Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb.
Məlumata görə, Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, A.Ağayevə 1 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
Müğənninin vəkili Asim Abbasov hökmdən bəraət tələbi ilə apellyasiya şikayəti vermək fikirlərinin olduğunu deyib.
Ağadadaş Ağayevlə insident yaşayan Nurəddin Cəlilovun da məhkəmə araşdırması tamamlanıb.
Hökmə əsasən, N.Cəlilova 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.