Rüşvət, Təzyiq, Səssizlik: Binəqədi Rayonunun Tibbi Yardım Mərkəzində Nə Baş Verir?
Binəqədi rayonunun təcrübə tipli yardım müəssisəsində 8 ildir çalışan Zümrüt Əliyeva həmkarları və rəhbərlik tərəfindən rüşvət tələbi və təzyiqlərə məruz qaldığını iddia edir.
Əliyevanın sözlərinə görə, eyni müəssisədə çalışan Tagıyeva Billur ondan hər ay 50–60 manat arası pul tələb edib.
Bundan başqa, o, “fond pulu”, “çağırış pulu”, “bayram və ad günü pulu” adı altında da əməkdaşlardan pul yığırmış.
Zümrüt Əliyeva iddia edir ki, bu qanunsuz tələblərə etiraz etdikdən sonra rəhbərlik və bir neçə əməkdaş o cümlədən Hüseynov Ruslan və Cəfərzadə Bəxtiyar — onun əleyhinə bir sıra təxribatlar təşkil ediblər. Əliyeva bildirir ki, onun barəsində guya polisə və digər orqanlara şikayətlər göndərilib, lakin o, Daxili İşlər Nazirliyinə, 102 xidmətinə və 43-cü Polis Bölməsinə müraciət etdikdə belə şikayətlərin mövcud olmadığı bildirilib.
Şikayətçi həmçinin qeyd edir ki, bu hadisələr nəticəsində səhhəti pisləşib, şəkəri qalxıb, bədəninin bir tərəfi iflic vəziyyətinə düşüb.
Əliyeva daha sonra məsələ ilə bağlı prokurorluğa, polisə və digər dövlət orqanlarına müraciət edib.
Mən haqlı olduğum halda məni günahkar çıxardılar,” deyə o bildirib.
Zümrüt Əliyeva hesab edir ki, rəhbərlik və bəzi əməkdaşlar arasında rüşvət və saxtakarlıq halları var, lakin bu şəxslər himayə olunur:
“Müdiriyyət onların arxasında durur. Kim etiraz edirsə, töhmət və xəbərdarlıqla işdən uzaqlaşdırılır,” deyə o qeyd edib.
Məsələ ilə bağlı adı çəkilən şəxslərin və Binəqədi rayonundakı tibbi müəssisənin rəsmi mövqeyi öyrənilməyə çalışılır.![]()
