• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

“İmkan verin, işimizi görək” — AzTV-dən CAVAB

Gündəm

13-06-2020, 20:26

“İmkan verin, işimizi görək” — AzTV-dən CAVAB


“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) istənilən müraciətə, hətta qurum daxilində aparılan islahatlar və kadr siyasəti ilə bağlı istənilən fikirlərə, qeyri-obyektiv və qərəzli olsa belə, hər cür yanaşmaya cavab verməyə hazırdır. Niyə? İlk növbədə ona görə ki, biz ictimaiyyətə və bütün mediaya açığıq və gizli heç nəyimiz yoxdur.

Ona görə ki, istər kadr siyasəti, istər texniki yenidənqurma, istərsə də verilişlərin forma və məzmununun yenilənməsi baxımından, tutduğumuz yolun doğru olduğunu dəqiq bilir və bu istiqamətdə sistemli, kompleks addımlar atırıq.

Yalnız 3 fakt:

1. AZTV-də əsaslı texniki yenidənqurma siyasəti həyata keçirilir və yeni mövsümdə 64 illik TV-nin nəhayət ki, həqiqətən HD formatına keçəcəyini hər bir tamaşaçı keyfiyyətli yayımda hiss edəcək. Həmçinin, qısa zaman ərzində yaşı, ən pis halda 30-35, ən yaxşı halda isə 15-20 ili ötmüş studiya və çəkiliş kameralarının yeniləri ilə əvəz olunması, ən müasir montaj avadanlıqlarının alınması istiqamətində addımlar atılır və artıq real nəticələr də var. Belə ki, bu gün AZTV-nin siyasi verilişləri (“Həftə” analitik-informasiya proqramı, “Hədəf” analitik proqramı, “Koronavirus İnfo” və s. verilişlər) İMX kassetlərindən deyil, birbaşa serverdən yayımlanır və yaxın gələcəkdə “Xəbərlər”in də HD yayımla serverdən təqdim olunması nəzərdə tutulur.

2. AZTV-də ciddi kadr islahatları aparılır. Qısa zaman ərzində TV təcrübəsi, müasir düşüncə tərzi və kreativ yanaşması ilə seçilən onlarla peşəkar kadr işə cəlb olunub. Təbii ki, kimlərinsə işə götürülməsi kimlərinsə işdən azad olunması deməkdir və burada təəccüblü heç nə yoxdur. Amma təəssüflər olsun ki, bəzi əməkdaşlar 30, 40, 50 illik əmək təcrübələrini əsas gətirib yeniliklə barışmaq, yeni tələblərlə ayaqlaşmaq istəmir, iş təcrübələrinin çoxluğunu “toxunulmazlıq statusu” kimi qavrayırlar. Anlamaq lazımdır ki, artıq köhnə düşüncə tərzindən, dedi-qodu yaratmaq, sözbazlıqla məşğul olmaq, atılan hər addımın müqabilində rüşvət almaq kimi bayağı, çürümüş və xəstə yanaşmalardan xilas olmaq lazımdır. Nəhayət, onu da anlamaq lazımdır ki, bu gün AZTV-də yalnız vizual deyil, daxildə düşüncə tərzinin dəyişdirilməsi, yaradıcı, səmimi və sağlam ab-havanın yaradılması baxımından sistemli addımlar atılır və bu istiqamətdə həm daxildən, həm də xaricdən ümumi işə maneə olmaq sadəcə ağılsızlıqdır.

3. AZTV-də yeni, müasir və maraqlı format dəyişikliyinin şahidi olmaq üçün sadəcə 10 dəqiqə ekran qarşısında əyləşmək, düşünürük ki, kifayətdir. Hər gün onlarla tamaşaçı zəngləri, məktublarında əsasən 1 söz qeyd edilir: “AZTV dəyişib, baxımlı və məzmunlu, dinamik olub”. Bəli, AZTV dəyişib. Düşünürük ki, TV daxilində aparılan yenidənqurma işlərinə vicdanla, obyektiv, qərəzsiz yanaşan hər kəs bunu etiraf edə bilər və etiraf etməlidir də. Niyə? Çünki AZTV dövlətin, xalqın kanalıdır. Orada reallaşan müsbətə doğru istənilən dəyişiklik isə kiminsə hünəri və ya zəfəri deyil. Bu, dövlətin və xalqın zəfəridir. Bu, gecə-gündüz bilmədən, yorulmadan çalışan komandanın (komanda deyəndə köhnə və yeni əməkdaşlar nəzərdə tutulur – red.) uğurudur və bir nəfərə, yaxud kiməsə görə əldə olunan uğurları ləkələmək, qaralamaq, yumşaq desək, mədəniyyətsizlikdir.

Bu siyahını uzatmaq da olar. Lakin lüzum görmürük. Çünki AZTV olaraq həyata keçirilən bütün siyasəti, atılan bütün addımları işimiz, peşə borcumuz və vətəndaş olaraq vəzifəmiz bilirik. Reklama ehtiyacı olmayan VƏZİFƏMİZ.... Əgər qeyd edilən 3 istiqamətin birini belə yalan hesab edən kimsə varsa, buyurub TV-yə gələ, görülən işləri öz gözləri ilə görə bilər. Çünki “danos yazmaq” da köhnəlik əlamətidir, cənablar. Yox, əgər razısınızsa və daxildəki vicdan səsi “doğrudan da dəyişib” deyirsə, o zaman hansı haqla kimsə ümumi işi qaralamağa çalışır? Kimsə öz ağıl və düşüncə səviyyəsindən çıxış edib başqasını rüşvətdə, qeyri-peşəkarlıqda, yalan danışmaqda ittiham edir? “Bizi bizdən çox istəyən” həmin şəxslərə demək istərdik ki, ayıbdır.

Tanınmış diktor Gülşən Əkbərovanın müraciətinə gəlincə...

1. İlk növbədə onu demək istərdik ki, özünü peşəkar hesab edən kəs başqası haqqında fikir bildirəndə ümumi etik qaydaları aşmaz, ən azından, ƏDƏB, TƏRBİYƏ və MƏRİFƏT normalarına riayət edər, təhqirə yol verməz. Təəssüflər olsun ki, yaşının bu çağında peşəkar diktorumuzdan bunu görmədik.
2. Müraciətdə çəkilən adların və deyilən sözlərin heç biri həqiqəti əks etdirmir. Veteran diktorun işdən azad olunması barədə qərarı sədr şəxsən özü verib və bu zaman kollektiv, konkret G.Əkbərova ilə çalışan əməkdaşların fikri əsas götürülüb və bu barədə həmin şəxsə ünvanlanan məktubda da yetərincə məlumat verilib.

3. Hazırda AZTV-də 170-dən artıq təqaüd yaşını ötmüş şəxs çalışır və bu günə kimi onlardan 60 nəfəri ilə (yalnız G.Əkbərova ilə deyil – red.) əməkdaşlıq müqaviləsinə xitam verilib. Digərləri isə hər gün işinin başındadır.

4. AZTV-də əməkdaşlara yalnız yaşına görə deyil, həm də peşəkarlığına və ortaya qoyduğu real, keyfiyyətli işlərə görə qiymət verilir. Əgər kimsə 30-40 illik əmək təcrübəsinə güvənib öz işinin söz aparıb-gətirmək və ya intriqa yaratmaqdan ibarət olduğunu düşünürsə, işdən azad olunur.

5. G.Əkbərovanın diqqətinə çatdırmaq istərdik ki, AZTV-də rəhbərlik dəyişəndən sonra ilk iclas məhz veteranlarla keçirildi və veteranlara müddətsiz xidməti vəsiqələr verildi, onların bəziləri işə cəlb olundu və bu gün veteranlarımız əsasən QSC-nin Teleradio Akademiyasında müəllim, kafedra müdiri vəzifəsində çalışırlar.

6. Konkret G.Əkbərovaya gəlincə, onun videomüraciətdə özünün də etiraf etdiyi kimi, bütün baş verənlərə rəğmən TV-də fəaliyyətini bərpa etmək üçün lazımi şərait yaradılıb, sədr müavini Rafiq Həşimov onunla görüşüb və bir neçə dəfə telefon əlaqəsi saxlayaraq sədrin sözlərini, iş təklifini ona çatdırıb. Lakin G. Əkbərova həmin təklifin müqabilində “Mədəniyyət” kanalının direktor müavini olmalıyam” və “1500 manat məvacib almalıyam” kimi konkret şərtlər irəli sürüb. Düşünürük ki, bütün bunlardan sonra xanım diktorun AZTV rəhbərliyini nədəsə ittiham etməsi sadəcə gülüncdür və onun doğma ocaq hesab etdiyi TV-yə konkret şərtlər daxilində qayıtması da müraciətdə yer alan fikirlərin “səmimiliyinə” yetərincə aydınlıq gətirir.

7. Üstəlik, hazırda G. Əkbərovanın qızı AZTV-də proqram direktorluğunda şöbə müdiri vəzifəsindədir və hər hansı qərəzdən söhbət gedirsə, yəqin ki, bu müddət ərzində həmin adamın vəzifədə qalması da mümkünsüz olardı.

Sonda isə AZTV-ni və ya sədri, eləcə də konkret əməkdaşları rüşvətdə, haqsızlıqda, qanunları pozmaqda, dövlət vəsaitini yeməkdə ittiham edənlərin nəzərinə! Sizdən artıq dərəcədə xahiş edirik, əgər əlinizdə tutarlı faktlar varsa, özünüzü haqlı hesab edirsinizsə, hüquqlarınız pozulubsa, birbaşa məhkəməyə müraciət edin. Bunu biz sizdən XAHİŞ EDİRİK.

Yox əgər gücünüz yalnız boş, mənasız, cəfəng və məntiqsiz, qərəzli fikirlərə çatırsa, həyatda başlıca missiyanızı maşa obrazında görürsünüzsə, ünvanı səhv seçmisiniz. Çünki bizim bu ittihamlara, qarayaxma kampaniyasına cavab verməyə nə vaxtımız, nə də həvəsimiz var. İmkan verin İŞİMİZİ GÖRƏK...

Oxunub: 621
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

25-02-2020, 11:50

Tanınmış diktor AzTV sədrinin müavini oldu

İdman

28-02-2020, 21:10

“İdman Azərbaycan” kanalına yeni direktor təyin olundu

Gündəm

10-03-2020, 17:37

Səfa Mirzəyev: “Milli Məclisin fəaliyyətində dəyişikliklər olacaq”

Siyasət

1-11-2019, 10:43

“YAP-da islahatlar olmalıdır” çağırışına partiyadan cavab

Sosial

1-11-2019, 14:17

Şər və Böhtan yazanlara tutarlı cavab - Nazim İsmayılov - ÖZƏL

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
  • 28-08-2026, 09:29
    Bəs “vaxtı gələndə” nə deməkdir?
  • 28-08-2026, 09:27
    Ermənistanda 3 nazirliyin adı dəyişdirildi
  • 28-08-2026, 09:24
    Daşqın nəticəsində ölənlərin sayı 500-ə çatır
  • 28-08-2026, 09:22
    İlin son Ay tutulması başlayıb
  • 28-08-2026, 09:20
    UEFA reytinqində Azərbaycanın mövqeyi
  • 28-08-2026, 09:18
    7 ölkə İrana görə İstanbulda toplaşır - kritik görüş
  • 27-08-2026, 16:22
    Prezident “Sabah”a 5 milyon pul ayırdı
  • 27-08-2026, 16:06
    Müasir Azərbaycan cəmiyyətində qadın ziyalı obrazını ləyaqətlə təmsil edən Mina Şirinova (Minə Aqil), həm təhsil rəhbəri, həm də istedadlı qələm sahibi kimi tanınır
  • 27-08-2026, 12:03
    Məktəbli geyimlərin qiyməti aşağı salındı - SATIŞ ÜNVANLARI
  • 27-08-2026, 11:29
    Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb
  • 27-08-2026, 10:28
    Rayonlara leysan yağıb - FAKTİKİ HAVA
  • 27-08-2026, 10:23
    Son 20 ildə Bakıya 200 milyard dollar xərclənib? - Açıqlama
  • 27-08-2026, 10:00
    Bu gün püşkatmadır - “Sabah”ın rəqibləri bəlli olacaq
  • 27-08-2026, 09:35
    Azərbaycan neftində geriləmə davam edir - 91 dollara düşdü
  • 27-08-2026, 09:32
    Əlcəzairdə meşə yanğınları - 12 ölü, 54 yaralı
  • 27-08-2026, 09:22
    Nigar Fərhad saxlanıldı
  • 27-08-2026, 09:19
    Türk dövlətlərinə şəxsiyyət vəsiqəsi ilə getmək mümkün olacaq - ANONS
  • 27-08-2026, 09:14
    Koçaryan xəstəxanada həbs olundu
  • 27-08-2026, 09:12
    Paytaxtın əsas yollarında hərəkət çətinləşib
  • 26-08-2026, 16:12
    26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
  • 26-08-2026, 15:45
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
  • 26-08-2026, 14:40
    Azərbaycan Texnologiya Universitetinin dekanı Fazil müəllim Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir
  • 26-08-2026, 13:36
    Rafael Əhmədov Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günü münasibətilə təbrik edir.
  • 26-08-2026, 13:22
    26 avqust – Laçın şəhəri günü
  • 26-08-2026, 12:43
    Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
  • 26-08-2026, 11:09
    Prezident "Sabah"ı təbrik etdi
  • 26-08-2026, 10:52
    Mehriban Əliyevanın doğum günüdür
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
24-08-2026, 19:30
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirildi. 24.08.2026
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
25-08-2026, 17:52
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Mincəçevir şəhərində keçirildi. 25.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə