• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Kəlbəcərli seçicilər Qalib Liderə səs veriblər!

Siyasət

14-02-2024, 10:39

Kəlbəcərli seçicilər Qalib Liderə səs veriblər!
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92.12 faizini (4 milyon 567 min 458 səs) toplayaraq qələbə qazanıb.” Bu açıqlama Mərkəzi Seçki Komissiyasının son və yekun məlumatından götürülüb. 92,12 faiz səs!. Bu böyük səs çoxluğu, ilk növbədə bir xalqın öz qəhrəman oğluna – doğma Qarabağı, Xankəndini, Şuşanı, Laçını, bütün işğal altındakı torpaqlarımızı erməni təcavüzündən xilas edib bütöv və azad Azərbaycan yaradan qüdrətli Ali Baş Komandana, QALİB LİDERƏ olan sonsuz sevgi göstəricisidir.



Gəlin, budəfəki seçkilərin tarixi əhəmiyyətini birgə nəzərdən keçirək. Bu seçkilərin ən böyük siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə bütün ölkə üzrə keçirilməklə yanaşı, həm də Azərbaycan tarixinə Əəfər seçkisi kimi düşən 7 fevral prezident seçkilərində yüksək seçici fəallığı ən diqqəti çəkən məqamlardan sayılır. Ölkəmizdə Zəfər seçkilərinin seçicilərin yüksək fəallığı şəraitində keçəcəyi əvvəlcədən də gözlənilirdi və bu gözləntilər fevralın 7-də özünü doğrultdu. Xüsusilə Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında igid Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində işğaldan azad olunmuş ərazilərimizdə qurulan seçki məntəqələrində əhalinin yüksək seçici fəallığı xalqın öz Qalib Liderinə olan sevgi və diqqətinin təzahürü sayılmalıdır.



Eyni zamanda onu da vurğulamaq lazımdır ki, bu gün bir sıra qərb dairələrinin ikili siyasətinin, təxribat ruhlu əməllərinin tam əksinə olaraq fevralın 7-də Azərbaycan xalqı öz tarixi zəfər seçkisində görünməmiş seçici fəallığı, böyük həmrəylik nümayiş etdirdi. Təxribatçıların Zəfər seçkilərində bütün mənfi arzuları öz bəbəklərində qaldı. Əksər xarici ölkə müşahidəçilərinin xüsusilə vurğuladıqları kimi, xalqımız bütün seçki məntəqələrində olduqca dinamik seçici fəallığı, aktiv iştirakçı mövqeyi nümayiş etdirərək bütün mənfi “proqnozları” darmadağın etdilər.



Belə ki, digər həmvətənlərimiz kimi, Kəlbəcər seçiciləri də 7 fevral seçkilərində aktiv iştirak edərək, Azərbaycana böyük qələbələr bəxş edən cənab İlham Əliyevə səs verdilər. 80 faiz Kəlbəcər əhalisi seçki məntəqələrində aktivlik göstərməklə daima Azərbaycan dövlətçiliyinin keşiyində duran insanlar kimi, ən əsası da əsl vətəndaş mövqelərini ortaya qoyublar. Qocalı-cavanlı, bütün insanlar bayram əhval-ruhiyyəsində idilər. Hamı böyük sevinc və qürur hissi ilə səs verməyə gəlirdi. Kəlbəcərlilərin bu seçici aktivliyi həm də doğma Qarabağı, Kəlbəcərimizi, Şuşamızı, Xankəndini erməni işğalından azad edərək Azərbaycanın bütövlüyünə nail olan qüdrətli lider İlham Əliyevə minnətdarlıq ifadəsi sayılmalıdır.



Ən əsası isə, seçkiləri müşahidə edən yerli və beynəlxalq müşahidəçilər də təsdiq etdilər ki, insanlar öz konstitusion hüququndan istifadə etmək üçün növbələrə dayanırdı. Bu həm də vətəndaşlıq borcu idi. Prezident İlham Əliyevin özü, birinci xanım Mehriban Əliyeva və onların ailə üzvlərinin Xankəndi şəhərində səs verməsi isə tarixi və rəmzi xarakter daşıyır. Bu, sadə və aşkar bir həqiqətin bütün dünyaya nümayişi idi - Azərbaycan erməni separatizmi və terrorizmi üzərində birdəfəlik qələbə qazandı və heç kəsə bizim Böyük Qələbəmizi şübhə altına almağa imkan verilməyəcək. İndiyədək separatizm və ərazilərin işğalı ilə bağlı problem yaşayan heç bir postsovet ölkəsi bunu bacarmayıb. Və Azərbaycan aparıcı dünya dövlətlərinin planlarına zidd olaraq ədalətin və beynəlxalq hüququn təntənəsinə nail oldu. Mən ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini nəzərdə tuturam. Onlar, xüsusən də Makronun dövründə Fransa hələ də Azərbaycanın siyasi və hərbi zəfərini həzm edə bilmir, bunu öz fiaskosu kimi qəbul edərək ölkəmizə təzyiq göstərməyə çalışırlar. Onlar müxtəlif səviyyələrdə Fransa Senatında, Avropa Parlamentində, AŞPA-da, BMT-də heç bir əsası olmayan qətnamələr, hesabatlar hazırlayır, qəbul edirlər. Bundan başqa, Fransa Ermənistanı aktiv şəkildə silahlandırır. ABŞ və bir sıra Avropa ölkələrində erməni lobbisi və diasporla uzun müddət əməkdaşlıq edən və öz maraqları naminə çalışan siyasətçilər də fəallaşır. Amma onların bütün antiazərbaycan təxribatları əks effekt verdi. Strateji təfəkkürünün miqyasına görə İlham Əliyevə rəqib olmağa sadəcə olaraq yaraşmayan Makronun indiki seçkilərdə Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşərək Onu dəstəklədi. Bir sözlə, xalq bu Zəfər seçkisini həm də milli bayrama çevirərək, öz qalib liderinə SƏS VERƏRƏK, həm də Azərbaycanın firavan və təhlükəsiz gələcəyinə tarixi mənada HƏ demiş oldu eyni zamanda cənab İlham Əliyevin rəhbərliyi altında son 20 il ərzində sürətlə inkişaf edən qüdrətli Azərbaycana el dsətəyidir! Seçici aktivliyinin yüksək olduğuna dair ən bariz nümunə: Səs vermə hüququ olan hər bir vətəndaşımız bu seçkilərdə ruh yüksəkliyi ilə, olduqca fəal şəkildə iştirak etdi. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza qazandırdığı tarixi qələbəyə görə minnətdarlığın təzahürü, eyni zamanda Azərbaycan cəmiyyətinin mütəşəkkil siyasi qüvvə kimi onu sevməyənlərə, bu xalqın uğurlarını həzm edə bilməyənlərə tarixi YUMRUĞU idi!



Prezidenti öz xalqına sevdirən ən mühüm məqamlara diqqət ayıraq. Öncə onu qeyd etməklə başlayaq ki, Prezident İlham Əliyevin Azərbaycanın müstəqillik dayaqlarının möhkəmləndirilməsi ilə bağlı fəaliyyəti ölkəmizin qazandığı uğurların əsas təminatçısına çevrildi. O, hakimiyyətə gəldiyi ilk gündən Ermənistan-Azərbaycan münaqişəsinin həllini əsas hədəf kimi müəyyənləşdirdi, xalqın və dövlətin bütün potensialını bu məqsəd uğrunda səfərbər etdi. 44 günlük Vətən müharibəsinə qədər Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında çətin və şərəfli yol keçdi, dövlət başçısı ölkənin sürətli inkişaf məqsədlərini işğal edilmiş torpaqların azad olunmasının əsas meyarı kimi müəyyənləşdirdi. Uğurlu neft-qaz strategiyası bu dövrün iqtisadi məzmununda yenə də xüsusi özəlliyi ilə seçilirdi. Bundan əlavə, ölkədə güclü qeyri-neft sektorunun yaradılması istiqamətində əhəmiyyətli addımlar atan, regionların inkişafı ilə bağlı dövlət proqramları qəbul edən, bununla da ölkənin simasını dəyişən Prezident İlham Əliyev Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini təmin etdi. Çevik xarici siyasət kursu formalaşdırdı. Dövlətin güclü sosial siyasətini yaratdı. Ölkədə dünya standartlarına uyğun ordu quruldu. Cəmiyyətin mədəni-mənəvi bütövlüyünə nail olundu. Ən vacib məqam ondan ibarət idi ki, Azərbaycan xalqı hər zaman bu müsbət dəyişikliklər prosesinin mərkəzində idi. İlham Əliyev ölkənin inkişafını hər zaman xalqın adı ilə bağladı və xalq onun fəaliyyət strategiyasının əsas hərəkətverici qüvvəsi oldu.



Bu amil 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində əsas rol oynadı. Prezident İlham Əliyev qərarlarında xalqa arxalandı, bütün addımlarını xalqın maraqlarından çıxış edərək atdı. O, dünyanın ən çətin və mürəkkəb münaqişələrindən birini təkbaşına həll edərək adını tarixə Müzəffər Ali Baş Komandan, Qalib Prezident, Yenilməz Sərkərdə kimi yazdı. Dövlət başçısı tarixi Zəfərlə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin arzularını həyata keçirdi, Şuşanın azad olunması ilə Ata vəsiyyətini yerinə yetirdi. Bununla da yadların əli ilə qəlibləşmiş tarixin axarını dəyişdi, Azərbaycan tarixini yenidən yazdı. İlham Əliyev təkcə torpağı yox, həm də 200 illik tariximizi işğaldan qurtararaq Azərbaycan xalqını bu prosesin əsas qəhramanına çevirdi.



Qarşıda qalib Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Böyük Qayıdış Proqramının birinci mərhələsi 2026-cı ildə başa çatacaq. Bu müddətdə 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvasına qayıdışı nəzərdə tutulub. Artıq soydaşlarımızın qayıtdığı ünvanların sayı artmaqdadır. Bu il Füzuli və Laçın şəhərlərinin sırasına Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri də daxil olacaq. Bu günədək azad olunmuş ərazilərə 1360 ailə, yaxud 5 min 354 nəfər köçürülüb. Onlar 7 fevral prezident seçkilərində ilk dəfə doğma yurd-yuvalarında səs verərək bu sevinci yaşadılar. Hədəflər sırasında Qərbi Azərbaycana qayıdışımız da xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyev nəyi, nə vaxt və necə etmək lazım olduğunu yaxşı bilir. Xalqımız əmindir ki, bu hədəfə də tezliklə nail olacağıq!



Və beləcə tarixi Zəfər seçkisindən sonra yeni bir dövrə qədəm qoyuruq. Bu yeni dövrdə xalqımız dövlət başçımızın yanında olduğunu nümayiş etdirməklə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmiş oldu. Xalqımız bu seçkidə göstərdiyi böyük dəstəklə dövlət başçısına yeni bir siyasi güc vermiş oldu. Beləliklə, dövlət başçımız xalqdan aldığı yeni güclə yeni dövrdə yeni hədəflərə doğru irəliləyəcəkdir. Yeni hədəflərin əhatə dairəsi çox genişdir. Dövlət başçımızın seçki qabağı açıqladığı proqramda da yeni dövrün hədəfləri geniş şəkildə şərh olunmuşdur. Qarşıdan gələn 7 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın həyatında qızıl hərflərlə yazılmış yeni dövrün olacağına heç bir şübhə yoxdur.



Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Oxunub: 281
Paylaş:
Digər xəbərlər

Gündəm

3-02-2024, 18:23

Prezident İlham Əliyevə İctimai Dəstək səhifəsi :Kəlbəcərli seçicilər qalib Liderə səs verəcəklər.

Cəmiyyət

8-02-2024, 10:13

Azərbaycan tarixində rekord: İlk dəfə 5 milyona yaxın seçici səs verdi - QRAFİK

Siyasət

10-02-2024, 10:58

Bütöv Azərbaycan ərazisində keçirilən seçkilər xalqımızın yaddaşında əbədi qalacaq – Millət vəkili

Siyasət

12-02-2024, 19:19

Beynəlxalq birlik 7 fevral seçkilərinin azad və demokratik şəraitdə keçirildiyini təsdiqləyir – Millət vəkili

Siyasət

8-02-2024, 09:22

Siyasi partiyalardan İlham Əliyevə dəstək BƏYANATI

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
  • 28-08-2026, 09:29
    Bəs “vaxtı gələndə” nə deməkdir?
  • 28-08-2026, 09:27
    Ermənistanda 3 nazirliyin adı dəyişdirildi
  • 28-08-2026, 09:24
    Daşqın nəticəsində ölənlərin sayı 500-ə çatır
  • 28-08-2026, 09:22
    İlin son Ay tutulması başlayıb
  • 28-08-2026, 09:20
    UEFA reytinqində Azərbaycanın mövqeyi
  • 28-08-2026, 09:18
    7 ölkə İrana görə İstanbulda toplaşır - kritik görüş
  • 27-08-2026, 16:22
    Prezident “Sabah”a 5 milyon pul ayırdı
  • 27-08-2026, 16:06
    Müasir Azərbaycan cəmiyyətində qadın ziyalı obrazını ləyaqətlə təmsil edən Mina Şirinova (Minə Aqil), həm təhsil rəhbəri, həm də istedadlı qələm sahibi kimi tanınır
  • 27-08-2026, 12:03
    Məktəbli geyimlərin qiyməti aşağı salındı - SATIŞ ÜNVANLARI
  • 27-08-2026, 11:29
    Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb
  • 27-08-2026, 10:28
    Rayonlara leysan yağıb - FAKTİKİ HAVA
  • 27-08-2026, 10:23
    Son 20 ildə Bakıya 200 milyard dollar xərclənib? - Açıqlama
  • 27-08-2026, 10:00
    Bu gün püşkatmadır - “Sabah”ın rəqibləri bəlli olacaq
  • 27-08-2026, 09:35
    Azərbaycan neftində geriləmə davam edir - 91 dollara düşdü
  • 27-08-2026, 09:32
    Əlcəzairdə meşə yanğınları - 12 ölü, 54 yaralı
  • 27-08-2026, 09:22
    Nigar Fərhad saxlanıldı
  • 27-08-2026, 09:19
    Türk dövlətlərinə şəxsiyyət vəsiqəsi ilə getmək mümkün olacaq - ANONS
  • 27-08-2026, 09:14
    Koçaryan xəstəxanada həbs olundu
  • 27-08-2026, 09:12
    Paytaxtın əsas yollarında hərəkət çətinləşib
  • 26-08-2026, 16:12
    26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
  • 26-08-2026, 15:45
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
  • 26-08-2026, 14:40
    Azərbaycan Texnologiya Universitetinin dekanı Fazil müəllim Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir
  • 26-08-2026, 13:36
    Rafael Əhmədov Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günü münasibətilə təbrik edir.
  • 26-08-2026, 13:22
    26 avqust – Laçın şəhəri günü
  • 26-08-2026, 12:43
    Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
  • 26-08-2026, 11:09
    Prezident "Sabah"ı təbrik etdi
  • 26-08-2026, 10:52
    Mehriban Əliyevanın doğum günüdür
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
24-08-2026, 19:30
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirildi. 24.08.2026
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
25-08-2026, 17:52
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Mincəçevir şəhərində keçirildi. 25.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə