Qarabağ əlili Vüqar Qasımovdan sərt tənqid: “Boğazıma ip keçirib məni süründürürlər”
16 yaşında birinci Qarabağ döyüşlərində əlil olmuş Vüqar Qasımov Naxçıvanın Culfa rayonunda yaşadığı haqsızlıqlara sərt etiraz edib. O bildirib ki, Culfa Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sara xanım tərəfindən illərdir davam edən təzyiqlərə məruz qalır:
“Boğazıma ip keçirib məni süründürürlər. Mən nə istədiklərini bilmirəm. İllərdir ki, haqqımı ala bilmirəm. Mən nə etmişəm ki? Erməniyə güllə atmışam. Başqa ölkələrdə olsaydım, nümunəvi qazi kimi təqdim olunardım, amma burada başıma oyunlar açırlar”, – deyə Vüqar Qasımov qeyd edib.
Qazi həmçinin Prezidentə üz tutaraq müraciət edib:
“Cənab Prezident, bir Qazi kimi sizə müraciət edirəm. Mənə kömək edin, məni bu zülmkardan xilas edin.”
Bu açıqlama, vətən uğrunda fədakarlıq edən gənc qazinin dövlətin lokal nümayəndələri tərəfindən qarşılaşdığı haqsızlıqları bir daha gündəmə gətirir və idarəçilikdəki ciddi problemlərə işıq tutur.