• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Magistraturaya hazırlaşanların nəzərinə! - Yeni ixtisaslar yaradılacaq

Cəmiyyət

17-01-2026, 19:15

Magistraturaya hazırlaşanların nəzərinə! - Yeni ixtisaslar yaradılacaq
Magistratura səviyyəsi üzrə qəbul imtahanının ilk cəhdinin 2026-cı il fevralın 15-də keçirilməsi nəzərdə tutulur. İmtahanın keçiriləcəyi tarix yaxınlaşdıqca, keçid ballarının hansı istiqamətlər üzrə artacağı və rəqabətin hansı sahələrdə daha kəskin olacağı əsas müzakirə predmetinə çevrilir. Müşahidələr göstərir ki, son illər əmək bazarının tələbləri ilə ali təhsil proqramları arasında uyğunlaşma cəhdləri magistraturaya olan marağı daha da artırıb. Bu kontekstdə yeni ixtisasların açılması və mövcud ixtisaslaşmaların yenilənməsi də gündəmə gəlir.

Mövzu ilə bağlı açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, magistratura imtahanlarına cəmi bir ay qalması fonunda artıq müəyyən tendensiyaları görmək mümkündür.



“Son illərin təcrübəsi və beynəlxalq praktikaya baxdıqda demək olar ki, əmək bazarı ilə birbaşa əlaqəli, praktik bacarıq tələb edən ixtisaslar üzrə ballarda artım müşahidə oluna bilər. Xüsusilə informasiya texnologiyaları, data analitikası, süni intellekt, kibertəhlükəsizlik, maliyyə, iqtisadiyyat, idarəetmə, eləcə də beynəlxalq münasibətlər və tədrisi xarici dildə aparılan proqramlar əvvəlki illərdə olduğu kimi bu il də daha çox maraq doğuracaq. Tələb artdıqca, təbii ki, keçid ballarında da yüksəlmə qaçılmaz olur.

Təhsil sahəsində isə maraqlı bir paradoks yaranır: bir tərəfdən müəllimlik ixtisaslarına maraq qorunur, digər tərəfdən isə təhsilin idarə olunması, təhsil siyasəti, kurikulum və qiymətləndirmə, inklüziv təhsil, təhsil texnologiyaları kimi daha spesifik və ixtisaslaşmış sahələr ön plana çıxmağa başlayır. Dünya təcrübəsində artıq uzun müddətdir ki, təkcə “müəllim hazırlığı” deyil, təhsil liderliyi və təhsildə innovasiya əsas prioritetlərdəndir. Bu baxımdan həmin istiqamətlər üzrə balların stabil qalması və ya artması mümkündür”.

Müsahibimizin sözlərinə görə, proqnozlara gəlincə, bu il ümumi mənzərə kifayət qədər rəqabətli olacaq:

“Xüsusilə məhdud plan yerləri olan, lakin perspektiv vəd edən ixtisaslarda seçim daha çətinləşəcək. Bu da gəncləri yalnız bal toplamağa yox, daha şüurlu ixtisas seçiminə vadar edəcək. Bu tendensiya uzunmüddətli dövrdə sağlam bir prosesdir”.

G.Əkbərova onu da əlavə edib ki, yeni ixtisasların açılması məsələsində dünya trendləri açıq-aydındır. Onun fikrincə, magistratura pilləsində süni intellekt və təhsil, təhsildə rəqəmsal transformasiya, erkən uşaqlıq təhsili və xüsusi pedaqogika, dayanıqlı inkişaf və iqlim siyasəti, təhsil psixologiyası, tərcümə və akademik yazı, ictimai siyasət və idarəetmə kimi sahələrin genişlənməsi çox məqsədəuyğun olardı:

“Bir çox ölkələrdə artıq bu ixtisaslar ya müstəqil proqram kimi, ya da mövcud ixtisasların alt istiqamətləri kimi tədris olunur və ciddi maraq görür.

Şəxsi mövqeyim ondan ibarətdir ki, magistratura pilləsi bakalavr təhsilinin sadəcə davamı deyil, dərin ixtisaslaşma və peşəkar formalaşma mərhələsi olmalıdır. Ona görə də əmək bazarının real ehtiyaclarına cavab verən, praktik və tədqiqat yönümlü yeni proqramların yaradılması həm gənclər, həm də ölkənin inkişafı baxımından çox vacibdir”.

O eyni zamanda bildirib ki, gənclərə də tövsiyəsi, yalnız balın arxasınca qaçmamaları, öz bacarıqlarını, maraqlarını və gələcək planlarını nəzərə alaraq seçim etmələridir:

“Bəzən doğru ixtisas yüksək baldan daha çox şey qazandırır - bunu dünya təcrübəsi də açıq şəkildə göstərir”,- deyə o söyləyib.



Təhsil eksperti Elçin Əfəndi isə magistratura imtahanlarının keçirilməsinə az müddət qaldığını xatırladaraq, bakalavrları daha diqqətli olmağa çağırıb:

“Yaxşı olar ki, namizədlər Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanlarında iştirak etsinlər. Çünki bu sınaqlar bakalavrlara imtahanın hansı modeldə və hansı formatda keçiriləcəyi barədə ilkin təsəvvür formalaşdırmağa imkan verir.

Bu il üçün gözləntilər ondan ibarətdir ki, imtahanda iştirak edənlərin sayı ötənilki səviyyədə və ya bir qədər artıq ola bilər. Məlum olduğu kimi, ötən il həm dövlət sifarişi, həm də ödənişli əsaslarla kifayət qədər plan yerləri ayrılmışdı. Buna baxmayaraq, həm dövlət sifarişi, həm də ümumi plan yerləri üzrə xeyli boş yerlər qalmışdı. Bunun əsas səbəblərindən biri də ötən il bəzi bakalavrların müsabiqədə iştirak etməməsi idi”.

Ekspert hesab edir ki, bu il həmin bakalavrların da müsabiqəyə qatılması gözlənilir:

“Bu isə müsabiqənin daha gərgin və rəqabətli keçəcəyini deməyə əsas verir. Bununla belə, imtahanlar bakalavrlar üçün əlçatan olacaq. Çünki artıq üç ildir ki, bu imtahan modeli tətbiq olunur və namizədlər bu formata kifayət qədər uyğunlaşıblar. Nəticə etibarilə, imtahan göstəricilərinin ümumilikdə yaxşı olacağı proqnozlaşdırılır.

İmtahandan sonrakı mərhələdə isə ixtisaslaşma prosesi başlayır. Bu mərhələdə yüksək nəticə göstərən abituriyentlərin çoxluğu rəqabət mühitini daha da gücləndirəcək”.

E.Əfəndi həmçinin magistratura pilləsi üzrə yeni ixtisasların açılmasına da aydınlıq gətirib:

“Magistratura pilləsində yeni ixtisasların açılmasına gəldikdə isə, hesab edirəm ki, xüsusilə süni intellekt, informasiya texnologiyaları, data analitikası və bu kimi müasir və perspektivli sahələr üzrə proqramların yaradılması məqsədəuyğundur. Bu cür ixtisasların açılması əmək bazarında məhz bu sahələr üzrə ixtisaslı kadrların hazırlanmasına imkan verər. Eyni zamanda, əmək bazarında tələbatı az olan bəzi ixtisasların mərhələli şəkildə ixtisar edilməsi daha məqsədəuyğun olardı”,- deyə ekspert qeyd edib.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır.

Qeyd edək ki, iştirak edəcək bakalavrlar 2026-cı il yanvarın 14-dən 26-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidirlər.

Oxunub: 108
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

11-06-2025, 15:29

Magistraturaya ixtisas seçimi cədvəli AÇIQLANDI

Cəmiyyət

15-05-2024, 10:41

Magistraturaya ixtisas seçimi cədvəli açıqlandı

Gündəm / Siyasət

4-10-2019, 13:05

Novruz Məmmədovdan təhsil xərcləri ilə bağlı — QƏRAR

Cəmiyyət

23-12-2025, 14:34

Qəbul imtahanlarında xarici dil imtahanı - DİM-dən yeniliklə bağlı AÇILAMA

Cəmiyyət

4-01-2024, 08:26

Ali məktəblərə qəbulun keçid balları enəcək? - VİDEO

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
Bugün, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
Dün, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
Bugün, 10:01
Qusarda qəza - ölən var
13-08-2026, 10:13
Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı
7-08-2026, 10:48
Tərtərdəki hadisənin sirri açıldı: Ər-arvadı yandırıb 15 min manatı oğurladı
Son xəbərlər
  • Bugün, 11:23
    Azərbaycanın CNN-ə qarşı iddiası - Məhkəmə hansı qərarı verəcək?
  • Bugün, 11:11
    5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
  • Bugün, 10:44
    Azərbaycanlı vəkil ABŞ-də hüquq doktoru oldu
  • Bugün, 10:39
    Eks-müdafiə naziri Ukraynada seçki keçirməyə çağırdı
  • Bugün, 10:32
    Abituriyentlərin diqqətinə! İxtisas seçimi bu gün başa çatır
  • Bugün, 10:28
    İran parlamentinin sədri İraqa getdi
  • Bugün, 10:24
    Rusiya Ermənistanla bağlı qərarını açıqladı
  • Bugün, 10:18
    Dünya bazarlarından Azərbaycan büdcəsi üçün şad xəbər
  • Bugün, 10:01
    Qusarda qəza - ölən var
  • Bugün, 09:59
    Daha bir bloger saxlanıldı
  • Bugün, 09:20
    Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
  • Dün, 16:47
    Prezident təqaüdçüləri ailə qururlar
  • Dün, 16:33
    Yeni səfir azərbaycanca ilk paylaşımını etdi
  • Dün, 15:35
    Prezident Britaniya səfirinin etimadnaməsini qəbul edib
  • Dün, 15:11
    Qalibaf Hörmüz boğazı ilə bağlı İranın şərtlərini açıqladı
  • Dün, 14:56
    İtkin düşən hərbçinin taleyi 44 il sonra bəlli oldu
  • Dün, 14:36
    Azərbaycanda neçə çoxuşaqlı ana var? - AÇIQLANDI
  • Dün, 14:31
    Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı - Rəsmi Bakıdan ETİRAZ
  • Dün, 13:32
    "Təbiət bizə əmanətdir və və bu əmanəti gələcək nəsillərə necə çatdıracağımız bu gündən verdiyimiz qərarlardan asılıdır" - Ekoloq
  • Dün, 12:32
    Səhər saatlarında Tovuzda dəhşətli hadisə: İki meyit tapıldı
  • Dün, 12:28
    Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığın inkişafı
  • Dün, 11:56
    Xocəsəndə su xəttində baş vermiş qəza aradan qaldırıldı
  • 14-08-2026, 22:45
    Orxan Cəbrayıl TƏBİB-dən yeni qanun gəlib deyərək işçisini işdən azad etdi
  • 14-08-2026, 20:40
    Rusiya ən böyük neft terminalını dayandırdı
  • 14-08-2026, 17:20
    “Bakı Abadlıq” kimin mülkünü kimə icarəyə verir? – Simurq Kitabxanasından icarə haqqı tələb olunur
  • 14-08-2026, 17:05
    Sumqayıta qatarla getmək istəyənlərə MÜJDƏ - hərəkət bərpa olunur
  • 14-08-2026, 15:37
    TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB
  • 14-08-2026, 15:29
    Metrodakı dəyişiklik kirayə qiymətlərini artıracaq? - AÇIQLAMA
  • 14-08-2026, 15:03
    “Qarabağ” - “Tvente” matçına hakim təyinatı oldu
  • 14-08-2026, 14:59
    Dövlət Sərhəd Xidmətində yeni təyinatlar
  • 14-08-2026, 14:49
    Ən çox ət, süd və yumurta istehsal edən RAYONLAR
  • 14-08-2026, 10:35
    “Global Media”nın əməkdaşı vəfat etdi
  • 14-08-2026, 10:27
    Azərbaycan Pakistanı təbrik etdi
  • 14-08-2026, 09:52
    IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı - TAM SİYAHI
  • 14-08-2026, 09:15
    Diqqət: kondisionerin bu ziyanlarını bilirsiniz? - Həkim tövsiyəsi
Daha çox
13-08-2026, 09:55
“Azeri Light” ucuzlaşdı
13-08-2026, 10:13
Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı
13-08-2026, 10:29
Coğrafiyanın taleyi burada dəyişir
13-08-2026, 10:45
“Qarabağ” - “Dinamo” oyunu bu telakanalda yayımlanacaq
13-08-2026, 17:14
Ermənistan Azərbaycana bu məhsulları ixrac edəcək
14-08-2026, 09:08
Ermənistan-Azərbaycan sülh sazişi gələn il İMZALANACAQ
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə