• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycan Respublikası 28 May – Müstəqillik gününü qeyd edir.

Cəmiyyət

27-05-2025, 09:45

Azərbaycan Respublikası 28 May – Müstəqillik gününü qeyd edir.
Azərbaycan Respublikası 28 May – Müstəqillik gününü qeyd edir. Bu tarix ölkəmizin tarixində ən əlamətdar günlərdən biridir. 28 May təkcə Azərbaycanda və Türk dünyasında deyil, bütövlükdə, müsəlman Şərqində Demokratik Cümhuriyyətin yarandığı bir gündür.

Qeyd etmək lazımdır ki, 28 May tarixinin Müstəqillik günü, 18 Oktyabr tarixinin isə Müstəqilliyin bərpası günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

Cümhuriyyət dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləridir. Həm bayraq, həm gerb, həm də himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir. Bu gün Azərbaycan, Xalq Cümhuriyyətinin ənənələrini qoruyur.

Ulu öndərimiz dəfələrlə bildirib ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, bunu Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika günü elan etmişik və bu bizim milli bayramımızdır”.

28 May – Müstəqillik günü hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir, Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır. Azərbaycan Prezidentinin sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması bunun əyani sübutudur. Dövlət başçımızın sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.

1918-ci ildə Azərbaycan xalqı yüzilliklər ərzində qəlbində yaşatdığı müstəqillik ideyalarını həyata keçirməyə nail oldu. Şərqdə ilk demokratik respublika Azərbaycanda elan edildi. İlk dəfə olaraq xalqımız yeni, müasir dövlətçilik ənənələrinə sahib çıxan dövlət qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, dövlət qurumlarının formalaşdırılması istiqamətində çox vacib işlər gördü.

Bu gün Azərbaycan müstəqilliyini qoruyub saxlayır, daha da möhkəmləndirir. Ötən əsrdə müstəqillik ideyalarının carçısı və qurucusu olan insanların ideya və arzuları bu gün həyata keçirilir. Sözün əsl mənasında müstəqil Azərbaycan Heydər Əliyev ideyaları əsasında, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları tərəfindən qoyulmuş ideyaları möhkəmləndirdi, inkişaf etdirdi.

Müstəqil dövlətimiz XXI əsrin ən uğurlu gənc dövlətlərindən biri kimi özünü təsdiq edib. Bütün sahələrdə böyük uğurlar qazanır. Azərbaycan dünyanın ən inkişaf edən dövlətlərindən biridir, iqtisadi inkişaf dünyada etiraf olunur. Demokratik təsisatlar, insan hüquqları, söz və mətbuat azadlığı geniş şəkildə inkişaf edib. Bu mənada Azərbaycan dövləti və cəmiyyətimiz müasir dünyanın ayrılmaz tərkib hissəsindən birinə çevrilib.

Bu gün Azərbaycan tarixinin ən şərəfli və qürurlu günlərindən birini yaşayır. Vətən müharibəsində tarixi qələbə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, ölkəmizin dünyada hazırkı mövqeyi, əldə etdiyi böyük nüfuz respublikamızın suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri etdi.

Azərbaycan Vətən müharibəsində qələbə qazanaraq tarixi ədaləti bərpa etdi, SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxardı. Bütün bunlar tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması və digər məsələləri zəruri etdi. Yeni reallıqlar nəzərə alınaraq Prezident İlham Əliyevin tarixi Fərmanı ilə yeni iqtisadi zonalar – Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradıldı.

Hazırda qarşıda çox mühüm vəzifələr durur. Qələbəni daha da möhkəmləndirmək, Azərbaycanın yaratdığı yeni reallıqların bütün dövlətlər tərəfindən qəbul edilməsinə nail olmaq bu vəzifələr sırasına daxildir.

Bizim qarşımızda duran ən önəmli məsələ müstəqilliyimizi daim qorumaq və möhkəmləndirməkdir.

Bu əlamətdar tarixi gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə güc birliyi arzulayırıq. Müstəqillik gününüz mübarək!

“Ronahi” Kurd Mədəniyyət Mərkəzi İctimai Birliyinin
Sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Zabit Məmmədov

Oxunub: 442
Paylaş:
Digər xəbərlər

Gündəm

27-05-2024, 14:09

Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında 28 May - Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib.

Gündəm

18-10-2022, 07:42

Azərbaycanda Müstəqilliyin Bərpası GÜNÜDÜR

Gündəm

28-05-2022, 07:11

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.

Siyasət

31-05-2020, 02:49

Meksika mətbuatında 28 May-Respublika Gününə həsr olunmuş məqalə dərc olunub

Gündəm

28-05-2020, 21:32

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Şou Biznes
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Ülviyyə Namazovadan efir qadağası qoyulmasına REAKSİYA
"Mən efirlərə QADAĞA QOYMUŞAM"
Talıb Taledən efir qadağası iddiası ilə bağlı AÇIQLAMA -ÖZƏL/VİDEO
Mədəniyyət
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
2-02-2026, 12:00
Kurtlar vadisi və Cefri Epşteyn
19-12-2025, 20:45
Samvel Babayan "AnewZ”un filmində
18-12-2025, 19:26
Mədəniyyət Nazirliyi kimlərdən kitab alıb? - TAM SİYAHI
Hadisə
14-05-2026, 11:02
Aeroport yolunda avtomobil yandı
12-05-2026, 10:43
Lökbatandakı yanğın nəzarətə götürüldü, 2 helikopter cəlb olundu - VİDEO
6-05-2026, 09:42
Şəkidə maşın aşdı, ölən və yaralananlar var
Son xəbərlər
  • 15-05-2026, 16:29
    İmtahanların nəticələri elan edildi
  • 15-05-2026, 15:48
    Prezidentin Protokol Xidməti ilə bağlı QƏRAR
  • 15-05-2026, 15:43
    Mayın 18-i muzeylərə pulsuz gedə bilərsiniz
  • 15-05-2026, 15:30
    Təhsildə yenilik - ali məktəblərə qeydiyyat mygov-la aparılacaq
  • 15-05-2026, 14:41
    İlham Əliyev TDT dövlət başçıları ilə Türküstanda
  • 15-05-2026, 14:40
    Şəhid Rafiq Cəfərov Füzulidə dəfn olundu
  • 15-05-2026, 14:36
    İcra başçısı müavinini işdən çıxardı - Foto
  • 15-05-2026, 14:33
    İlham Əliyev Qazaxıstana getdi - FOTOLAR
  • 15-05-2026, 11:47
    İctimai nəqliyyatda ilk: üztanıma ilə ödəniş sistemi tətbiq edildi
  • 15-05-2026, 11:08
    II və III ixtisas qruplarına sənəd verənlərin nəzərinə!
  • 14-05-2026, 23:10
    Yepiskop Aleksiydən (Smirnov) şikayət var – Məhkəmə çəkişməsi
  • 14-05-2026, 16:29
    Yeni Dövlət Agentliyi YARADILDI
  • 14-05-2026, 14:25
    Dövlət Məşğulluq Agentliyinin departament rəhbəri işdən çıxdı
  • 14-05-2026, 11:59
    BMT-dən WUF13-lə bağlı MESAJ
  • 14-05-2026, 11:56
    May pensiyaları ödənildi
  • 14-05-2026, 11:02
    Aeroport yolunda avtomobil yandı
  • 14-05-2026, 10:41
    Bahar Muradova Milli Məclisdə hesabat verəcək
  • 14-05-2026, 10:37
    Laçınla Daşkəsənə dolu düşüb
  • 14-05-2026, 10:24
    Prezident onu nazirə birinci müavin təyin etdi
  • 14-05-2026, 09:54
    Sahibə Qafarova Özbəkistana getdi
  • 14-05-2026, 09:20
    “Brent” neftin qiyməti 106 dolları ötüb
  • 14-05-2026, 09:15
    Minimum əmək haqqı nə zaman artırılacaq?
  • 14-05-2026, 09:14
    “Brent” neftin qiyməti 106 dolları ötüb
  • 14-05-2026, 09:12
    Bakı və Sumqayıtın bəzi ərazilərinə işığın verilməsi DAYANDIRILACAQ
  • 14-05-2026, 09:08
    Hazırda ağır tıxac olan YOLLAR
  • 13-05-2026, 16:47
    Sədrin yeni müşaviri
  • 13-05-2026, 15:06
    Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
  • 13-05-2026, 14:41
    Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək
  • 13-05-2026, 14:26
    Köç karvanı Zəngilan şəhərinə çatdı
  • 13-05-2026, 14:23
    TƏBİB-də dörd yeni təyinat - ADLAR
  • 13-05-2026, 11:04
    Avropa liderləri İlham Əliyevdən nümunə götürür
  • 13-05-2026, 11:02
    Doqquzuncuların nəzərinə: bu ixtisaslarda gərgin rəqabət olacaq
  • 13-05-2026, 10:57
    156 ailə doğma yurduna qayıtdı
  • 13-05-2026, 10:52
    Zakir Həsənov PUA hücumunu izlədi
  • 13-05-2026, 10:47
    Ərdoğan mühüm toplantı üçün Qazaxıstana yola düşdü
Daha çox
13-05-2026, 14:41
Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək
15-05-2026, 15:30
Təhsildə yenilik - ali məktəblərə qeydiyyat mygov-la aparılacaq
15-05-2026, 16:29
İmtahanların nəticələri elan edildi
12-05-2026, 14:03
Bu peşə sahibləri pensiyaya çıxanda 6 qat maaş alacaq!
13-05-2026, 16:47
Sədrin yeni müşaviri
12-05-2026, 14:07
Onlara hərbi xidmətə görə 3 maaşlıq müavinət veriləcək
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə