• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Gənclərin Qarabağ Universitetini seçməsi mübarizənin davamıdır - MÜSAHİBƏ

Cəmiyyət

14-10-2024, 10:58

Gənclərin Qarabağ Universitetini seçməsi mübarizənin davamıdır - MÜSAHİBƏ
MİQ-lə SERTİFİKASİYA birləşdirilə bilər…



Milli Məclisin deputatı, qurumun Elm və Təhsil Komitəsinnin üzvü Məhriban Vəliyeva Təhsil Portalına geniş müsahibə verib.



Müsahibəni təqdim edirik.



- Mehriban xanım, Siz cəmiyyətdə daha çox təhsil adamı kimi tanınırsınız. Bilmək olarmı, Sizi bu sahəyə daha çox bağlayan səbəb nədir? Ümumən təhsilimizi necə xarakterizə edərdiniz?

146929

- 1989-cu ildən etibarən təhsildəyəm. 1980-ci illər özünəməxsus xüsusiyyətləri ilə təhsildə diqqəti cəlb edirdi. Çünki biz müstəqilliyə doğru gedirdik. Həmin dövr çox təlatümlü idi. Tarixdə baş verən büyük siyasi hadisələr təhsilin inkişafına həm müsbət, həm də mənfi mənada təsir edirdi.



Daha sonra müstəqillik dövrü, müharibələr, torpaqlarımızın işğalı, 1 milyon məcburi köçkünümüzün olması təhsilə yenə öz təsirini göstərdi. Qarabağ və Şərqi Zəngəzurda 1000-ə yaxın təhsil müəssisəsi var idi. Onların hamısının fəaliyyəti birdən dayandı. Bir sözlə, təhsilimiz "köçkün" düşdü.



Təhsilə ilk vaxtlar müəllim kimi fəaliyyətə başladım və ondan sonra direktor vəzifəsində çalışmışam. Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini kimi fəaliyyət göstərmişəm. Nəhayət indi isə qanunvericilik sahəsindəyəm. Deməzdim ki, sadaladığım fərqli sahələrdir. Dünən mən təhsilin icra sahəsində işləyirdimsə, bu gün həmin qanunvericiliyin dəyişməsində məsuliyyət daşıyıram. Bu həm şərəflidir, həm də vacib bir sahədir.



Bayaq qeyd etdiyim kimi, tarixdə baş verən siyasi hadisələr təhsildən yan ötüşməyib. Təhsil əvvəlki dövrdən, indiyə qədər çox maraqlı, mərhələli inkişaf prosesindən keçib. 2010-cu ilə qədər müstəqillik dövrün qanunvericilik bazası yaradılıb. 2010-cu ildən 2020-ci ilə qədər inkişaf prosesində müxtəlif Dövlət Proqramları həyata keçirilib. Əsasasən də təhsilin keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb.



2020-ci ilə qədər olan dövr ərzində dövlətin daha prioritet istiqamətlər olub. Torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyin bərpası məsələsi və s. Bütün bunlar çox vacib məsələdir. Bununla yanaşı, daima təhsilin inkişafına yönələn böyük addımlar atılıb. 2020-ci ildən sonra Azərbaycanın tarixində, siyasi həyatında, həm də təhsil həyatında yeni bir mərhələ başladı. Buna qədər əsas məqsəd Azərbaycan vətəndaşının yetişdirilməsi məsələsi idi. Hazırki dövrdə də bu prioritet olaraq qalır, amma yeni dövrdə daha çox rəqabətə davamlı insan kapitalının formalaşması ən vacib şərtlərdəndir. Yəni bu vacib şərti təhsil həyata keçirir. Çünki təhsil yoxdursa, heç bir inkişafdan söhbət gedə bilməz. Belə deyim, iqtisadiyyatın özündə davamlı inkişafı təmin etmək üçün insan kapitalının milli sərvətdə payını müəyyənləşdirmək üçün mütləq şəkildə təhsil ona dəstək olmalıdır.



Təhsil özü konservativ sahədir və bu dəyişkənliyi yaratmaq çox çətindir. Ulu öndərin belə bir sözü var: "Təhsil kənd təsərrüfatı deyil, təhsil iqtisadiyyat deyil". Təhsil tamamilə başqa sferadır. Bu gün rəqabətli insan kapitalından danışırıq və həmin an insanın gözünün qarşısına dünyada inkişafla bağlı insanlar arasında gedən rəqabət gəlir. Süni intellekt bu rəqabəti 2 qat artıracaq. Biz o qədər sürətlə inkişaf etməliyik ki, süni intellekt bizi deyil, biz onu idarə edə bilək. Əlbəttə ki, biz süni intellektdən qorxmamalıyıq. Biz istəsək də, istəməsək də artıq həyatımıza daxil olub. Süni intellektdən təhsildə yaxşı mənada bəhrələnmək lazımdır.



- Az əvvəl qeyd etdiniz ki, təhsilimiz də uzun müddət “köçkün” düşdü. O dövrlərlə indini müqayisə etsəniz, hansı məqamlara diqqət yetirərdiniz?



- Həmin dövrlər tam başqa idi. Təhsilin o zamanlar geri qalmasının əsas səbəbi yeni quruluşa transformasiya idi. Amma köçkünlük və qaçqınlıq bu inkişafa təsir etdi. Bütün bunlarla yanaşı, Azərbaycan təhsilinin inkişafı istiqamətində Dövlət Proqramları müəyyən zəminlər yaratdı.



Sovet dövründə olan təhsili pisləmək fikrim yoxdur. O zamanlar təhsilin özünəməxsus bir ənənəsi var idi. Amma quruluş dəyişəndən sonra məqsədlər, baxışlar dəyişir. Biz heç vaxt sovet təhsili ilə müasir dövrün demokratik baxışlı insanlarını formalaşdıra bilməyəcəyik.



Düzdür, fəaliyyətim sovet dövrünə düşməyib, amma təhsilim həmin dövrdəydi. Sovet təhsili nəzəriyyəçi təhsil olub. Ondan sonrakı mərhələlərdə niyə bizim alimlərimizin əksəriyyəti böyük bir boşluqda qaldı? Əslində onların günahı yox idi, onlar o cür yetişmişdilər. Təhsil sahəsində nəzəriyyəçi formada yetişən insanların beynini dəyişmək çətin idi. Müasir dövr bizdən artıq tamamilə fərqliliklər istəyir. Bu gün təhsillə bağlı müzakirə edilən məsələlərdən biri də gələcəyin ixtisaslarıdır. Hazırda 1-ci sinfə gedən uşağa öyrətdiyimiz biliklərin 10 ildən sonra ona nə dərəcədə lazım olacağını bilmirik. Ona görə də bu gün məktəblər çox ciddi şəkildə yeniliyə transformasiya olunmalıdır.



- Ölkə çapında tanınmış təhsil adamı, eyni zamanda millət vəkili olaraq necə düşünürsünüz, orta məktəblərin mahiyyəti və vəzifəsi nədir?



- Məktəb rəqabətə davamlı insan kapitalını formalaşdıran, bütün səriştələri, həyati bacarıqları aşılayan bir məkandır. Təkcə akademik bilik verən sahə olmamalıdır. Akademik bilik hər yerdə var. Hesab edirəm ki, məktəb şagirdlərin mənimsədiklərini istehsal etməyi öyrədən bir məkan olmalıdır. Məktəb laboratoriyaya çevrilməlidir.



- Qeyd etdiyiniz məqsədlərə çatmaq üçün sizcə Azərbaycan müəlliminin gücü yetərlidirmi?



- Məktəb funksiyasını o zaman itirir ki, o yalnız akademik bilik verən məkana çevrilir. Məktəb şagirdin sosiallaşmasına imkan verməlidir. Bu gün süni intellekt gəlir və rəqəmsal dövrü əvəzləyir. Burada sual yaranır. Biz gənclərimizi bu istiqamətdə inkişaf etdirə bilirikmi? Yüz faiz etdirməyə çalışırıq və edirik də. Rəqəmsal bacarıqlar deyilən bir fənn artıq neçə ildir ki, tədris olunur. Burada əsas məsələ odur ki, bizə təqdim olunan yeniliklərdən faydalana bilirik, yoxsa yox? Bundan məktəb də, müəllim də şagird də faydalanmalıdır.



Təhsillə bağlı qəbul edilən sənədlərin içərisində çox sevdiklərimdən biri 2013-cü ildə təsdiq olunan “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”dır. Bu sənəddə təhsilin inkişafı üzrə 5 əsas istiqamət verilir. Həmin 5 istiqamətdə 2013-cü ildən bu günə qədər məzmunla bağlı xeyli işlər görülüb. Yeni dərsliklər yazılıb, yeni məzmun formalaşıb. Biz artıq demək olar ki, bütün beynəlxalq qiymətləndirmələrə qoşulmuşuq. 5-ci sinifdən artıq təbiət fənni tədris edilir. Bu fənnin salınmasının səbəbi nə idi, bilirsiniz? Məsələ burasındadır ki, riyaziyyat fənnindən şagirdlərimiz az-çox nailiyyətlər əldə etdilər, amma təbiət fənlərində biz çox geri qalırdıq. Bunu görən bizim təhsil mütəxəssisləri başa düşdülər ki, məzmunu beynəlxalq aləmə uyğun olaraq formalaşdırmalıyıq. Ona görə də yeni kitab hazırlandı. Düzdür, elə fənlər var ki, orada Amerika kəşf etmək lazım deyil. Əsas hədəf ən uğurlu modelləri dərsliklərdə tətbiq etməkdir.



Cənab Prezidentin dediyi kimi, 44 günlük Vətən müharibəsinin qalibi gənclərimiz oldu. Həmin gənclər vuruşdular və qalib gəldilər. Onları müəllimlərimiz, məktəblərimiz və ailələrimiz yetişdirdi. Məncə bu faktor təhsilimizin gücünü göstərir. Amma təbii ki, elə bir zamanda yaşayırıq ki, hər an yenilənməyə ehtiyac duyulur. Dövrün çağırışları tamam başqadır. Təhsilimiz nəinki bu çağırışlara ayaq uydurmalı, hətta ondan önə keçməlidir. Bu istiqamətdə ciddi addımlar atılır.


Ətraflı

Təhsilin keyfiyyətini müəllimin keyfiyyətindən üstün tutmaq olmaz. Ona görə də bu yöndə durmadan islahatlar aparılır. Şəffaflığı təmin etmək üçün mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulunun həyata keçirilməsi və bu kimi digər aksiyalar təhsilimizin inkişafına, müəllimlərimizin bilik və bacarıqlarının daha da yüksəlməsinə xidmət edir.



- Mehriban xanım, çox vacib bir məqama toxundunuz. Necə etmək olar ki, gələcəkdə müəllim olmaq istəyənlərin MİQ-dən keçməsinə ehtiyac qalmasın? Sertifikasiya isə hər vaxt olmalıdır.



- MİQ 10 il bundan əvvəl əsası qoyulan bir prosesdir. Bu imtahanlar şəffaf formada həyata keçirilir. Bundan sonra sözün əsl mənasında məktəblərə heç bir qeyri-qanuni yolla müdaxilələr olmadı. Sertifikasiya isə 2022-ci ildən etibarən tətbiq edilir və 2026-cı ildə tamamlanacaq. Sertifikatlaşdırma peşəkar inkişafı təmin edir, MİQ isə müəllimlərin işə qəbulu prosesini həyata keçirir. Ola bilər ki, gələcəkdə sertifikatlaşdırma ilə MİQ-in birləşməsi istiqamətində işlər görülsün.



- Yeri gəlmişkən, son zamanlar cəmiyyət arasında belə bir fikir səsləndirilir ki, müəllim olmaq istəyən abituriyentlər yazılı imtahanla yanaşı şifahi formada da imtahan verməlidirlər. Siz bu barədə nə düşünürsünüz?



- Təkcə şifahi nitq deyil, yazılı nitqin özü də yoxlanılmalıdır. Təbii ki, bu məsələlər gündəmdə olan və danışılan məsələlədir. Yəqin ki, gələcəkdə həmin imtahanların təşkilini universitetlərin ixtiyarına buraxacaqlar. Düşünürəm ki, bu səlahiyyətlər ali məkəblərə ötürülməlidir. Bunun üçün universitetlər hər hansısa bir model təşkil edə bilərlər.



- Mehriban xanım, bu gün bağça, orta məktəb və ali məktəb arasındakı əlaqələr sizi qane edirmi?



- Burada ən önəmli şərtlərdən biri varislik prinsipinin qorunmasıdır. Məktəbəqədər təhsil Azərbaycanda həmişə icra qurumlarında olub, lakin 2 ildir ki, Nazirliyin tabeliyinə keçib. Əlbəttə ki, keçmə səbəbi də həmin varislik prinsipinin qorunmasıyla bağlıdır. Məktəbəqədər təhsilin əhatəsinin genişləndirilməsi ən vacib dövlət siyasətidir. Biz bilirik ki, məktəbəqədər təhsilin bazası güclü olmasa, digər bazaları qurmaq çox çətindir. Belə ki, məktəbəqədər təhsilin əhatə dairəsi 35%-ə qədər gəlib çatıb, amma sonrakı mərhələdə istəyirik ki, bu faiz 50-yə gəlib çatsın. Bu istiqamətdə vacib işlər görülür.

Təhsil mütəxəssislərimizin əsas məqsədi ali məktəblərə qəbulun asanlaşması və ali məktəbdən çıxışın çətinləşməsi məsələsidir. Bunun üçün ciddi adımmların atılması lazımdır. Konkretləşdirsək, qeyd etdiyiniz sahələrlə bağlı işlər görülür.



- Bundan öncə icraedici orqanlarında fəaliyyət göstərərdiniz. Təhsil qanunvericiliyində boşluqlar görürdünüzmü?



- Əslində qanunvericilik də, qanunlar da demək olar ki, öz yerindədir. Söhbət onun icrasından gedir. Bəzən onun icra mexanizmləri olmur, qaydalarda boşluq olur.



- “Ali təhsil haqqında” qanun layihəsi 4 ildir ki, qəbul edilə bilmir.



- “Ali təhsil haqqında” qanun layihəsi 4 ildir ki, müzakirədədir. Məsələnin müzakirəyə qaldırılması istiqamətində düşünülür, danışılır. Yəqin ki, həllini tapacaq...



- Mehriban xanım, Qarabağ Universiteti ilə bağlı düşüncələrinizi bizimlə bölüşə bilərsinizmi?



- Əslində, Qarabağ Universiteti təkcə ali təhsil müəssisəsi kimi formalaşmayacaq. Universitetin özünün siyasi bir əhəmiyyəti var. O həm də Qarabağ təhsilinin formalaşmasında baza rolunu oynacaq. Qarabağ Universiteti açılanda dedilər ki, onun qəbul planı dolmayacaq. Amma 1200 yüksək bal toplayan abituriyent məhz həmin ali məktəbi seçdi. Bu o deməkdir ki, dünən ordumuz Cənab Prezidentin dəmir yumruğu ilə “qalxaq, mübarizəyə gedək”, deməsi ilə hamı ayağa qalxdı. İndi gənclərin Qarabağ Universitetini seçib ora getməsi bu mübarizənin davamıdır. Belə bir gənclik məhz Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formaşalır. Bu gənclik İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı daha irəli aparacaq.



Qarabağ təhsili tamamilə yeni bir ruh gətirəcək. Mən buna inanıram, çünki ora gedən müəllimlərdə bunu görürəm. Onlar çox böyük ruh yüksəkliyi ilə fəaliyyət göstərirlər. Təhsildə əsas məsələlərdən biri də sevgidir. Sənin sevgin varsa, hər şey yarada biləcəksən. Məğlub müəllimlə, qalib müəllimin təbii ki, fərqi çox böyükdür. Burada məğlub müəllim dedikdə torpaqları vaxtı ilə düşmən tapdağı altında qalanlardan söhbət gedir. Təbii ki, məğlub müəllimlərimiz gənclərimizdə qalib ruhu formalaşdıra bildilər.



Bax, elə həmin əzm və ruh yüksəkliyi idi ki, bizim gənclərin yetişməsinə səbəb oldu. Azərbaycan müəllimi çox ağrılı prosesdən keçib. Cənab Prezidentin bu ifadəsi çox gözəldir: “Qarabağda anadan olmayan uşaqlar, gedib Qarabağı aldılar”. Çünki onlara Qarabağı sevdirən məhz Azərbaycan müəllimidir. Ona görə də Azərbaycan müəlliminin əməyi böyükdür və onları ucalardan uca saxlamaq lazımdır.



- Son zamanlar yüksək bal toplayan abituriyentlərin böyük hissəsi müəllimlik ixtisasını seçir. Baxmayaraq ki, onlar həmin balla istədikləri ixtisas üzrə təhsil ala bilərlər. Sizcə, müəllimliyə bu qədər marağın olmasına səbəb nədir?



- Ümumiyyətlə, təhsildə müəllimlə bağlı olan, onun nüfuzunun artırılması istiqamətdə dövlət səviyyəsində müəyyən işlər aparılır. Maaşların artırılması, differensial əmək haqqının tətbiq olunması və s. bu qəbildəndir. Stimulverici nüanslar əlbəttə ki, bizim gənclərimizi müəllimlik peşəsinə yönləndirir. Bu müsbət haldır. Hesab edirəm ki, müəllim sənətinə aşağı balla qəbul olmaq yolverilməzdir. Ən savadlı gənclərimiz müəllim olmalıdır. Çünki onlar gələcəyimizi yetişdirən qüvvələrdir.



- Son zamanlar sosial mediada müəllimlər barədə mənfi hallar qabardılaraq tirajlanır. Ən adi bir hadisəni belə şişirdib, müəllimlərin nüfuzu barədə mənfi rəylər formalaşdırırlar. Sizcə, bu kimi paylaşımların qarşısını almaq üçün məktəblərdə həm şagirdlərə, həm də müəllimlərə telefon qadağası tətbiq edilə bilər?



- Müəllim hər hansı bir məsələdə nəyisə nümayiş etdirirsə, bu məktəb daxilində olmalıdır. Yəni bu sosial şəbəkələrdə müzakirə obyektinə çevrilməməlidir. Amma, eyni zamanda hər bir müəllim başa düşməlidir ki, qarşısındakı gələcəyin şəxsiyyətidir.



Çin, Rusiya, İtaliya məktəblərində telefon qadağası var. Resurs kimi telefondan istifadə olunacaqsa, qadağan oluna bilməz, lakin digər məqsədlər üçün işlədilirsə, o zaman qadağan oluna bilər.
Gənclərin Qarabağ Universitetini seçməsi mübarizənin davamıdır - MÜSAHİBƏ

Oxunub: 134
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

8-01-2024, 08:12

Nazir 2024-cü ilin təhsil hədəflərini açıqladı: Xankəndi, sertifikasiya...

Cəmiyyət

16-10-2023, 00:08

TƏHSİLDƏ UĞURLU TƏYİNAT

Dünya

17-02-2023, 16:17

Türkiyə apreldən hibrid təhsilə keçə bilər

Gündəm

17-11-2022, 15:35

Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri aparılır

Cəmiyyət

12-06-2020, 00:32

Nuray Dəniz yazır...

Şou Biznes
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
14-05-2026, 11:02
Aeroport yolunda avtomobil yandı
12-05-2026, 10:43
Lökbatandakı yanğın nəzarətə götürüldü, 2 helikopter cəlb olundu - VİDEO
6-05-2026, 09:42
Şəkidə maşın aşdı, ölən və yaralananlar var
Son xəbərlər
  • Bugün, 14:20
    Avtomobil Yollarının Mühafizə Xidməti rəisi işdən çıxarıldı
  • Bugün, 11:53
    Gürcüstanın Baş naziri Azərbaycana gəldi
  • Bugün, 11:50
    Laçının işğal günü - Bir güllə atılmadan qazanılan ZƏFƏR
  • Bugün, 10:21
    “Maşın” şou yenidən başlayır - Foto
  • Bugün, 10:13
    Azərbaycanda 12 şəhər və yüzlərlə kənd kompleks planlaşdırılıb
  • Bugün, 09:49
    Bakıda keçirilən WUF13 tarixə düşdü - Hikmət Hacıyevdən paylaşım
  • Bugün, 09:44
    Bakıda WUF13-ün ikinci günü başladı - PROQRAM
  • Bugün, 09:20
    Bakıda WUF13-ün ikinci günü başladı - PROQRAM
  • Bugün, 00:56
    Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib
  • Bugün, 00:54
    "Təcili yardım" maşınının açarı itdi, xəstə öldü "Təcili yardım" maşınının açarı itdi, xəstə öldü
  • 15-05-2026, 16:29
    İmtahanların nəticələri elan edildi
  • 15-05-2026, 15:48
    Prezidentin Protokol Xidməti ilə bağlı QƏRAR
  • 15-05-2026, 15:43
    Mayın 18-i muzeylərə pulsuz gedə bilərsiniz
  • 15-05-2026, 15:30
    Təhsildə yenilik - ali məktəblərə qeydiyyat mygov-la aparılacaq
  • 15-05-2026, 14:41
    İlham Əliyev TDT dövlət başçıları ilə Türküstanda
  • 15-05-2026, 14:40
    Şəhid Rafiq Cəfərov Füzulidə dəfn olundu
  • 15-05-2026, 14:36
    İcra başçısı müavinini işdən çıxardı - Foto
  • 15-05-2026, 14:33
    İlham Əliyev Qazaxıstana getdi - FOTOLAR
  • 15-05-2026, 11:47
    İctimai nəqliyyatda ilk: üztanıma ilə ödəniş sistemi tətbiq edildi
  • 15-05-2026, 11:08
    II və III ixtisas qruplarına sənəd verənlərin nəzərinə!
  • 14-05-2026, 23:10
    Yepiskop Aleksiydən (Smirnov) şikayət var – Məhkəmə çəkişməsi
  • 14-05-2026, 16:29
    Yeni Dövlət Agentliyi YARADILDI
  • 14-05-2026, 14:25
    Dövlət Məşğulluq Agentliyinin departament rəhbəri işdən çıxdı
  • 14-05-2026, 11:59
    BMT-dən WUF13-lə bağlı MESAJ
  • 14-05-2026, 11:56
    May pensiyaları ödənildi
  • 14-05-2026, 11:02
    Aeroport yolunda avtomobil yandı
  • 14-05-2026, 10:41
    Bahar Muradova Milli Məclisdə hesabat verəcək
  • 14-05-2026, 10:37
    Laçınla Daşkəsənə dolu düşüb
  • 14-05-2026, 10:24
    Prezident onu nazirə birinci müavin təyin etdi
  • 14-05-2026, 09:54
    Sahibə Qafarova Özbəkistana getdi
  • 14-05-2026, 09:20
    “Brent” neftin qiyməti 106 dolları ötüb
  • 14-05-2026, 09:15
    Minimum əmək haqqı nə zaman artırılacaq?
  • 14-05-2026, 09:14
    “Brent” neftin qiyməti 106 dolları ötüb
  • 14-05-2026, 09:12
    Bakı və Sumqayıtın bəzi ərazilərinə işığın verilməsi DAYANDIRILACAQ
  • 14-05-2026, 09:08
    Hazırda ağır tıxac olan YOLLAR
Daha çox
13-05-2026, 14:41
Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək
15-05-2026, 16:29
İmtahanların nəticələri elan edildi
15-05-2026, 15:30
Təhsildə yenilik - ali məktəblərə qeydiyyat mygov-la aparılacaq
Bugün, 11:50
Laçının işğal günü - Bir güllə atılmadan qazanılan ZƏFƏR
Bugün, 00:56
Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib
12-05-2026, 14:03
Bu peşə sahibləri pensiyaya çıxanda 6 qat maaş alacaq!
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə