• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Maaş artımı səhiyyədə kadr probleminə təsir göstərəcək - DEPUTAT

Cəmiyyət

Bugün, 16:49

Maaş artımı səhiyyədə kadr probleminə təsir göstərəcək - DEPUTATBirinci vitse-prezident Mehriban Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü səhiyyə işçilərinin sosial rifahının yaxşılaşdırılması baxımından mühüm addım kimi qiymətləndirilir. Təşəbbüs Prezident İlham Əliyev tərəfindən müsbət qarşılanıb və icrası ilə bağlı müvafiq tapşırıq verilib.

Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli açıqlamasında bildirib ki, tibb işçisinin sosial təminatı yaxşılaşdıqca onun peşə motivasiyası, işinə bağlılığı və dövlət səhiyyə sisteminə inamı da güclənir.

“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış etməsini böyük məmnunluqla qarşılayıram. Prezident İlham Əliyevin bu mühüm sosial təşəbbüsü yüksək qiymətləndirərək onun icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlətimizin səhiyyə işçilərinə göstərdiyi diqqət və qayğının növbəti nümunəsidir.

Əminəm ki, bu qərar tibb ictimaiyyəti tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanacaq. Həkim olaraq yaxşı bilirəm ki, tibb işçisinin əməyi son dərəcə məsuliyyətli, çətin və fədakarlıq tələb edən bir peşədir. İnsan həyatının və sağlamlığının keşiyində dayanmaq sadəcə iş deyil, böyük mənəvi məsuliyyətdir. Bu baxımdan tibb işçilərinin əməyinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.

Deputat qeyd edib ki, Mehriban Əliyevanın uzun illərdir səhiyyəyə, xüsusilə ana və uşaq sağlamlığına, müasir tibb müəssisələrinin yaradılmasına və insanların müalicəsinə göstərdiyi diqqət cəmiyyətə yaxşı məlumdur:

“Tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı bu təşəbbüs də insan amilinə əsaslanan həmin yanaşmanın davamı kimi qiymətləndirilə bilər.



Məsələyə yalnız əməkhaqqının artırılması kimi baxmaq olmaz. Bu, eyni zamanda həkimin, tibb bacısının və digər səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymətin ifadəsidir. Tibb işçisinin sosial təminatı yaxşılaşdıqca onun peşə motivasiyası, işinə bağlılığı və dövlət səhiyyə sisteminə inamı da güclənir. Nəticədə qazanan bütövlükdə səhiyyə sistemi və ən əsası, Azərbaycan vətəndaşı olur”.

Müşfiq Məmmədli yeni təşəbbüsün dövlət səhiyyə müəssisələrini peşəkar kadrlar üçün daha cəlbedici edəcəyini və ixtisaslı mütəxəssislərin sistemdə qalmasına əlavə stimul yaradacağını düşünür.

“Xüsusilə regionlarda tibbi kadr təminatının yaxşılaşdırılması baxımından əməkhaqqı və digər stimullaşdırıcı mexanizmlərin inkişaf etdirilməsi mühüm nəticələr verə bilər.

Azərbaycan səhiyyəsi son illərdə böyük inkişaf yolu keçib. Yeni və müasir tibb müəssisələrinin yaradılması, icbari tibbi sığortanın tətbiqi, tibbi xidmətlərin əlçatanlığının genişləndirilməsi və səhiyyənin rəqəmsallaşdırılması istiqamətində mühüm işlər görülüb. Bu böyük sistemin əsas dayağı olan insan kapitalına – həkimə, tibb bacısına və digər tibb işçilərinə diqqətin artırılması isə islahatların məntiqi davamıdır”.

Deputatın sözlərinə görə, əməkhaqqının artırılması ilə yanaşı, davamlı tibbi təhsilin, peşəkar inkişafın, şəffaf karyera modelinin və əməyin obyektiv qiymətləndirilməsi mexanizmlərinin təkmilləşdirilməsi də səhiyyənin inkişafına yeni dinamika verə bilər.

“Xüsusilə ilkin səhiyyə və ailə həkimliyi institutunun gücləndirilməsi, regionlarda ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığın artırılması mühüm istiqamətlərdir.

Bu təşəbbüsü təkcə sosial qərar deyil, Azərbaycan həkiminə və bütövlükdə tibb ictimaiyyətinə verilən yüksək dəyərin ifadəsi kimi qiymətləndirirəm. Əminəm ki, bu addım həm tibb işçilərinin sosial rifahına, həm də vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək”, – Müşfiq Məmmədli sonda bildirib.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Siyasət

17-06-2020, 13:28

Birinci vitse-prezident Mehriban Əliyeva: Biz sizin fədakarlığınızın, səxavətinizin və qəhrəmanlığınızın şahidi olduq

İqtisadiyyat / Cəmiyyət

18-11-2024, 14:36

Prezident hökumətin qarşısında əməkhaqlarının artırılması məsələsini qoyub - Nazir

Cəmiyyət

17-06-2023, 15:12

Laçınlı tibb işçiləri peşə bayramını qeyd ediblər

Cəmiyyət / Səhiyyə

17-06-2022, 21:48

Laçınlı tibb işçiləri 17 iyun - peşə bayramı gününü yüksək əhval-ruhiyyə ilə qeyd etdilər

Cəmiyyət / Səhiyyə

13-02-2025, 10:05

Bu işçilər iş yerini özü seçəcək - Evə daha yaxın

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
Bugün, 09:10
Goranboydakı partlayışda yaralanan yoxdur - YENİLƏNİB
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
Son xəbərlər
  • Bugün, 17:02
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Nərimanov rayonunda keçirildi. 02.09.2026
  • Bugün, 16:49
    Maaş artımı səhiyyədə kadr probleminə təsir göstərəcək - DEPUTAT
  • Bugün, 11:59
    Həkimlərin maaşı 3000 manat olacaq - Anar Bayramov
  • Bugün, 11:46
    “Maariflən, dəstək al, inteqrasiya ol”: Layihə çərçivəsində kompleks sosial dəstək və inteqrasiya
  • Bugün, 10:59
    Qarabağda nə qədər ərazi minalardan təmizlənib? - AÇIQLANDI
  • Bugün, 10:53
    İrandakı toy mərasimində 70 nəfər vurulub
  • Bugün, 10:36
    Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı paylaşım edildi
  • Bugün, 10:17
    Sentyabrın sonunda Bakıya turist axını olacaq
  • Bugün, 09:56
    İxtisas seçimi bu gün bitir - Abituriyentlərin DİQQƏTİNƏ
  • Bugün, 09:35
    Şamaxı silkələndi: 4 bal gücündə zəlzələ
  • Bugün, 09:25
    Xaricdə ali təhsil alanlar imtahan verəcəklər - Yeni qayda
  • Bugün, 09:23
    Putin yenə Qarabağdan danışdı
  • Bugün, 09:19
    Parlamentdən də istefa verdi
  • Bugün, 09:17
    Gecəki gərginlik fonunda neft kəskin bahalaşdı
  • Bugün, 09:12
    Putinlə Paşinyan arasında mübahisə düşdü
  • Bugün, 09:10
    Goranboydakı partlayışda yaralanan yoxdur - YENİLƏNİB
  • Bugün, 09:08
    Nepalda ölənlərin sayı 1127-yə çatdı
  • Bugün, 09:06
    Hörmüz boğazı bağlandı
  • Dün, 12:14
    Qırğızıstan ŞƏT-də sədrliyi Pakistana təhvil verdi
  • Dün, 11:10
    Müttəfiqliyə aparan yol: Azərbaycan-Qırğızıstan münasibətlərinin FOTOXRONİKASI
  • Dün, 11:08
    Ceyhun Bayramov Əraqçı ilə görüşdü
  • Dün, 10:46
    Bakıda aylıq normanın 5 qatından çox yağış yağdı
  • Dün, 10:43
    Bakıdan sonra İrəvan COP tədbiri keçirməyə hazırlaşır
  • Dün, 10:29
    Deputatımız ABŞ-ə gedir
  • Dün, 10:19
    İrana qarşı nüvə silahından istifadə edilməyəcək - Tramp
  • Dün, 10:15
    Qardaş ölkələr bu dəfə meydanda rəqibdir
  • Dün, 09:56
    Hikmət Hacıyevlə Alen Simonyan görüşüb
  • Dün, 09:53
    İlham Əliyev Ərdoğanla görüşdü - GÖRÜNTÜ
  • Dün, 09:50
    Modern.az 17 yaşında!
  • Dün, 09:45
    Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyi yeni mərhələyə keçir.
  • 31-08-2026, 16:02
    Çinin Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir
  • 31-08-2026, 11:54
    Prezident Qırğızıstanda səfərdədir
  • 31-08-2026, 11:31
    DYP-dən sürücülərə xəbərdarlıq
  • 31-08-2026, 11:06
    Azərbaycanın coğrafi üstünlüyü: Bakı ŞƏT üçün kritik önəmlidir
  • 31-08-2026, 10:51
    İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
28-08-2026, 09:50
Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
27-08-2026, 16:06
Müasir Azərbaycan cəmiyyətində qadın ziyalı obrazını ləyaqətlə təmsil edən Mina Şirinova (Minə Aqil), həm təhsil rəhbəri, həm də istedadlı qələm sahibi kimi tanınır
28-08-2026, 14:02
SOCAR prezidentinə yeni müşavir təyin olundu
Dün, 09:45
Azərbaycan–Ermənistan münasibətlərində sülh gündəliyi yeni mərhələyə keçir.
27-08-2026, 12:03
Məktəbli geyimlərin qiyməti aşağı salındı - SATIŞ ÜNVANLARI
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə