Mobil operator “Nar” gənclərin peşə bacarıqlarının inkişafına, əmək bazarına inteqrasiyasına və işlə təmin olunmasına dəstək məqsədilə həyata keçirdiyi “Təlim Məktəbi” layihəsini davam etdirir.
Artıq on ilə yaxın müddətdir reallaşdırılan layihə çərçivəsində modelyer-dərzi, manikür ustası, aşpaz, şirniyyat ustası və motorçu kimi müxtəlif peşələr üzrə təlimlər təşkil olunub. İştirakçılar təlimlər zamanı həm nəzəri biliklər, həm də praktiki bacarıqlar əldə edərək onları real iş mühitində tətbiq etmək imkanı qazanırlar.
Layihənin iştirakçılarından olan Fatimə Hüseynova modelyer-dərzi ixtisası üzrə təlim keçdikdən sonra Bakı Tekstil Fabrikində işə qəbul olunub. Hazırda fəaliyyətini burada davam etdirən Fatimə peşə seçimi, təlim müddətində qazandığı biliklər və iş təcrübəsi barədə danışıb.
“Nar” tərəfindən hazırlanan qısa videomüsahibədə Fatimənin təlimdən iş həyatına qədər keçdiyi yol əks olunub.
Qeyd edək ki, “Nar”ın “Karlara Dəstək” İctimai Birliyi ilə birgə həyata keçirdiyi layihə eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinin təşkilini və onların müxtəlif iş bacarıqlarına yiyələnməsini nəzərdə tutur. Layihənin əsas istiqamətlərindən biri sağlamlıq imkanları məhdud gənclərin əmək bazarına inteqrasiyasına dəstək göstərmək və inklüziv iş mühitinin formalaşmasına töhfə verməkdir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərdiyini bildirən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operator olduğunu qeyd edir. Şirkətin məlumatına görə, “Nar” istifadəçilərinə sərfəli qiymətlərlə rabitə xidmətləri, internet paketləri və eSIM texnologiyası təqdim edir.![]()