərində keçirildi. 25.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
26-08-2026, 14:40
Azərbaycan Texnologiya Universitetinin dekanı Fazil müəllim Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə