• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

"Murov qartalı"nın şəhadətindən 1 həftə əvvəl çəkilən SON FOTOSU

Cəmiyyət

Bugün, 09:18

"Murov qartalı"nın şəhadətindən 1 həftə əvvəl çəkilən SON FOTOSU Kanal 15 Tv.com saytının “Şəhiddən qalan son foto” rubrikası davam edir. Budəfəki təqdimatımız Aprel döyüşlərində şəhid olmuş, "Murov qartalı" kimi tanınan polkovnik-leytenant Raquf Orucovun əziz xatirəsinə həsr olunur.

Şəhidin həyat yoldaşı Sevinc Orucovanın sözlərinə görə, Raquf Orucovun ailəsi ilə son fotosu 2016-cı il martın 23-də - Novruz bayramından sonrakı gün çəkilib.

Həmin gün Raquf Orucov axşam saatlarında evə gəlib. Ailəsi ilə görüşdükdən sonra təcili işi olduğunu və yenidən geri qayıtmalı olduğunu deyib.

“Novruz bayramından sonrakı gün, martın 23-ü idi. Axşam gəldi və dedi ki, “Mən çıxacağam, təcili işim var, qayıtmalıyam. Görüşməyə gəlmişəm”. Mən də bütün qohum-əqrəbaya, qardaşlarına xəbər verdim ki, gəlin, Raquf gəlib. Elə bil insanın ürəyinə nəsə damır… Qardaşlarından birinin uşağı xəstə idi, dedi ki, görüşə gələ bilməyəcəklər. Mən isə dedim ki, heç kim Raqufdan önəmli deyil, gəlin, görüşün”.

Sevinc Orucova xatırlayır ki, həmin axşam ailə üzvlərinin hamısı bir yerə yığışıb. Raqufun evə gəlməsi ailə üçün həmişə xüsusi gün sayılıb.

“Raquf gələndə elə bil bizə bayram olurdu. Biz bayramı Raqufla qeyd edirdik. Hamımız yığışdıq, yeməyimizi yedik. Sonra dedi ki, “Yox, mən getməliyəm”. Hazırlaşdı, hərbi formasını geyindi”.

Son foto da məhz Raquf Orucov evdən çıxmağa hazırlaşarkən çəkilib. Sevinc xanım deyir ki, uşaqlar onun hərbi formasına xüsusi maraq göstərir, Raqufla fəxr edirdilər.

“Qaynım dedi ki, “Bir şəkil çəkdirək, qoy uşaqlarla sənin şəklini çəkim”. Şəkildəki üç uşaq qardaşlarının övladlarıdır, biri də bizim Nihatdır, eynəkli uşaq. Uşaqlar onunla fəxr edirdilər. Eynəklərini taxdılar, hamısı düzülüb yanında dayandılar”.

Foto çəkilən zaman Raquf Orucov artıq hərbi çəkmələrini də geyinmiş, evdən çıxmağa hazırlaşmışdı. Ailə üzvlərinin onunla son görüşü də elə həmin an olub.

“Ondan sonra Raqufu bir daha görmədik. Bizə qalan isə bu şəkil oldu. Yaxşı ki, qaynım onu çəkmişdi. Raquf artıq çəkmələrini də geyinmişdi, qapıdan çıxırdı. Son dəfə də elə onda gördük”.

Foto sonradan yayıldıqdan sonra şəkildəki dörd uşağın hamısının Raquf Orucovun övladları olduğu düşünülsə də, onlardan üçü qardaşlarının uşaqları idi.

“Şəkli paylaşanda hamı elə bilir ki, bizim dörd övladımız var. Amma üçü Raqufun qardaşlarının uşaqlarıdır. Onsuz da onların hamısı Raqufun övladları kimi idi”.

Sevinc Orucovanın sözlərinə görə, ailə Raquf Orucovu martın 23-də son dəfə görüb. Təxminən bir həftə sonra isə Aprel döyüşləri başlayıb.

“Son dəfə onu elə həmin gün gördük. Ondan sonra bir daha Raqufu görə bilmədik. Təxminən bir həftə sonra, martın 31-dən aprelin 1-nə keçən gecə Aprel döyüşləri başladı”.

Raquf Orucov 1972-ci il iyulun 12-də Ağdam rayonunun Cinli kəndində anadan olub. Birinci Qarabağ müharibəsi illərində onun ailəsi ağır itkilərlə üzləşib. Dayısı Azər Rəhimov döyüşlərdə, anası Raya xanım isə 1993-cü ildə Cinli kəndinin işğalı zamanı şəhid olub.

1994-cü ildə Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə qəbul olunan Raquf Orucov 1996-cı ildə təhsilini başa vuraraq zabit kimi xidmətə başlayıb. Ön cəbhədə xidmət etməyə üstünlük verən gənc zabit Murovdağa təyinat alıb və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyət göstərib. Polkovnik-leytenant Raquf Orucov 2016-cı ilin Aprel döyüşlərində şəhid olub. Aprelin 5-də Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.

Raquf Orucov 1995-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, 1998-ci ildə “Hərbi xidmətlərə görə”, 2003-cü ildə “Qüsursuz xidmətə görə” III dərəcəli, 2008-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley və “Qüsursuz xidmətə görə” II dərəcəli, 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley və “Qüsursuz xidmətə görə” I dərəcəli medallarla təltif edilib. O, 2016-cı ildə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.

Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurub. Onların Aqşin və Nihad adlı iki oğlu dünyaya gəlib.

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

Gündəm

8-09-2023, 13:52

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun övladı ilə görüşüb.

Gündəm

12-07-2021, 09:35

Şəhid polkovnik-leytenant Raquf Orucovun GÜNÜDÜR

Gündəm

2-07-2022, 13:36

"Murov qartalı"nın oğlu məzun oldu - FOTOLAR

İqtisadiyyat

8-10-2019, 13:15

“Aprel şəhidləri”nin ailələrinə mənzil verildi

Gündəm

26-08-2022, 16:02

Şəhid ailələri birinci xanımı belə TƏBRİK ETDİ

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
Dün, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
19-08-2026, 16:44
Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
Son xəbərlər
  • Bugün, 12:03
    Azərbaycan klubu bu gün 18,6 milyon avro qazana bilər
  • Bugün, 11:59
    Metronun iş saatı dəyişdirilir
  • Bugün, 11:53
    Tələbə adını qazanan şəhid övladlarının SİYAHISI
  • Bugün, 11:34
    Prezident və Birinci xanım Xalq artistinin vida mərasiminə əklil göndərdi
  • Bugün, 11:07
    Universitetlər məzunlara diplomları pulnan verir? - Rəsmi cavab
  • Bugün, 10:16
    Azərbaycana gələn turistlərin sayı AZALIB
  • Bugün, 10:05
    Tələbələr 4 il əvəzinə 3 il oxuyacaq
  • Bugün, 09:56
    Şəhid övladı 621 balla UNEC-ə qəbul oldu
  • Bugün, 09:48
    Neftimiz 2 dollar ucuzlaşdı
  • Bugün, 09:18
    "Murov qartalı"nın şəhadətindən 1 həftə əvvəl çəkilən SON FOTOSU
  • Bugün, 09:14
    Koçaryanın evində axtarış aparılır
  • Dün, 19:30
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirildi. 24.08.2026
  • Dün, 15:49
    34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
  • Dün, 14:11
    Azərbaycan–Özbəkistan müttəfiqliyi Türk dünyasında yeni əməkdaşlıq modelinin formalaşmasına xidmət edir
  • Dün, 11:55
    Hikmət Hacıyev: "Qarabağdan Buxaraya uzanan bir elm yolu…"
  • Dün, 11:08
    Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
  • Dün, 10:45
    Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
  • Dün, 09:49
    Simonyan Koçaryana qalib gəldi
  • Dün, 09:46
    Ölkəmizdə ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi
  • Dün, 09:40
    “Brent” ucuzlaşdı
  • Dün, 09:30
    İran pulu "ölür"
  • Dün, 09:02
    Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar-Yenilənib
  • Dün, 08:57
    Bu yollarda sıxlıq var - Siyahı
  • Dün, 08:54
    İran Hörmüz boğazından keçid qaydalarını sərtləşdirir
  • Dün, 08:52
    Ukraynadan Mahaçqalaya hücum: yaralananlar var
  • 23-08-2026, 11:00
    Jurnalistlər Daşkəndə yola düşür - GÖRÜNTÜ
  • 21-08-2026, 15:58
    Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub.
  • 21-08-2026, 11:09
    Bu il onların pensiyası artacaq
  • 21-08-2026, 10:43
    Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.
  • 21-08-2026, 10:26
    78 nömrəli avtobusun marşrutu dəyişdi
  • 21-08-2026, 10:23
    Yeni Klinikanın direktor müavini ABŞ-yə köçür - “Green Card” udubmuş
  • 21-08-2026, 09:18
    Dünya bazarında neft ucuzlaşdı
  • 21-08-2026, 09:03
    Qənirə Paşayevaya həsr olunan beynəlxalq tədbir keçiriləcək
  • 21-08-2026, 09:00
    Gürzəni öldürən Neftçala sakini özü də öldü
  • 21-08-2026, 08:56
    Xankəndi, Xocalı və Ağdərəyə yeni köç: 87 ailə sevindi
Daha çox
Dün, 19:30
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirildi. 24.08.2026
21-08-2026, 15:58
Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub.
19-08-2026, 11:11
5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
21-08-2026, 10:43
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.
19-08-2026, 09:59
Daha bir bloger saxlanıldı
19-08-2026, 10:18
Dünya bazarlarından Azərbaycan büdcəsi üçün şad xəbər
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə