5 oktyabr – Beynəlxalq Müəllimlər Günü
ilə əlaqədar olaraq məktəbdə valideynlərlə maarifləndirici görüş
keçirildi. Görüşdə məktəbin direktoru, Əməkdar müəllim Yaqut xanım Sadıqova
tərəfindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq məktubuna əsasən, müəllimlərin təbriki adı ilə hədiyyə, pul yığımı və bu kimi halların qəti şəkildə qadağan olunduğu valideynlərin diqqətinə çatdırıldı.
Valideyn komitələri ilə etik davranış prinsipləri müzakirə olundu, təhsil mühitində şəffaflıq və sağlam münasibətlərin qorunmasının əhəmiyyəti vurğulandı.