• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

" Həyat özü də bir filmdir " deyən Xəzər TV və "MGP" haqları necə mənimsəyir ?

Cəmiyyət

16-05-2025, 21:42

" Həyat özü də bir filmdir " deyən Xəzər TV və "MGP" haqları necə mənimsəyir ?Mən KANQ MEDİA PRODUCTİON MMC-nin rəhbəri Xəzər Tv və M Group Production MMC-dən şikayətçiyəm. Belə ki, 12 yanvar 2021-ci il tarixində mənim təsisçisi və direktoru olduğum KANQ MEDİA PRODUCTİON MMC ilə M Group Production arasında serial çəkilişinə dair müqavilə imzalandı. Və mən öz komandamla Xəzər TV-nin sifarişi ilə "Zeynəb" teleserialının istehsalına başladıq. Haşiyəyə çıxaraq onu da qeyd edim ki, M Group Production MMC ilə müqavilə bağlanmamışdan əvvəl eyni serialın çəkilişinə görə Xəzər TV ilə müqavilə bağlanılmışdı. Sonrada. Xəzər TV-nin adını çəkmək istəmədiyim, kanalın rəhbər vəzifələrdən birində çalışan əməkdaşı mənə dedi ki, Xəzər TV-nin büdcəsində maliyyə azdır deyə, müqaviləyə xitam verək, M Group Productionla imzalayaq. Bütün şərtlər eyni qalmaq şərtilə. Beləliklə 1 bölümü 2000 AZN olmaqla serialın sifarişi olundu və biz çəkilişlərə start verdik. İlk 17 bölüm təhvil verildikdən sonra kanal, 8000, 8000 və 4000 AZN olmaqla 20000 AZN KANQ MEDİA PRODUCTİON MMC-nin bank hesabına vəsaiti köçürdü. Biz çəkilişlərə davam etdik və köçürülən vəsait tam olaraq serialın istehsalının bir hissəsinə xərcləndi. Artıq yenə çəkilişlərin və montaj prosesinin dayanmaması üçün qalan vəsaitin köçürülməsinə ehtiyac yarandır. Bunu Xəzər TV-yə bildirdikdə kanal müxtəlif bəhanələrlə ödənişi etməkdən yayınırdı. Qeyd edim ki, müqavilə M Group Productionla bağlansa da, bütün işgüzar danışıqlar Xəzər TV-nin rəsmi ofis binasına və Xəzər TV-nin əməkdaşlarıyla aparılırdı. Və sonda kanal mənə qalan bölümlərin hamısını çək təhvil ver ondam sonra qalan bütüm pulları ödəyəcəyik dedi, hazırda büdcəmizdə o qədər pul yoxdur. Mən isə bir az borca girib, kredit götürüb çəkilişləri sona çatdırdım. Və bölümləri montaj edib kanala təhvil verməyə başladım. Qeyd edim ki, tapdığım pul yalnız çəkilişdə heyətin yemək, nəqliyyat və montaj prosesinə çatırdı. Aktyorlar, texnika və texniki heyətin heç birinin hələ də ödənişlərini edə bilməmişəm. Bütün bölümləri təhvil verəndən sonra kanalın OTK adlandırılan şöbəsi serialın bölümlərin normal olduğunu, yalnız xırda texniki düzəlişlərdən sonra tam efirə yararlı olduğunu bizə bildirdi. Biz düzəlişləri edib yenidən bölümləri gətirdikdə isə kanal rəhbərliyi artıq serialdan imtina etdiyini, səbəb olaraq isə serialın keyfiyyətsiz çəkildiyini və keyfiyyətsiz formada montaj olunduğunu əsas gətirdi. Burda sual yaranır ki, əgər biz serialı keyfiyyətsiz çəkmişdiksə niyə 10 bölümün ödənişini yəni 20000 AZN-i bizə köçürüblər? Üstəlik 17 bölüm bizdən təhvil alıblar. Və belə birşey var idisə niyə bizə serialı tam şəkildə çəkin gətirin qalan pulu ödəyək dedilər? Mən dəfələrlə kanal rəhbərliyinə dedim ki, heyətin pulu verilməyib, burda 32 nəfərə yaxın insan əziyyət çəkib, onlar zəhmət haqqını almalıdır deyə, ancaq yenə də onlar pulu ödəmək əvəzinə, öz fikirlərində qaldılar və üstəlik köçürdükləri 20000 AZN ödənişi də məndən geri istədilər. Belə olan halda mən artıq məcburən məsələni məhkəmə yolu ilə həll etmək qərarına gəldim. Ölkəmizin hüquq məhkəmə sisteminə güvəndim və Bakı Kommersiya Məhkəməsinə vəkilim Şahin Rəfiyev vasitəsilə M Group Production MMC-dən hüquqi şəxs olaraq KANQ MEDİA PRİDUCTİON adından şikayət verdim. Qarşılıq olaraq onlar da eyni vaxtda mənim şirkətimdən məhkəməyə şikayət verdilər və ödədikləri 20000 AZN məhkəmə vasitəsilə yenidən məndən istədilər. Şikayətimə tam ədalətli şəkildə baxıldı və mən qalib gəldim. Məhkəmə şikayətimi tam təmin etməsə də qismən etdi və Xəzər Tv-nin mənə borclu qaldığı məbləğin bir hissəsinin mənə ödənilməsi barədə qərar verdi. Bu məbləğ isə yalnız serialın bütün istehsal xərclərini ödəməyə kifayət edə bilər və mənim heç bir gəlirim olmur. Buna baxmayaraq mən yenə də qərardan apelyasiya şikayəti vermədim və qərara razı oldum. Ancaq M Group Production ( bilavasitə Xəzər TV) qərardan Apelyasiya şikayəti verdi və qərara Bakı Apelyasiya Məhkəməsində yenidən baxıldı. Və yenə də ədalətli qərar verildi və Bakı Kommersiya Məhkəməsinin qərarı qüvvədə saxlanıldı. Ardınca M Group Production qərardan yenə narazı qalaraq Ali Məhkəmə şikayət verdi. Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edərək, işə natamam baxıldığını və serialın keyfiyyətinin xüsusi ekspertlər tərəfindən yoxlanılmasını tələb etdi. Bakı Apelyasiya Məhkəməsində işə yenidən baxıldı və serialın keyfiyyətinin yoxlanılması üçün Mədəniyyət Nazirliyinin tabeliyində olan Kino Agentliyindən və Azərbaycan Kinomatoqrafçılar İttifaqından müvafiq ekspertlər təyin edildi. Hər iki ekspert serialın tam keyfiyyətlə çəkildiyini və aradan qaldırılmaaı mümkün olan çox az və xırda qüsurların olduğu haqqında rəy verdilər. Verilən rəylərə əsasən Bakı Apelyasita məhkəməsi növbəti dəfə M Group Productionun apelyasoya şikayətini ləğv edərək, Bakı Kommersiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Beləliklə mən ardıcıl olaraq 3 məhkəmədə qalib gəldim. Bundan sonra biz qarşı tərəfin daha Ali Məhkəməyə şikayət verməyəcəyini və pulumuzu ödəyəcəyini düşünürdük. Lakin M Group Production (bilavasitə Xəzər TV) serialda işləyən bütün kollektivin halalca haqqı olan pulu ödəməmək üçün növbəti dəfə qərardan Ali Məhkəməyə şikayət verdi. Mən yenə də qanunun aliliyinə və məhkəmənin ədalətinə güvənirəm. Ancaq mən artıq 4 ildir ki, məhkəmələri gəzməkdən yoruldum. Mən bilmirəm şikayətimi artıq necə və hara edim. Mən burdan media vasitəsilə Xəzər TV və M Group Productiondan haqqımız olan pulu istəyirəm. Onların sonuncu şikayəti artıq dövlət qurumu olan Azərbaycan Kino Agentliyinin qərarını heçə saymaqdır. Bu da elə Dövlət qurumuna qarşı çıxmaq deməkdir. Onsuzda məhkəmə qərarı bizə borclu olduqları məbləğin hamısını təmin etməyib, heç olmasa təyin olunan məbləği bizə qaytarın. İnsanların haqqını kəsməyin. Həmçinin bildirim ki, "Zeynəb" serialı 36 bölümdən ibarətdir və bütün bölümləri çəkilib, tam hazırdır. M Group Production isə 36 bölümdən yalnız 10 bölümünün pulunu ödəyib bizə. Sonda qeyd edim ki, Xəzərlə bağladığım müqavilə də, xitam sənədi də və sonradan M Group Productionla bağladığım müqavilələr də qalır məndə. Lazım olduğu təqdirdə onları da sübut olaraq ortaya çıxara bilərəm.
KANQ MEDİA PRODUCTİON

Oxunub: 156
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-04-2025, 15:11

Xəzər dənizində ZƏLZƏLƏ

Gündəm

7-12-2021, 21:15

"Xəzər"in verilişi haqda ittihamlar bitmir - Qalmaqal

Şou-biznes

1-07-2020, 13:07

Murad Dadaşov onu da Xəzər TV-yə gətirdi

Dünya

16-03-2020, 13:49

“Universal Music Group” korporasiyanın rəhbəri koronavirusa yoluxdu

Mədəniyyət

11-10-2019, 10:41

"“Zəhər tuluğu”nu kinoteatrda izləyəcəksiniz" — Taleh Yüzbəyov

Şou Biznes
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Talıb Taledən efir qadağası iddiası ilə bağlı AÇIQLAMA -ÖZƏL/VİDEO
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
14-05-2026, 11:02
Aeroport yolunda avtomobil yandı
12-05-2026, 10:43
Lökbatandakı yanğın nəzarətə götürüldü, 2 helikopter cəlb olundu - VİDEO
6-05-2026, 09:42
Şəkidə maşın aşdı, ölən və yaralananlar var
Son xəbərlər
  • Bugün, 00:56
    Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib
  • Bugün, 00:54
    "Təcili yardım" maşınının açarı itdi, xəstə öldü "Təcili yardım" maşınının açarı itdi, xəstə öldü
  • 15-05-2026, 16:29
    İmtahanların nəticələri elan edildi
  • 15-05-2026, 15:48
    Prezidentin Protokol Xidməti ilə bağlı QƏRAR
  • 15-05-2026, 15:43
    Mayın 18-i muzeylərə pulsuz gedə bilərsiniz
  • 15-05-2026, 15:30
    Təhsildə yenilik - ali məktəblərə qeydiyyat mygov-la aparılacaq
  • 15-05-2026, 14:41
    İlham Əliyev TDT dövlət başçıları ilə Türküstanda
  • 15-05-2026, 14:40
    Şəhid Rafiq Cəfərov Füzulidə dəfn olundu
  • 15-05-2026, 14:36
    İcra başçısı müavinini işdən çıxardı - Foto
  • 15-05-2026, 14:33
    İlham Əliyev Qazaxıstana getdi - FOTOLAR
  • 15-05-2026, 11:47
    İctimai nəqliyyatda ilk: üztanıma ilə ödəniş sistemi tətbiq edildi
  • 15-05-2026, 11:08
    II və III ixtisas qruplarına sənəd verənlərin nəzərinə!
  • 14-05-2026, 23:10
    Yepiskop Aleksiydən (Smirnov) şikayət var – Məhkəmə çəkişməsi
  • 14-05-2026, 16:29
    Yeni Dövlət Agentliyi YARADILDI
  • 14-05-2026, 14:25
    Dövlət Məşğulluq Agentliyinin departament rəhbəri işdən çıxdı
  • 14-05-2026, 11:59
    BMT-dən WUF13-lə bağlı MESAJ
  • 14-05-2026, 11:56
    May pensiyaları ödənildi
  • 14-05-2026, 11:02
    Aeroport yolunda avtomobil yandı
  • 14-05-2026, 10:41
    Bahar Muradova Milli Məclisdə hesabat verəcək
  • 14-05-2026, 10:37
    Laçınla Daşkəsənə dolu düşüb
  • 14-05-2026, 10:24
    Prezident onu nazirə birinci müavin təyin etdi
  • 14-05-2026, 09:54
    Sahibə Qafarova Özbəkistana getdi
  • 14-05-2026, 09:20
    “Brent” neftin qiyməti 106 dolları ötüb
  • 14-05-2026, 09:15
    Minimum əmək haqqı nə zaman artırılacaq?
  • 14-05-2026, 09:14
    “Brent” neftin qiyməti 106 dolları ötüb
  • 14-05-2026, 09:12
    Bakı və Sumqayıtın bəzi ərazilərinə işığın verilməsi DAYANDIRILACAQ
  • 14-05-2026, 09:08
    Hazırda ağır tıxac olan YOLLAR
  • 13-05-2026, 16:47
    Sədrin yeni müşaviri
  • 13-05-2026, 15:06
    Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
  • 13-05-2026, 14:41
    Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək
  • 13-05-2026, 14:26
    Köç karvanı Zəngilan şəhərinə çatdı
  • 13-05-2026, 14:23
    TƏBİB-də dörd yeni təyinat - ADLAR
  • 13-05-2026, 11:04
    Avropa liderləri İlham Əliyevdən nümunə götürür
  • 13-05-2026, 11:02
    Doqquzuncuların nəzərinə: bu ixtisaslarda gərgin rəqabət olacaq
  • 13-05-2026, 10:57
    156 ailə doğma yurduna qayıtdı
Daha çox
13-05-2026, 14:41
Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək
15-05-2026, 15:30
Təhsildə yenilik - ali məktəblərə qeydiyyat mygov-la aparılacaq
15-05-2026, 16:29
İmtahanların nəticələri elan edildi
12-05-2026, 14:03
Bu peşə sahibləri pensiyaya çıxanda 6 qat maaş alacaq!
13-05-2026, 16:47
Sədrin yeni müşaviri
12-05-2026, 14:07
Onlara hərbi xidmətə görə 3 maaşlıq müavinət veriləcək
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə