Nepalda baş verən dağıdıcı sel nəticəsində ölənlərin sayı 1127 nəfərə çatıb.
Xəbər verilir ki, bu barədə “Kathmandu Post” qəzeti polisə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Bhote-Koshi çayının daşması nəticəsində baş verən seldən sonra bəzi ərazilərdə və qonşu Hindistanda insan meyitlərinin aşkarlanması ölənlərin sayının artmasına səbəb olub.
Polisin məlumatına əsasən, selin baş verdiyi ərazilərdə 6541 nəfər xilas edilib, 4858 nəfər isə itkin düşmüş hesab olunur.