Səhər saatlarından etibarən İrəvanda itaətsizlik aksiyaları başlayıb.
Dovletxeberleri yerli mətbuata istinadən xəbər verir ki, etirazçılar şəhərin mərkəzi küçələrini bağlamağa cəhd ediblər.
Küçələrin bağlanmasına görə şəhərin bir sıra hissələrində tıxaclar yaranıb, avtobusların hərəkətində ləngimə qeydə alınıb.
Polis aksiyaların bəzilərinə müdaxilə edib, onlarla şəxsi saxlayıb. Etirazçılar Ermənistan polisinin xüsusi təyinatlılarının onlara güc tətbiq etdiyini bildirib.
Növbəti saatlarda daha genişmiqyaslı aksiyaların keçirilməsi planlaşdırılır.