Ağırlıqqaldırma üzrə yığma komandamızın üzvü Tehran Məmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində 3 gümüş medal qazanıb.
Xəbər verilir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan Tehran birdən qaldırma hərəkətində 133 kq çəkini ram etməyi bacarıb. Təkanla qaldırma hərəkətində 155 kq ağırlığı başı üzərinə qaldıran Məmmədov toplamda 288 kq nəticə göstərib.