• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Tam ştatlı müəllimlər dərsdən sonra nə ilə məşğul olacaqlar? - YENİ DETALLAR

Cəmiyyət / Sosial

25-11-2025, 10:25

Tam ştatlı müəllimlər dərsdən sonra nə ilə məşğul olacaqlar? - YENİ DETALLAR
Son günlər müəllimlərin əməkhaqlarının iş saatına əsaslanaraq yenidən tənzimlənməsi barədə müzakirələr təhsil gündəminin əsas mövzularından birinə çevrilib.

Təklif olunan tam ştatlı müəllim modelinin tam mexanizmi hələ müzakirə mərhələsində olsa da, elm və təhsil naziri Emin Əmrullayevin son çıxışı bu prosesin ümumi istiqamətlərini daha aydın göstərdi. Burada əsas nüans müəllimin məktəbdə həyata keçirdiyi çoxsaylı pedaqoji fəaliyyətin vahid çərçivədə qiymətləndirilməsi və məktəblərin bu yükə uyğun təşkilatlanmasıdır.

Məlumata görə, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, BDU-nun professoru Hikmət Əlizadə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, müəllimin fəaliyyəti yalnız dərs demək ilə yekunlaşmır, onlar pedaqoji fəaliyyət çərçivəsində məktəbdə müxtəlif işlər həyata keçirməlidirlər: “Müəllimlərin fəaliyyətinin iş saatına görə tənzimlənməsi maraqlı yenilikdir. Bu modelə görə, “tam ştatlı müəllim” anlayışı meydana çıxır. Yeni təklif olunan modelin mexanizmi hələ tam açıqlanmasa da, elm və təhsil nazirinin son açıqlaması yeni model haqqında mücərrəd təsəvvürlərin konkretləşməsinə kömək etdi.

Ümumiyyətlə, müəllimlər məktəbdə peşəkar inkişaflarını artırmaq məqsədilə bir-birilərinin dərsində iştirak etməlidirlər. Bu zaman onlar bir-birlərinin təcrübələrini öyrənmək imkanı əldə edirlər. Uzunmüddətli pedaqoji təcrübəmə əsasən, qeyd edə bilərəm ki, hər bir müəllimin dərsində özünəməxsusluq olur, təcrübələrin paylaşılması bu baxımdan məqsədəuyğundur. Sadəcə olaraq bir məsələyə diqqət etmək lazımdır. Müəllimlər bir-birilərinin dərsində nöqsan axtarmaq üçün deyil, təcrübələrini bölüşmək üçün iştirak etdikdə uğur qazana bilərlər.

Fənn metodbirləşmə üzvləri öz ixtisasları üzrə yeni pedaqoji məsələləri bir yerdə müzakirə etməyə geniş yer verməlidirlər. Bu gün pedaqoji yeniliklər o qədər sürətlə çoxalır ki, müəllimlərin onların hamısını əxz etməsi sadəcə olaraq mümkün deyil. Eyni fənn müəllimlərinin bir yerdə həm elmi, həm də pedaqoji yenilikləri müzakirə etməsi təcrübələrin bölüşdürülməsi kontekstində mühüm əhəmiyyət kəsb edir. Hətta müxtəlif fənn müəllimlərinin də bir yerdə hər hansı bir problemi müzakirə etməsi məqsədəuyğundur. Bu onların həm dünyagörüşünün artması, həm də təlim prosesində interdisiplinar paradiqmanın reallaşması baxımından müsbət nəticə verə bilər”.

Professor qeyd edir ki, müəllimlər pedaqoji fəaliyyətlərində qeyd olunan məsələlərdən əlavə, müxtəlif könüllü işlər görürlər, lakin bu, iş saatına daxil olmadığı üçün pərakəndə xarakter daşıyır: “Müəllimlər dərsdən sonra şagirdlərlə sinifdənxaric işlər həyata keçirməlidirlər. Dərsdən sonra müxtəlif məzmunlu tədbirlərin təşkil edilməsi həm şagirdlərin təlim maraqlarının və dünyagörüşünün artmasına, həm də tərbiyəlilik keyfiyyətlərini formalaşmasına xidmət edə bilər. Müasir təlim konsepsiyalarının tələblərinə görə, məktəbdə həm öyrədici, həm tərbiyəedici, həm də inkişaf etdirici mühit yaratmaq lazımdır ki, şagird bu mühitdə inkişaf etsin, formalaşsın, sosiallaşsın.

Müəllimlər bu gün öz pedaqoji fəaliyyətlərində qeyd olunan məsələləri həyata keçirirlər. Bundan əlavə, onlar şagirləri olimpiadalara, yarışlara, festivallara və s. hazırlayırlar. Amma bu fəaliyyətlər könüllü həyata keçirilir. Onlar müəllimlərin iş saatına daxil olmadığı üçün pərakəndə xarakter daşıyır. Bir müəllim çox işləyir, digəri isə... Görülən işin nəticəsi bu səbəbdən yüksək olmur. Müəllimlərin pedaqoji fəaliyyətini daha səmərəli təşkil etməyin zamanı yetişib. Bu istiqamətdə tam ştatlı müəllimlərin yaradılması fikrini təqdir edirəm. Təbii ki, yeni modelin tətbiqi mərhələli həyata keçirilməlidir. Bu istiqamətdə ilk olaraq 20 min tam ştatlı müəllim vəzifəsinin təsis edilməsi də məqsədəuyğundur”.

H.Əlizadənin sözlərinə görə, dövlət məktəblərindən fərqli olaraq özəl məktəblərdə müəllimlərin dərsdən sonra fəaliyyət göstərməsi üçün kifayət qədər resurs olduğundan şagird uğurları da yüksəkdir: “Yeni modelə əsasən, müəllimlər həftəlik 30-36 saat işləyəcəklər. Bu vaxtın 18-24 saatını tədrislə məşğul olacaqlar. İş günü ilə tədris saatının vaxt fərqi 12 saat edir. Həmin müddət ərzində müəllim tədrisdən əlavə pedaqoji işlərlə məşğul ola bilərlər.

Daha bir vacib məsələ diqqətdən yayınmamalıdır: Bizdə olan məlumata görə, hazırda məktəblərin mütləq əksəriyyəti ikinövbəlidir. Bu isə o deməkdir ki, gün ərzində məktəbin bütün sinif otaqlarında dərs keçirilir. Belə olan halda “müəllimlər dərsdən sonra harada oturub işləyə bilərlər?” sualı meydana çıxır. Bütün məktəblərdə yalnız bir müəllimlər otağı var ki, müəllimlərin hamısının orada fəaliyyətlərini səmərəli təşkil etməsi mümkün deyil.

Özəl məktəblərdə bu istiqamətdə vəziyyət daha məqsədəuyğundur. Həmin təhsil müəssisələrində müəllimlər iş saatlarında məktəbdə olur, müxtəlif pedaqoji fəaliyyətlər yerinə yetirirlər. Bu məktəblərdə müəllimlərin dərsdən sonra fəaliyyət göstərmələri üçün kifayət qədər resurslar var. Özəl məktəblərdə şagird uğurlarının yüksək olmasının səbəblərindən birini burada axtarmaq lazımdır. Dövlət məktəblərində isə şagird sıxlığı müşahidə olunur. Burada müəllimlərin dərsdən sonra fəaliyyət göstərmə imkanları məhduddur.

Nazir nitqində bu məsələyə də aydınlıq gətirib, tam ştatlı müəllimlər üçün iş şəraitinin yaxşılaşdırılması məsələsinin aktual olduğunu vurğulayıb. Təbii ki, bu məsələ artıq məktəb direktorlarının öhdəsinə düşür. Onlar məktəbdə pedaqoji işi düzgün təşkil edə bilərsə, tədricən bu problem öz həllini tapa bilər.

Ölkəmizdə təhsil sahəsində aparılan islahatların yeni mərhələsi başlayır. Bu günə qədər görülmüş işləri təhlil edəndə uğurlarla yanaşı, çatışmazlıqların da olduğunu görürük. Hesab edirəm ki, həyata keçirilən islahatların yeni mərhələsinin daha səmərəli olması üçün hər bir məktəb işçisi ciddi təhlillər aparıb yeniliklərin səmərəli həlli yollarını tapa bilərlərsə, daha böyük uğurlar əldə edə bilərik”, – deyə sədr bildirib.

Oxunub: 94
Paylaş:
Digər xəbərlər

Cəmiyyət / Sosial

1-11-2025, 13:14

Nazirlikdən müəllim və repetitorlarla bağlı səs-küylü TƏKLİF

Cəmiyyət / Sosial

14-11-2025, 15:59

Əgər bu islahat səhv həyata keçirilsə...- Eks-deputatdan XƏBƏRDARLIQ

Cəmiyyət

3-04-2025, 09:24

Müəllimlərin bir stavka dərs yükü 12 saata endirilsin! - TƏKLİF

Gündəm

31-01-2023, 15:28

13 mömrəli tam orta Məktəbdə pedaqoji şuranın növbəti iclası keçirildi

Sosial

28-06-2022, 18:32

Təhsil naziri: "Bəzi müəllimlərin direktor olmasını istəmirik"

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
Bugün, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
Dün, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
Bugün, 10:01
Qusarda qəza - ölən var
13-08-2026, 10:13
Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı
7-08-2026, 10:48
Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
Son xəbərlər
  • Bugün, 11:23
    Azərbaycanın CNN-ə qarşı iddiası - Məhkəmə hansı qərarı verəcək?
  • Bugün, 11:11
    5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
  • Bugün, 10:44
    Azərbaycanlı vəkil ABŞ-də hüquq doktoru oldu
  • Bugün, 10:39
    Eks-müdafiə naziri Ukraynada seçki keçirməyə çağırdı
  • Bugün, 10:32
    Abituriyentlərin diqqətinə! İxtisas seçimi bu gün başa çatır
  • Bugün, 10:28
    İran parlamentinin sədri İraqa getdi
  • Bugün, 10:24
    Rusiya Ermənistanla bağlı qərarını açıqladı
  • Bugün, 10:18
    Dünya bazarlarından Azərbaycan büdcəsi üçün şad xəbər
  • Bugün, 10:01
    Qusarda qəza - ölən var
  • Bugün, 09:59
    Daha bir bloger saxlanıldı
  • Bugün, 09:20
    Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
  • Dün, 16:47
    Prezident təqaüdçüləri ailə qururlar
  • Dün, 16:33
    Yeni səfir azərbaycanca ilk paylaşımını etdi
  • Dün, 15:35
    Prezident Britaniya səfirinin etimadnaməsini qəbul edib
  • Dün, 15:11
    Qalibaf Hörmüz boğazı ilə bağlı İranın şərtlərini açıqladı
  • Dün, 14:56
    İtkin düşən hərbçinin taleyi 44 il sonra bəlli oldu
  • Dün, 14:36
    Azərbaycanda neçə çoxuşaqlı ana var? - AÇIQLANDI
  • Dün, 14:31
    Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı - Rəsmi Bakıdan ETİRAZ
  • Dün, 13:32
    "Təbiət bizə əmanətdir və və bu əmanəti gələcək nəsillərə necə çatdıracağımız bu gündən verdiyimiz qərarlardan asılıdır" - Ekoloq
  • Dün, 12:32
    Səhər saatlarında Tovuzda dəhşətli hadisə: İki meyit tapıldı
  • Dün, 12:28
    Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığın inkişafı
  • Dün, 11:56
    Xocəsəndə su xəttində baş vermiş qəza aradan qaldırıldı
  • 14-08-2026, 22:45
    Orxan Cəbrayıl TƏBİB-dən yeni qanun gəlib deyərək işçisini işdən azad etdi
  • 14-08-2026, 20:40
    Rusiya ən böyük neft terminalını dayandırdı
  • 14-08-2026, 17:20
    “Bakı Abadlıq” kimin mülkünü kimə icarəyə verir? – Simurq Kitabxanasından icarə haqqı tələb olunur
  • 14-08-2026, 17:05
    Sumqayıta qatarla getmək istəyənlərə MÜJDƏ - hərəkət bərpa olunur
  • 14-08-2026, 15:37
    TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB
  • 14-08-2026, 15:29
    Metrodakı dəyişiklik kirayə qiymətlərini artıracaq? - AÇIQLAMA
  • 14-08-2026, 15:03
    “Qarabağ” - “Tvente” matçına hakim təyinatı oldu
  • 14-08-2026, 14:59
    Dövlət Sərhəd Xidmətində yeni təyinatlar
  • 14-08-2026, 14:49
    Ən çox ət, süd və yumurta istehsal edən RAYONLAR
  • 14-08-2026, 10:35
    “Global Media”nın əməkdaşı vəfat etdi
  • 14-08-2026, 10:27
    Azərbaycan Pakistanı təbrik etdi
  • 14-08-2026, 09:52
    IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı - TAM SİYAHI
  • 14-08-2026, 09:15
    Diqqət: kondisionerin bu ziyanlarını bilirsiniz? - Həkim tövsiyəsi
Daha çox
13-08-2026, 09:55
“Azeri Light” ucuzlaşdı
13-08-2026, 10:13
Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı
13-08-2026, 10:29
Coğrafiyanın taleyi burada dəyişir
13-08-2026, 10:45
“Qarabağ” - “Dinamo” oyunu bu telakanalda yayımlanacaq
13-08-2026, 17:14
Ermənistan Azərbaycana bu məhsulları ixrac edəcək
14-08-2026, 09:08
Ermənistan-Azərbaycan sülh sazişi gələn il İMZALANACAQ
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə