Bu gün "Bakı Metropoliteni" QSC-nin "Koroğlu" stansiyasında sərnişin sıxlığı müşahidə olunub.
Xəbər verilir ki, bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.
Bununla belə, qurum bəyan edib ki, stansiyanın infrastrukturu ilə bağlı texniki problem yoxdur.
"Sərnişinlərin təhlükəsiz hərəkəti məqsədilə metropolitenin əlavə nəzarət mexanizmləri var. Ümumən metropolitenin bütün infrastrukturu, o cümlədən qatarlar saz vəziyyətdədir", - deyə məlumatda qeyd olunub.