Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Abdullayev Elnur Məzahir oğlu Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına direktor vəzifəsinə təyin olunub.TƏBİB-in icraçı direktorunun müşaviri Səkinə Sadıqova Elnur Abdullayevi kollektivə təqdim edib.
Abdullayev Elnur Məzahir oğlu 23.04.1982-ci ildə Ağcabədi Rayon Yeni Qaradolaq kəndində anadan olub.
1999-2003-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi, 2003-2005-ci illərdə Hərbi tibb fakultəsində təhsil alıb.
2005-2010-ci illərdə müxtəlif hərbi hissələrdə hərbi həkim kimi fəaliyyət göstərib.
2011-2020-ci illərdə Mərkəzi neftçilər xəstəxanasında müxtəlif vəzifələrdə çalışıb.
2020-2021-ci illərdə Respublika Diaqnostika Mərkəzində Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsində çalışıb.
2021-2022-ci illərdə Yeni Klinikada İntensiv Terapiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
2022-2023-cü illərdə Mərkəzi Neftçilər xəstəxanasında Təcili yardım şöbəsinin müdiri vəzifəsində çalışıb.
2023-2024-cü illərdə Ağcabədi RMX PHŞ-nin direktor müavini-baş həkim vəzifəsində çalışıb.