Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 17-də Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zəkiyyə İğılın etimadnaməsini qəbul edib. Xəbər verilir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.