Qarabag qazisi daha nə istəyir?
Qaradağ RIH onun hər şəraitini təmin edib...
Qaradağ rayonu Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 12, mənzil 40 ünvanında qeydiyyatda olan,1-ci qrup Vətən müharibəsinin əlili, 30.10.1990-cı il təvəllüdlü Səmədov Elnur Eldar oğlu Qaradağ rayonu Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 9 ünvanında yerləşən Qaradağ Rayon İcra Hakimiyyətinin həyətində özünə məxsus “Khzar Azsamand” markalı 77-BE-990 dövlət nömrə nişanlı avtomobilini yandırmışdır.
Apardıgımız araşdırmalar nəticəsində məlum oldu ki, Qaradağ Rayon Icra Hakimiyyətinin başçısı Cənab Süleyman Mikayılov həmin qazinin problemləri ilə şəxsən yaxından maraqlanaraq,ona qayğı göstərmişdir. Buna misal olaraq Rayon Icra Hakimiyyətindən qaziyə hətta dolanışıq problemi olmamasi üçün obyekt də verilmişdir.Bütün bunlarla yanaşı həmin müharibə iştirakçısının bu cür etiraz etməsi anlaşılan deyil və onun psixi durumunun normal olmamasına dair şübhələri qüvvətləndirir. Yəni, insan anlaqsız vəziyyətdə olmalıdır ki,hər şeylə təmin olunduğu halda belə bir addım atsın.
Mövzuya qayıdacağıq...