• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Günay Məlikli ilə əslində....

Mədəniyyət

12-06-2020, 00:30

Məlik Dadaşov - mənfi tiplərin mahir ifaçısı



Fəxri Xiyabanda onun adını daşıyan soyuq, qara mərmər daşın doğuluşundan 24 ildən çox vaxt ötür. Yoxluğundan keçən bu illər ərzində həyatda çox şeylər dəyişib. Onun yoxluğuyla qara libasa bürünən, hıçqırıb saçını yolan qadın da artıq dünyada yoxdur. Bir vaxtlar divarlarına nəfəsinin hopduğu, səs-küyündən lərzəyə gələn mənzilə çoxdan bir sakitlik çöküb.



Günay Məlikli ilə əslində....



Məlik Dadaşov
Qara çərçivədən boylanan şəkli gözlərində heç ölməyəcək məhrəm bir təbəssüm ətrafında baş verənləri səssiz-səmirsiz izləməkdədir. Bu şəkil canından çox sevdiyi ömür-gün həmdəminin son mənzilə yola salınmasına da şahidlik edib, ata-ana itkisi ilə baş-başa qoyduqları qızlarının ağrı-acısına, göz yaşlarına da. Amma baş verənlərə seyirçi mövqeyində qalmaqdan başqa gücü heç nəyə çatmayıb. Bacardığı tək şey qızı Gülnarənin gecə qonağına çevrilmək, yuxularında ona təsəlli verərək, atasızlıq-anasızlıq acısını unutdurmaq olub.
Məlik Dadaşov 7 iyun 1924-cü ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Neft sənayeçisi olan atası Nobellə birlikdə işləyib. Aktyor təhsilini 174 saylı orta və A. Zeynallı adına musiqi məktəbində alıb. Buranı bitirdikdən sonra başqa gənclər kimi, Məlik də müharibəyə yollanıb. Kontuziya alıb və 1943-cü ildə müalicəsini başa çatdırıb, yenidən hərbi hissələrdə musiqiçi kimi xidmət göstərib.
1945-ci ildə ordudan tərxis olunduqdan sonra Məhərrəm Haşımovun təşəbbüsü ilə Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. Bir müddətdən sonra Zaqatala Dövlət Teatrı açılıb. Aktyorluq fəaliyyətinə yenicə qədəm qoymuş Məlik bu teatra göndərilib. 1946-cı ilin mayında isə Şəmkir teatrına göndərilib. Burada bir il işlədikdən sonra 1947-ci ildə Teatr İnstitutuna — Adil İskəndərovun kursuna daxil olub. Həmçinin, filarmoniyanın mahnı və rəqs ansamblına rəqqas kimi işə götürülüb.
1950-ci ilin oktyabrında Milli Dram Teatrında fəaliyyətə başlayıb.
Məlik Dadaşov 35-ə yaxın bədii filmdə çəkilib. «Axırıncı aşırım»da Qəmlo, «Dəli Kür»də Molla Sadıq, «Koroğlu»da Bolu bəy, «O dünyadan salam»da Şeyx Nəsrullah, «Birisi gün gecə yarısı»nda Nəriman Nərimanov, «Babək»də İbn Bəis, «Nəsimi»də Şirvanşah İbrahim, «Fəryad»da Aram Xaçaturyan obrazları hamının yaddaşındadır.
Bütün yaradıcı ömrünü Azərbaycan aktyor sənətinin inkişafına həsr etmiş görkəmli teatr və kino aktyoru Məlik Dadaşov 2 dekabr 1996-cı ildə vəfat edib.
Ağplaşlı ucaboy oğlan
Deyirlər, quş uçmaq, insan xoşbəxt olmaq üçün yaranıb. Sənətdə tapdığı xoşbəxtliyini ailədə tapanda fani dünyadakı 72 illik ömrünün yarıdan çoxunu geridə qoymuşdu. Oğul-qız sahibiydi. Üstəlik, nikah masasına aparmaq istədiyi xanımla da aralarında 12 yaş fərq vardı. Ancaq bütün bunlar onun sevdiyi qadınla evlənməsinə və 32 il ərzində sevgi dolu bir ömür sürməsinə mane ola bilmədi.
Hər ikisi İncəsənət İnistutunda dərs deyirdi. Vaxtaşırı qarşılaşsalar da, münasibətləri hal-əhvaldan o yana keçməmişdi. Təsaduf onların hər ikisinin həyatında ağlagəlməz bir dönüş yaratdı.
Bir qış günü inistitut divarları arasında eşitdiyi musiqinin təsiri altına düşən gənc müəllimə bu səsin sorağıyla auditoriyalardan birinin yarıaçıq qapısı önündə ayaq saxladı. Eşitdiyi səs bütün ruhuna, varlığına hakim kəsilmişdi. Kimin ifa etdiyini öyrənmək üçün yarıaçıq qapıdan içəri boylandı. Gördüyü ilk şey pianoçunun şirmayı dillər üzərində dolaşan yaraşıqlı barmaqları oldu. Çalğının gözəlliyi və barmaqların dillər üzərində titrəyişi, gərdişi onu necə tutdusa, asta-asta musiqiçiyə yaxınlaşdı. Gözlərini dillər üzərində dolaşan barmaqlardan ayırmadan musiqini dinlədi. Başı çaldığı musiqiyə qarışan pianoçu da bir xəyal kimi sakit, səssiz-səmirsiz ona yaxınlaşan qadının fərqinə varmadı. Yalnız çalğısını tamamlayıb başını yuxarı qaldırdıqda sanki ilk dəfə görürmüş kimi baxdığı qadının gözəlliyi, üz-gözünə hakim kəsilən füsünkar ifadə onu valeh etdi. Çalğıçı xalq artisti Məlik Dadaşov, dinləyicisi isə xarici ölkələrin sənət dərsi müəlliməsi Dolores xanım idi...
Təqvim 1964-cü ilin 28 dekabrını göstərirdi. Sonradan hər il əlamətdar bir hadisə kimi qeyd edəcəkləri bu tarix cütlüyün həyatında xoşbəxt bir ailənin bünövrəsinin qoyulması ilə nəticələndi. Bu, onların hər ikisinin ikinci evliliyi idi.
Məlik Dadaşov
İlk tanışlıqlarının tarixcəsi isə 20 il öncəyə qırxıncı illərə təsadüf edirdi. Onda Dolores xanım 12-13 yaşlı başı ipək bantlı bir qız idi. Onların yaşadığı məhəllədə Məlik Dadaşovun bir dostu qalırmış. Gənc və yaraşıqlı aktyor vaxtaşırı dostuna baş çəkirmiş. Ucaboy, ağplaşlı, ağşlyapalı gənci məhəllədə görəndə qızlar onun tamaşasına çıxarmış. 12-13 yaşlı Dolores də pıçhapıç salan qızların arasından onların yuxularını əllərindən alan bu gəncə qəribə bir uşaq marağıyla tamaşa edərdi. Sonralar hər dəfə Məlik Dadaşovu görəndə bu hadisəni xatırlayıb, qeyri-ixtiyari həmin illərə qayıdardı. Ancaq illər öncəsi məhəllə qızlarının yuxusuna haram qatan yaraşıqlı gəncin, dövrünün tanınmış aktyoru Məlik Dadaşovun ömür-gün həmdəminə çevriləcəyi ağlına belə gəlməzdi. Deməyəsən, ağlına gəlməyən şeyi tanrı illər öncəsi onun qismətinə yazıbmış.

Bir-birlərini hədsiz dərəcədə sevirdilər. Təkcə məclislərə deyil, dükan-bazara da birlikdə gedib-gəlirdilər. Aktyor xanımının zövqünə bələd olduğundan doğum günlərində mütləq ona xoşladığı brilyant qaşlı zinət əşiyası hədiyə edirdi.
Ömrün son ayları
Məlik Dadaşov vəfatından 9 ay qabaq məcburi təqaüdə göndərilmişdi. Yaşamaq, yaratmaq eşqiylə dolu olsa da, yaşının çoxluğunu bəhanə edib işdən çıxarılması ona yaman təsir etmişdi. Bu birinci nikahdan olan qızı Ayzənətin vəfatından sonra aldığı ikinci amansız zərbə idi.
Dolores xanım olmasaydı, qızının ölümünə, səhnəsiz keçən 9 aya duruş gətirmək ona yəqin ki, çox çətin olacaqdı.
Ancaq içinə saldığı bu ağrılar sonda aktyorun səhhətinə öz təsirini göstərdi. 1996-cı ilin 2 dekabrında, ona aradığı ailə xoşbəxtliyini bəxş edən təsadüfi tanışlığın 32-ci ilinin tamamına 26 gün qalmış tələbələrlə məşq zamanı huşunu itirdi. Beyninə qan sızan aktyor reanimasiya çarpayısında keçən üzücü, cansıxıcı günlərdən sonra həyata əlvida etdi...
Onun yoxluğu ilə Dolores xanım da mənən yıxıldı. Bütün varlığından Məlikin yoxluğunun, itkisinin acısı süzülürdü. Onun çəkildiyi filmlərə, oynadığı tamaşalara baxdıqca göz yaşlarına hakim ola bilmirdi.
Qızı Gülnarə xanım anasını yaşatmaq üçün onun ömür-gün həmdəmini xatırladacaq şeylərdən təcrid etməyə çalışırdı. Atasının çəkildiyi filmlərin, tamaşaların, olduğu məclislərin videokasetlərini, hətta qəzet materiallarını belə gizlədirdi. Təkcə anasını hər an xatırlayıb, bir-birinə caladığı Məlikli xatirələrə güc gələ bilmirdi...
Beləcə aradan 5 ildən artıq bir müddət keçdi. Bu müddət ərzində Məlikli xatirələri ilə yaşayan Dolores xanım məclislərə getmir, evdənsə çox nadir halda çıxırdı. 2002-ci ilin 19 avqustu onun fani dünyada Məliksiz yaşadığı son gün oldu. Könül həmdəminin yanında torpağa tapşırılmasını vəsiyyət etsə də, Məlik Dadaşov Fəxri Xiyabanda uyuduğundan onun bu istəyinə əməl etmək mümkün olmadı. Son mənzilləri uzaq olsa da, sevən könüllərin qovuşması uzun çəkmədi.
“Mən ölməmişəm”
Məlik Dadaşov vəfatından üç il əvvəl Ceyhun Mirzəyevin “Fəryad” filmində erməni Armen Xaçaturyan roluna çəkilmişdi. Ailə üzvləri onun bu rola çəkilməsinin əleyhinə olsalar da, erməni kirvənin iç üzünü göstərməyə iddialı olan aktyor istədiyinə nail olur. Film ekranlara çıxdıqdan sonra yaşlı bir qadın küçədə qarşısını kəsərək, ünvanına təhqiramiz sözlər işlədir. Sonra da göz yaşları içərisində “axı sən niyə o filmə çəkildin. Hər dəfə filmə baxanda özümü saxlaya bilmirəm. Həmin an yanımda olsan, yəqin ki, səni öldürərəm” deyir.
Bir aktyor kimi son işi isə “Xalqlar dostluğu muzeyi” filmində olur. Rüstəm İbrahimbəyov bu ssenarini məhz onun üçün yazmışdı. Film iki hissədən ibarət olmalı idi. Birinci hissədən infarktdan dünyasını dəyişən baş qəhrəman ikinci bölümdə möcüzə, yaxud da keçirdiyi klinik ölüm nəticəsində təkrar ekranlara qayıtmalıydı.
Filmin birinci hissəsi baş qəhrəmanın yas mərasimi ilə başa çatmalı idi. Taleyin qismətindən filmin son kadrlarında Məlik Dadaşovun özünün dəfn mərasimi çəkilir. İkinci hissə isə ümumiyyətlə təxirə salınır...
Paytaxtda damarlarında Məlik Dadaşovun qanı axan, qohum-əqrabanın “Məliyin kiçik qızı” adlandırdıqları bir xanım yaşayır. Atasızlıq acısına daha sonra anasızlıq acısı da qarışıb.

“Kaş ki, sizli günlərimi qaytaraydılar” deyə neçə illərdir, doğmalarının şəkilləri ilə dərdləşib hal-əhval tutur. Tez-tez yuxularında atası ilə görüşür. Yuxularında ona təsəlli verib, “mən ölməmişəm, axı mən aktyoram sizinlə zarafat edirdim” deyən atasının bu sözlərinin gerçəkləşməsinin mümkünsüzlüyünü bilə-bilə, bir Tanrı möcüzəsinə ümid edərək, günlərini aylara, aylarını illərə calayır...

Günay Məlikli

Oxunub: 997
Paylaş:
Digər xəbərlər

Sosial

5-06-2020, 03:29

Günay Məlikli ilə Əslində...

Mədəniyyət

6-06-2020, 01:15

Günay Məlikli ilə əslində...

Cəmiyyət

18-02-2020, 10:41

“Oğlumun şəhid olmasından sonra əlsiz-ayaqsız adam kimiyəm…”

Hadisə

18-10-2019, 10:29

Evin gələn qonağı öldürüb basdırdı — Lənkəranda DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Şou-biznes

7-03-2020, 11:35

Murad Dadaşov Tolikin verilişini bağladı? - Açıqlama

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
28-08-2026, 09:53
Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
24-08-2026, 15:49
34 yaşlı mühafizəçinin meyiti aptekdə tapıldı
21-08-2026, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
Son xəbərlər
  • 28-08-2026, 14:58
    Nigar Fərhad sərbəst buraxıldı
  • 28-08-2026, 14:18
    Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA
  • 28-08-2026, 14:02
    SOCAR prezidentinə yeni müşavir təyin olundu
  • 28-08-2026, 11:49
    Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
  • 28-08-2026, 10:46
    Ödənişli universitetə qəbul olunsa da, bu şəxslər təhsil haqqı ÖDƏMƏYƏCƏK
  • 28-08-2026, 10:01
    Ali məktəbərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI
  • 28-08-2026, 09:53
    Bakıdakı küləyə görə ayağı sınan, əli kəsilən var
  • 28-08-2026, 09:50
    Daxili İşlər Nazirliyi kirayə ev axtaran tələbələrə müraciət etdi
  • 28-08-2026, 09:29
    Bəs “vaxtı gələndə” nə deməkdir?
  • 28-08-2026, 09:27
    Ermənistanda 3 nazirliyin adı dəyişdirildi
  • 28-08-2026, 09:24
    Daşqın nəticəsində ölənlərin sayı 500-ə çatır
  • 28-08-2026, 09:22
    İlin son Ay tutulması başlayıb
  • 28-08-2026, 09:20
    UEFA reytinqində Azərbaycanın mövqeyi
  • 28-08-2026, 09:18
    7 ölkə İrana görə İstanbulda toplaşır - kritik görüş
  • 27-08-2026, 16:22
    Prezident “Sabah”a 5 milyon pul ayırdı
  • 27-08-2026, 16:06
    Müasir Azərbaycan cəmiyyətində qadın ziyalı obrazını ləyaqətlə təmsil edən Mina Şirinova (Minə Aqil), həm təhsil rəhbəri, həm də istedadlı qələm sahibi kimi tanınır
  • 27-08-2026, 12:03
    Məktəbli geyimlərin qiyməti aşağı salındı - SATIŞ ÜNVANLARI
  • 27-08-2026, 11:29
    Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb
  • 27-08-2026, 10:28
    Rayonlara leysan yağıb - FAKTİKİ HAVA
  • 27-08-2026, 10:23
    Son 20 ildə Bakıya 200 milyard dollar xərclənib? - Açıqlama
  • 27-08-2026, 10:00
    Bu gün püşkatmadır - “Sabah”ın rəqibləri bəlli olacaq
  • 27-08-2026, 09:35
    Azərbaycan neftində geriləmə davam edir - 91 dollara düşdü
  • 27-08-2026, 09:32
    Əlcəzairdə meşə yanğınları - 12 ölü, 54 yaralı
  • 27-08-2026, 09:22
    Nigar Fərhad saxlanıldı
  • 27-08-2026, 09:19
    Türk dövlətlərinə şəxsiyyət vəsiqəsi ilə getmək mümkün olacaq - ANONS
  • 27-08-2026, 09:14
    Koçaryan xəstəxanada həbs olundu
  • 27-08-2026, 09:12
    Paytaxtın əsas yollarında hərəkət çətinləşib
  • 26-08-2026, 16:12
    26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
  • 26-08-2026, 15:45
    Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
  • 26-08-2026, 14:40
    Azərbaycan Texnologiya Universitetinin dekanı Fazil müəllim Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edir
  • 26-08-2026, 13:36
    Rafael Əhmədov Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günü münasibətilə təbrik edir.
  • 26-08-2026, 13:22
    26 avqust – Laçın şəhəri günü
  • 26-08-2026, 12:43
    Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
  • 26-08-2026, 11:09
    Prezident "Sabah"ı təbrik etdi
  • 26-08-2026, 10:52
    Mehriban Əliyevanın doğum günüdür
Daha çox
28-08-2026, 11:49
Mənim Prezidentim İlham Əliyevin 2026-cı il avqustun 23-də Özbəkistana dövlət səfəri zamanı Azərbaycan–Özbəkistan münasibətlərinin strateji xarakterini bir daha nümayiş etdirdi.
26-08-2026, 16:12
26 Avqust - Laçın Şəhəri Günü: “Tarixi ədalətin təntənəsi” mövzusunda tədbir keçirilib
24-08-2026, 19:30
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Bərdə rayonunda keçirildi. 24.08.2026
26-08-2026, 15:45
Laçın Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi. 26.08.2026
25-08-2026, 17:52
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Mincəçevir şəhərində keçirildi. 25.08.2026
26-08-2026, 12:43
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür!
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə