Bu il Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Qarabağ” klubu ilk oyuna çıxmağa hazırlaşır.
Xəbər verilir ki, iyulun 9-da Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
“Qarabağ” İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq. Oyunun başlanma saatı da açıqlanıb.
Matç 9 iyul saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Oyunu CBC Sport telekanalı canlı yayımlayacaq.
Qeyd edək ki, komandaların cavab görüşü iyulun 16-da Reykyavikdə keçiriləcək.