• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Tətili Qarabağda keçirəcək deputatlar: “Övladlarımı da aparacam, o yerləri görsünlər”

Cəmiyyət

9-07-2025, 12:04

Tətili Qarabağda keçirəcək deputatlar: “Övladlarımı da aparacam, o yerləri görsünlər”
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası iyulun 14-də keçiriləcək. İyulun 15-dən isə parlamentarlar tətilə çıxacaqlar. Deputatların tətili iyulun 15-dən avqustun 30-dək olan müddəti əhatə edəcək.

Hər kəs tətili bir cür planlayır. Milli Məclisin deputatları ictimai şəxslərdir və onların necə tətil keçirəcəkləri diqqət çəkir. Bu xüsusda diqqətçəkən digər məqam deputatların tətil üçün azad edilmiş bölgələrlə bağlı seçim edib-etməyəcəkləridir.

Milli Məclisin deputatları arasında onların harada və necə istirahət edəcəkləri ilə bağlı sorğu keçirib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, tətildə Xankəndi, Şuşa və Laçına getməyi planlaşdırır:

"Sözüz ki, Xankəndi, Şuşa, Laçına getmək fikrim var. Salamatlıq olsa, mütləq o yerləri gedib bir daha gəzəcəm. Əlbəttə, tətil olmasına baxmayaraq, insanlarla da görüşmək vacibdir. İmkan daxilində insanlarla da görüşəcəm. İstirahət də, yaradıcılıq da vacibdir. Bütün bunların hamısı gərək nizamlansın".

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc tətilə iyulun 15-dən çıxmayacağını deyib:

"Parlament sessiyasının başa çatması tətil dövrünün başlanması deməkdir. Millət vəkilləri tətillə bağlı şəxsi planlar qururlar. Bu qərarlara, əlbəttə, hörmətlə yanaşmaq lazımdır. Çünki bu məsələ yalnız nəzəriyyələrlə müəyyənləşmir. Hər kəsin şəxsi planları, qayğıları var. Elə şəxslər var ki, tətilin ilk dövrlərini təmsil etdiyi rayonda keçirir, daha sonra zərurət varsa, xarici ölkələrə də səfərlər edir. Sosial Tədqiqatlar Mərkəzində təmsil olunduğumuza görə, iyulun 15-dən tətilimiz başlamayacaq. Çünki fəaliyyət planımızda nəzərdə tutulan və mərkəzin üzərinə düşən vacib dövləti, milli tapşırıq və öhdəliklər var. Lakin burada da hər qurumda olduğu kimi, Əmək Məcəlləsinin müddəaları işləkdir. Ona görə də uzlaşma nöqtələri, hamı üçün qrafik tapmağa çalışırıq. Ən yaxın vaxtlarda Şuşa və Xankəndidə artıq sayca 6-cı və ya 7-ci dəfə olduq. Yenə də səfərlərimiz həyata keçiriləcək. Fəaliyyət planımızda bununla bağlı mühüm bir tapşırıq mövcuddur. Bizim üçün müqəddəs olan azad torpaqlarda böyük qayıdışı yaxından müşahidə etmək hər birimiz üçün əlavə enerji, ruh mənbəyidir. Növbəti dövr üçün planlar, ideyalardır. O insanlarla birgə həmin qayıdış fəlsəfəsini, düşüncələrini yaşamaq, keçdiyimiz yolu dəyərələndirmək bir daha hər parlament üzvü üçün ən ümdə arzudur".

Komitə sədri vurğulayıb ki, hər kəsin tətilə ehtiyacı var:

"Eyni zamanda təbii, biz başa düşməliyik ki, müəyyən qədər istirahət etmək, qayğıları yoluna qoymaq, özünü ailəsinə həsr etmək, övladları ilə birgə müəyyən işlər görmək də ailə başçısı kimi üzərimizə düşən vəzifədir. Bu mənada Qarabağa səfərlərimiz olacaq, təmsil etdiyim bölgəyə də gedəcəm. O cümlədən övladlarımla, ailəmlə də müəyyən ərazilərdə, daha çox ölkə daxilində bir qədər nəfəs dərməyə çalışacağıq. Azərbaycanın o gözəl, səfalı yerlərinin ruhunu, ictimai enerjisini də almağa çalışacağıq".

Deputat Məlahət İbrahimqızı isə hələ tətillə bağlı nəsə planlaşdırmadığını deyib.

Deputat Hikmət Babaoğlu yay tətilini Şuşada keçirməyi planlaşdırır. O qeyd edib ki, Şuşada qalmaqla yanaşı, digər işğaldan azad olunan əraziləri də gəzəcək:

"Mən bu yay tətilimi Şuşada keçirməyi planlaşdırıram. İşğaldan azad olunmuş digər ərazilərimizdə də olmağı düşünürəm. Kəlbəcər mənim üçün yeni bir dünyadır. Kəlbəcər bizim qədim inancımızda dağ kultunun, cazibəsinin nə olduğunu izah edən coğrafiyadır. Kəlbəcər milli və dini mentalitemizdəki inancımızdan irəli gələn "dağlar yer kürəsinin dayaqlarıdır" ifadəsinin bariz təsdiqidir. Kəlbəcərdə olmaq insanın ruhunu oxşayır. Ona görə də mən çalışacam ki, Şuşada qalmaqla bərabər, hər gün işğaldan azad olunmuş rayonlarımızın birinə səfər edim. Hər bir rayonumuzla ayrıca görüşərək, qələbəmizin zövqünü çıxarım".

Laçından olan deputat Rövşən Muradov övladlarının təhsil məsələri ilə əlaqədar olaraq başının qarşıq olduğunu deyib:

"Ayın 13-də qızım ikinci dəfə ali məktəbə qəbul imtahanı verəcək. Oğlum ADA-nın bakalavr pilləsini bitirib və Macarıstanın Korvinus Universitetinə maliyyə ixtisası üzrə qəbul olunub. Qızımın universitetə daxil olması isə dəqiq deyil. Oğlum artıq daxil olub, onun viza və digər maddi məsələlərini çalışıram həll edim. Ayın 21-də Laçında sərgi keçiriləcək, qismət olsa, orada iştirak edəcəm. Hansı rayonlara istirahətə getsəm, yenə də çalışacam ki, oradakı seçicilərimlə görüşüm. Çünki laçınlılar Azərbaycanın 59 rayon, şəhər və məntəqəsində məskunlaşıb. İsmayıllaya, Oğuza, Kürdəmirə getsəm, oralarda da laçınlılar var".

R.Muradov əsasən Laçın və Şuşaya gedəcəyini söyləyib:

"Həm də uşaqları aparmalıyam. Çünki indiyə qədər heç vaxt o ərazilərdə olmayıblar. Getsinlər atalarının, babalarının yurdlarını görsünlər. Yenə deyirəm, 26 avqustda Laçın Şəhər Günü olacaq, orada mütləq şəkildə iştirak edəcəm".

Deputat Vüqar Bayramov tətildə ölkə ərazisində olacağını bildirib:

"Mən Qarabağı Milli Məclisdə təmsil edən deputatlardan biri olduğum üçün hər ay o bölgəyə gedirəm. Ayda iki dəfə Füzuli rayonunda vətəndaş qəbulu keçirirəm. Bu il tətildə planım ölkədə olmaqdır. Rayonlara səfər edəcəm. Tətillə əlaqədar xaricə getməyi düşünmürəm. Avqust ayında Füzuliyə səfər edəcəm. Qarabağa həmişə görüşlər, qəbullar keçirməyə gedirik. İndi isə tətil üçün gedəcəyik. Xankəndi, Şuşa və digər işğaldan azad olunan, inkişaf mərhələsinə qədəm qoyan rayon və şəhərlərimizə də səfər etməyi planlaşdırıram".

Oxunub: 172
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

18-07-2021, 06:27

Azərbaycanda bayram tətili başladı

Cəmiyyət

30-05-2025, 09:48

Deputatlar növbədənkənar TOPLAŞACAQ - SƏBƏB

Cəmiyyət

7-07-2025, 11:34

Deputatlar bu tarixdən yay tətilinə çıxırlar

Cəmiyyət

8-11-2023, 07:09

5 günlük bayram tətili başlayıb

Cəmiyyət

30-12-2023, 09:08

Sabahdan 1 həftəlik bayran tətili BAŞLAYIR

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
Bugün, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
19-08-2026, 16:44
Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
19-08-2026, 10:01
Qusarda qəza - ölən var
Son xəbərlər
  • Bugün, 15:58
    Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub.
  • Bugün, 11:09
    Bu il onların pensiyası artacaq
  • Bugün, 10:43
    Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.
  • Bugün, 10:26
    78 nömrəli avtobusun marşrutu dəyişdi
  • Bugün, 10:23
    Yeni Klinikanın direktor müavini ABŞ-yə köçür - “Green Card” udubmuş
  • Bugün, 09:18
    Dünya bazarında neft ucuzlaşdı
  • Bugün, 09:03
    Qənirə Paşayevaya həsr olunan beynəlxalq tədbir keçiriləcək
  • Bugün, 09:00
    Gürzəni öldürən Neftçala sakini özü də öldü
  • Bugün, 08:56
    Xankəndi, Xocalı və Ağdərəyə yeni köç: 87 ailə sevindi
  • Bugün, 08:54
    Xəzərdə seysmik aktivlik niyə azalıb? - AÇIQLAMA
  • Bugün, 08:51
    Azərbaycanda turizmdən ən çox qazanan şəhərlər - SİYAHI
  • Bugün, 04:02
    “Nar” inklüziv məşğulluğun təşviqinə töhfə verir – VİDEO
  • Dün, 11:13
    Rusiyanın PUA-sı Rumıniya və Moldova hava məkanına girdi
  • Dün, 09:59
    Ermənistan qadın hərbçiləri Azərbaycanla sərhədə GÖNDƏRİR
  • Dün, 09:57
    Dünya bazarında qızıl ucuzlaşdı
  • Dün, 08:59
    Azərbaycanda həbsxanadan çıxan şəxslərə bu qədər pul verilir - RƏSMİ
  • Dün, 08:55
    "Qarabağ" bu gün pley-off oyununa çıxır
  • 19-08-2026, 16:44
    Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
  • 19-08-2026, 11:23
    Azərbaycanın CNN-ə qarşı iddiası - Məhkəmə hansı qərarı verəcək?
  • 19-08-2026, 11:11
    5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
  • 19-08-2026, 10:44
    Azərbaycanlı vəkil ABŞ-də hüquq doktoru oldu
  • 19-08-2026, 10:39
    Eks-müdafiə naziri Ukraynada seçki keçirməyə çağırdı
  • 19-08-2026, 10:32
    Abituriyentlərin diqqətinə! İxtisas seçimi bu gün başa çatır
  • 19-08-2026, 10:28
    İran parlamentinin sədri İraqa getdi
  • 19-08-2026, 10:24
    Rusiya Ermənistanla bağlı qərarını açıqladı
  • 19-08-2026, 10:18
    Dünya bazarlarından Azərbaycan büdcəsi üçün şad xəbər
  • 19-08-2026, 10:01
    Qusarda qəza - ölən var
  • 19-08-2026, 09:59
    Daha bir bloger saxlanıldı
  • 19-08-2026, 09:20
    Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
  • 18-08-2026, 16:47
    Prezident təqaüdçüləri ailə qururlar
  • 18-08-2026, 16:33
    Yeni səfir azərbaycanca ilk paylaşımını etdi
  • 18-08-2026, 15:35
    Prezident Britaniya səfirinin etimadnaməsini qəbul edib
  • 18-08-2026, 15:11
    Qalibaf Hörmüz boğazı ilə bağlı İranın şərtlərini açıqladı
  • 18-08-2026, 14:56
    İtkin düşən hərbçinin taleyi 44 il sonra bəlli oldu
  • 18-08-2026, 14:36
    Azərbaycanda neçə çoxuşaqlı ana var? - AÇIQLANDI
Daha çox
14-08-2026, 22:45
Orxan Cəbrayıl TƏBİB-dən yeni qanun gəlib deyərək işçisini işdən azad etdi
14-08-2026, 20:40
Rusiya ən böyük neft terminalını dayandırdı
19-08-2026, 11:11
5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
Bugün, 15:58
Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub.
18-08-2026, 12:28
Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığın inkişafı
Bugün, 10:43
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə