• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan dövlətçiliyi üçün xüsusi əhəmiyyət daşıyır.

Cəmiyyət

16-10-2025, 10:07

17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan dövlətçiliyi üçün xüsusi əhəmiyyət daşıyır.
17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan dövlətçiliyi üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün təkcə Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümü deyil, həm də 2020-ci ilin Vətən müharibəsində əldə olunmuş strateji qələbələrin, qəhrəman Azərbaycan Ordusunun şücaətinin və dövlətin iradəsinin simvoludur. Füzulinin azad edilməsi Qarabağ regionunda tarixi ədalətin bərpasının, ərazilərin işğaldan azad edilməsinin və Böyük Qayıdış prosesinin başlanğıc mərhələsinin rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əməliyyatlar Azərbaycanın hərbi, siyasi və diplomatik gücünü nümayiş etdirdi.

Bu fikirləri Laçın Rayon İcra Hakimiyyəti Başçısının Zabux kənd üzrə nümayəndəsi: Elsevər Əliyev müsahibəsində söyləyib.

Müəllim bildirib ki, Füzuli Şəhəri Gününün təsis edilməsi bu qələbənin həm də milli-mənəvi rəmzlərindən biridir. Füzuli rayonu Azərbaycanın cənub-qərbində yerləşir və Qarabağ regionunun əsas strateji qapılarından biridir. Rayonun relyefi düzənlik və alçaq dağlıq ərazilərdən ibarət olub, həm nəqliyyat, həm də hərbi baxımdan xüsusi əhəmiyyət daşıyır. Füzuli Şərqdən Araz çayı və İranla sərhəd, Qərbdən Xocavənd və Hadrut istiqamətləri, Şimaldan Ağdam, Cənubdan Cəbrayıl rayonları ilə həmsərhəddir. Bu mövqe rayonun tarix boyu hərbi, iqtisadi və strateji əhəmiyyətini müəyyən edib.

Müsahibimiz xatırladıb ki, Füzulinin azad edilməsi Şuşaya gedən yolun açılması və cəbhənin cənub istiqamətində həlledici üstünlüyün əldə edilməsinə imkan yaratdı. Füzuli Azərbaycanın ən qədim yaşayış məkanlarından biridir. Arxeoloji tədqiqatlar göstərir ki, burada eramızdan əvvəl III–II minilliklərdən etibarən həyat mövcud olmuş, Qarabağ xanlığının mühüm inzibati-mədəni mərkəzlərindən biri formalaşmışdır. XIX əsrdə Füzuli ticarət yollarının kəsişdiyi strateji məkan olub.

Füzuli rayonunun coğrafi və mənəvi əhəmiyyətinə diqqət çəkən deputat deyib: “Bölgə tarixi-dini abidələrlə zəngindir. Qarğabazar karvansarası, Mir Əhməd türbəsi, Mollavəli türbəsi, məscidlər, qəbiristanlıqlar, qalalar və yaşayış məskənləri Azərbaycan xalqının memarlıq və mədəni irsinin parlaq nümunələridir. Təəssüf ki, 28 illik işğal dövründə bu abidələrin əksəriyyəti dağıdılıb və talan edilib. 1993-cü ilin avqust ayında Ermənistan silahlı birləşmələri Füzuli rayonunun 51 kəndini işğal etdi. 1994-cü ildə atəşkəsdən sonra rayonun 80 faizi düşmənin nəzarətində qaldı. İşğal dövründə 50 mindən çox sakin didərgin düşdü, minlərlə ev, məktəb və xəstəxana dağıdıldı, tarixi abidələr və məscidlər təhqir edildi. Bu hadisələr yalnız ərazi itkisi deyil, həm də humanitar və mədəni faciə idi. Rayonun məqsədli şəkildə viran qoyulması Ermənistanın hərbi və siyasi strategiyasının tərkib hissəsi olub”.

Elsevər Əliyev vurğulayıb ki, 2020-ci ildə Vətən müharibəsində Füzuli rayonunun azad edilməsi strateji dönüş nöqtəsi oldu. Oktyabrın 17-də Prezident İlham Əliyev xalqa müraciət edərək Füzuli şəhərinin işğaldan azad edildiyini bildirdi. Bu əməliyyatlar 27 illik işğala son qoydu, Şuşaya gedən yol açıldı, ordunun texniki və taktiki üstünlüyü nümayiş olundu. Mühüm döyüş istiqamətləri arasında Qaraxanbəyli, Yuxarı və Aşağı Əbdürrəhmanlı kəndləri, Hadrut istiqaməti və Zəfər yolunun təhlükəsizlik zolaqları xüsusi rol oynadı. Həmin döyüşlərdə Azərbaycan Ordusunun yüksək peşəkarlığı və iradəsi açıq şəkildə nümayiş etdirildi. Ordunun şücaəti dövlət səviyyəsində qiymətləndirildi. Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “Füzulinin azad olunmasına görə” medalı hərbi qulluqçuların qəhrəmanlığının rəmzi oldu. Bu medal Füzuli uğrunda döyüşlərin strateji əhəmiyyətini vurğulayır, qəhrəmanlıq göstərən əsgər və zabitlərə minnətdarlıq ifadə edir. Füzuli Şəhəri Gününün təsis edilməsi təkcə tarixi yaddaşın qorunması deyil, həm də Böyük Qayıdışın başlanğıcını simvolizə edir. Bu gün hər il dövlət səviyyəsində qeyd olunur, sakinlər doğma torpaqlarına qayıdır və şəhər sürətlə yenidən qurulur. Füzuli azad edilmiş rayonlar arasında ən çox minalanmış ərazidir. Ermənistan ordusu geri çəkilərkən yaşayış məntəqələrində, kənd təsərrüfatı sahələrində, yol şəbəkəsində minalar yerləşdirmişdir. Bu, Böyük Qayıdış prosesini çətinləşdirir. Azərbaycan dövləti sistemli təmizləmə işləri aparır, ANAMA və aidiyyəti qurumlar vasitəsilə minaların aradan qaldırılmasını təmin edir.

“Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda irimiqyaslı yenidənqurma işləri həyata keçirilir. Bu sıraya şəhərsalma və Baş planın təsdiqlənməsi, “ağıllı şəhər” konsepsiyası, yol, elektrik, qaz, su-kanalizasiya, rabitə infrastrukturu, məktəb, xəstəxana və sosial obyektlərin tikintisi, Füzuli Beynəlxalq Hava Limanı və strateji yolların inşası daxildir. Bu layihələr Füzulini regional inkişaf mərkəzinə çevirir. Böyük Qayıdış Proqramı çərçivəsində Füzuli şəhərinə köç prosesi başlanıb, sosial infrastruktur və yaşayış şəraiti təmin edilib. Qardaş ölkələrin dəstəyi də mühüm rol oynayır. Bu baxımdan Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına 1 nömrəli məktəbin tikintisini, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikintisini qeyd etmək yerinə düşər. Bu addımlar Türk dünyasında həmrəyliyin parlaq nümunəsidir. Azad olunmuş Füzulidə Prezident İlham Əliyev 2020–2025-ci illər ərzində ardıcıl səfərlər edib. Hər səfərdə yeni layihələrin təməli qoyulub, hava limanı və magistral yollar açılıb, sosial obyektlər istifadəyə verilib, Türk dünyası liderləri qarşılanıb. Bu səfərlər dövlətin Füzuliyə verdiyi siyasi, iqtisadi və mənəvi önəmin təsdiqidir.

Beləliklə, Füzuli Şəhəri Günü tarixi ədalətin bərpasını, dövlətin iradəsini və gücünü, ordumuzun qəhrəmanlığını, milli-mənəvi dəyərlərimizin dirçəlişini, Böyük Qayıdışın real başlanğıcını, Qarabağın yeni inkişaf mərhələsini əks etdirir” Laçın Rayon İcra Hakimiyyəti Başçısının Zabux kənd üzrə nümayəndəsi: Elsevər Əliyev

Oxunub: 110
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

16-10-2025, 09:50

Füzuli şəhərinin bərpası və yenidən qurulması

Gündəm

18-09-2024, 11:29

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü TƏSİS EDİLDİ

Gündəm

4-10-2023, 10:56

Cəbrayılın azad olunması xüsusi əhəmiyyət kəsb edirdi

Gündəm

17-10-2022, 10:16

“Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.”

Gündəm

17-10-2022, 06:58

Füzulinin işğaldan azad edilməsindən 2 il ÖTÜR

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
24-06-2026, 09:21
Türkanda avtomobil piyadanı vuraraq öldürdü
23-06-2026, 16:58
Azərbaycanlı tələbə faciəvi şəkildə vəfat etdi
23-06-2026, 14:11
İmişlidə bir neçə ticarət obyekti yanır
Son xəbərlər
  • Bugün, 02:05
    Qobuda qanunsuz tikinti iddiası: İcra başçısı Abdin Fərzəliyevdən açıqlama gözlənilir
  • Dün, 21:07
    Qazi Ceyhun Ağayev saxlanılıb – səbəbi hələlik açıqlanmayıb
  • Dün, 16:47
    İranda matəm elan olundu
  • Dün, 16:45
    TƏBİB-in şöbə müdiri vəzifəsindən ayrıldı
  • Dün, 16:38
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Tərtər rayonunda keçirildi. 01.07.2026
  • Dün, 14:40
    Müəllimlərin işə qəbulu imtahanının vaxtı AÇIQLANDI
  • Dün, 14:38
    Bu həftə 41 mindən çox abituriyent imtahanı verəcək
  • Dün, 09:18
    Dünya Çempionatında bugünkü oyunların TƏQVİMİ
  • 30-06-2026, 17:06
    Akademik şəhadətnamələr üçün müraciət tarixi uzadıldı
  • 30-06-2026, 17:05
    İmtahan nəticələri açıqlandı
  • 30-06-2026, 17:02
    DTX-ə daha bir səlahiyyət verildi
  • 30-06-2026, 12:19
    18 yaşadək uşaqlara sosial şəbəkələrlə bağlı yeni qaydalar müəyyənləşdi
  • 30-06-2026, 12:17
    Məcburi köçkünlərə sosial dəstək yeni modelə keçir
  • 30-06-2026, 11:25
    Azərbaycan 151 illik Metrik Konvensiyaya qoşulur
  • 30-06-2026, 11:20
    Bu müəllimlər bir daha sertifikasiya imtahanına girməyəcək
  • 30-06-2026, 11:19
    Deputatlar 14 məsələni müzakirə etməyə başladı
  • 30-06-2026, 10:37
    Nazirdən müəllimlərin əməkhaqqı ilə bağlı AÇIQLAMA
  • 29-06-2026, 17:02
    Leysan yağış, dolu yağacaq - XƏBƏRDARLIQ
  • 25-06-2026, 16:56
    26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü çərçivəsində Laçın rayonu üzrə silsilə tədbirlər keçirilmişdir.
  • 25-06-2026, 10:58
    Dənizdə batan Vüqarın da meyiti tapıldı
  • 25-06-2026, 10:53
    Milli Ordu Quruculuğunda Dönüş: Tarixin Şanlı Səhifələrindən Zəfərə Doğru
  • 25-06-2026, 09:17
    Yaponiyada 7.2 bal gücündə zəlzələ oldu: Xəsarət alanlar var
  • 25-06-2026, 09:15
    Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları keçirilir - ÜNVANLAR
  • 25-06-2026, 09:11
    Təhsil xəritəsi - ən çox, ən az şagird və məktəbi olan regionlar
  • 25-06-2026, 09:10
    "Brent" ucuzlaşdı
  • 25-06-2026, 09:02
    Bəzi yollarda tıxac yarandı - SİYAHI
  • 25-06-2026, 09:00
    TƏBİB rəhbəri daha 3 direktoru işdən çıxardı
  • 25-06-2026, 08:58
    Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
  • 25-06-2026, 08:55
    Süni intellektlə ətir hazırlandı
  • 25-06-2026, 08:54
    Dünya çempionatı: Mərakeş Haitiyə qalib gəldi
  • 25-06-2026, 08:52
    Şəhid övladları qəbul imtahanında yüksək nəticə göstəriblər
  • 24-06-2026, 17:00
    Ceyhun Bayramov Polşaya getdi
  • 24-06-2026, 16:52
    Nigar Fərhad vətəndaşın 3200 manatını mənimsəyib? - ŞİKAYƏT
  • 24-06-2026, 15:50
    Pulsuz təhsil dünyanın heç yerində yoxdur - Emin Əmrullayev
  • 24-06-2026, 15:19
    Direktor olmaq istəyənlərin nəzərinə! - qeydiyyat başlayır
Daha çox
25-06-2026, 08:58
Bu ölkədə pensiya yaşı 70-ə qaldırılır
25-06-2026, 10:53
Milli Ordu Quruculuğunda Dönüş: Tarixin Şanlı Səhifələrindən Zəfərə Doğru
25-06-2026, 09:15
Aşura günü münasibətilə ölkədə qanvermə aksiyaları keçirilir - ÜNVANLAR
25-06-2026, 10:58
Dənizdə batan Vüqarın da meyiti tapıldı
25-06-2026, 16:56
26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü çərçivəsində Laçın rayonu üzrə silsilə tədbirlər keçirilmişdir.
Dün, 16:38
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Tərtər rayonunda keçirildi. 01.07.2026
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə