“Uşaq Hüquqları Aylığı” çərçivəsində məktəbdə tədbir keçirildi
Məktəbimizdə “Uşaq Hüquqları Aylığı” çərçivəsində şagirdlərlə maarifləndirici tədbir təşkil olundu. Tədbirin məqsədi uşaqların hüquqları, onların müdafiəsi, sağlam və təhlükəsiz mühitdə böyümək imkanları barədə məlumatlılığı artırmaq idi.
Müəllimlər və məktəbin direktoru S. Məmmədov çıxış edərək uşaqların təhsil, sağlamlıq, istirahət, təhlükəsizlik və azad fikir bildirmə hüquqları haqqında ətraflı məlumat verdilər. Şagirdlər suallar ünvanladı, müxtəlif situasiya tapşırıqları və müzakirələr vasitəsilə mövzunu daha dərindən mənimsədilər.
Sonda şagirdlərə onların gündəlik həyatda hüquqlarından düzgün istifadə etmələri ilə bağlı tövsiyələr verildi.
Bu kimi tədbirlər uşaqların maarifləndirilməsinə, dəyərlərinin formalaşmasına və hüquqlarının qorunmasına mühüm töhfə verir.