“Azərpoçt” MMC-yə məxsus “Postcargo” şirkəti Qarabağ iqtisadi rayonunda fəaliyyət dairəsini genişləndirərək Şuşa şəhərinə də onlayn sifarişlərin çatdırılmasına başlayıb.
Xəbər verilir ki, bu günə kimi Xankəndi və Füzuli şəhərlərinə çatdırılma edən “Postcargo” artıq Şuşada yaşayan vətəndaşlarımızın da sifarişlərini tez və rahat şəkildə əldə etməsini təmin edəcək. Bunun üçün vətəndaşlarımız //postcargo.az/ saytı vasitəsilə Türkiyə, Amerika Birləşmiş Ştatları və Almaniyadan sifarişlərini həyata keçirə və bağlamalarını birbaşa Şuşa Poçt Filialında qəbul edə bilərlər. Vətəndaşlardan çatdırılma məntəqəsini seçərkən AZ5800 indeks kodunu qeyd etmələri xahiş olunur.
Ətraflı