İsrail Müdafiə Ordusu 1982-ci ildə Birinci Livan müharibəsi zamanı Sultan-Yakub döyüşündə itkin düşən hərbçi Yehuda Katsın qalıqlarını 44 il sonra tapıb.
Kanal 15 Tv. com[b][/b] yerli KİV-ə istinadən xəbər verir ki, Kats 10–11 iyun 1982-ci ildə baş verən Sultan-Yakub döyüşündən sonra itkin düşən üç israilli hərbçidən sonuncusu olub.
Sultan-Yakub döyüşü Birinci Livan müharibəsinin ən ağır qarşıdurmalarından biri hesab olunur. Döyüş zamanı İsrail qüvvələri Suriya ordusunun mühasirəsinə düşüb. Qarşıdurma nəticəsində İsrail tərəfi 8 tank itirib, onlarla hərbçi ölüb və yaralanıb, üç hərbçi isə itkin düşüb.
İllər ərzində itkin hərbçilərin taleyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilib. Üç hərbçidən ikisinin qalıqları müvafiq olaraq 2019 və 2025-ci illərdə İsrailə qaytarılıb.
Yehuda Kats isə həmin döyüşdə itkin düşən və qalıqları ən son tapılan israilli hərbçi olub.
Onun qalıqlarının 44 ildən sonra müəyyənləşdirilməsi İsraildə uzun illərdir davam edən axtarışların nəticəsi kimi qiymətləndirilir.