• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycanda ilk - ATU-da qız hərbi həkimlər hazırlanacaq

Cəmiyyət

11-09-2025, 10:19

Azərbaycanda ilk - ATU-da qız hərbi həkimlər hazırlanacaq
Azərbaycanda ilk dəfə olaraq Tibb Universitetində (ATU) qız hərbi həkimlər hazırlanacaq.

Xəbər verilir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Mətbuat xidmətindən bildirilib.

Onlar oğlanlar kimi forma geyinəcək, təlimlərdə iştirak edəcək, rütbə alacaqlar.

Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi 25 ildir ki, fəaliyyət göstərir. Və ölkəmizdə hərbi tibbi kadrların hazırlanması üzrə yeganədir.

Son illər ATU-nun bütün strukturlarında islahatlar aparılmasının şahidiyik. Bu proses Hərbi tibb fakültəsindən də yan keçməyib. Fakültənin rəisi, tibb xidməti polkovniki Məharət Rzayevin bildirdiyinə görə, universitetin bütün sahələrində olduğu kimi, rəhbərlik etdiyi fakültədə də yeniliklər baş verib:

“Bu ilədək dövlət qəbul planı tam şəkildə dolmamışdı. Hər il plan 40-50 faiz ancaq yerinə yetirilirdi. Amma ötən ildən etibarən Milli Müdafiə Universiteti tərəfindən edilən yeniliklər öz müsbət nəticəsini göstərdi. Belə ki, universitetin nəzdində Qəbul Komissiyası təşkil olundu. Sənədlərin qəbulunun əlçatanlığını təmin etmək üçün regionlarda 17 qəbul məntəqəsi yaradıldı. Tutaq ki, Gəncəətrafı rayonlarda yaşayanlar Gəncədə, Lənkəran ətrafı rayonlarda yaşayanlar Lənkəranda sənəd verdilər. Aparılan təbliğat kampaniyası və regionlarda məntəqələrin olması vətəndaşların fakültəyə marağını xeyli artırdı. Ötən il planda nəzərdə tutulan 130 nəfərə qarşı 87 nəfər qəbul oldu. Bu isə o demək idi ki, dövlət planı 65 faizdən çox dolub.

Onu da qeyd edim ki, ötən il qəbul balında da dəyişiklik oldu. Keçid balı təxminən 50 bal yüksəldi. Əvvəllər 350 balla daxil olmaq mümkün idisə, keçən il 400 baldan aşağı toplayanlar kənarda qaldı”.
Ətraflı
Ad - 00:03

Polkovnik M.Rzayev bu il də tələbə qəbulunda bəzi dəyişikliklər edildiyini nəzərə çatdırıb. Bildirib ki, regionlarda vətəndaşlara məsləhət vermək üçün mərkəzlər fəaliyyət göstərib: “Amma sənədlər təşkil olunmuş mərkəzlərdə qəbul edilmədi. Vətəndaşların əlçatanlığını daha da asanlaşdırmaq üçün Milli Müdafiə Universitetinin saytında bir baza yaradıldı. Abituriyentlər bazaya daxil olmaqla sənədlərini elektron qaydada təqdim edə bildilər. Bazanın yaradılması sənəd qəbulu işini daha da sadələşdirdi. Hər kəs rahat şəkildə bazanın imkanlarından istifadə edə bildi. Əlavə olaraq, *0811 nömrəli “Qaynar xətt” də təşkil olundu. Kimi hansı sual maraqlandırırdısa, zəng vurub, məsləhət ala bilirdi. Yeri gəlmişkən, “Qaynar xətt” üçün nömrə təsadüfi seçilməyib. Belə ki, Zəfər Günü 11-ci ayın 8-dədir.

Bütün bunların nəticəsində gənclərdə Hərbi tibb fakültəsinə maraq yüksəldi.

Avqustun 1-də verilən elan isə fakültəmizin həyatında tamamilə yenilik oldu. Elanda ilk dəfə olaraq Hərbi tibb fakültəsinə qızların da qəbul olunması barədə məlumat öz əksini tapdı. Nəticə gözlədiyimizdən qat-qat yaxşı oldu, xeyli sənəd verənlər oldu. Bu il qızlar arasında ən yüksək nəticəni Tükəzban Zalova göstərdi. O, 667.6 balla fakültəmizin ən yüksək bal toplayanı hesab olunur.

Bu il 171 nəfər dövlət planına qarşı oğlanlı-qızlı 159 nəfər qəbul olundu. Onlardan 56 nəfərin qız olması təqdirəlayiq haldır. Bu il, eyni zamanda ixtisasların da sayı artırıldı. Əgər əvvəllər hərbi tibb, stomatologiya ixtisasları var idisə, bu ildən ictimai səhiyyə və əczaçılıq ixtisasları da əlavə edildi”.

Fakültənin rəisi bu ildən etibarən feldşer ixtisası üzrə də qızların təhsil alacağını diqqətə çatdırıb. Bildirib ki, bu il oğlanlar üçün keçid balı artaraq 420, qızlar üçün isə 500 olub: “İxtisas üzrə 110 oğlan, 10 qız tələbə adını qazandı. Feldşer hazırlığı kursunda qəbul balı ötən il 97 idisə, bu il 116-a yüksəldi. Əvvəlki illərdə müraciət edənlər az olduğundan, daha aşağı balla qəbul edə bilirdiksə, bu il yüksək balla da müsabiqədən keçə bilməyənlər oldu. Bu il 1-ci kursda 12 qrupun olmasını planlaşdırırıq. Əlavə olaraq, stomatologiya, ictimai səhiyyə və əczaçılıq ixtisaslarının hər biri üzrə bir qrup təşkil ediləcək”.

M.Rzayev qeyd edibi ki, fakültədə təhsil alacaq qızlar oğlanlar kimi forma geyinəcək, gələcəkdə təlimlərdə iştirak edəcək, rütbə alacaq, plana uyğun güc strukturlarının tibb müəssisələrində işlə təmin olunacaqlar.

Fakültənin fəaliyyət istiqamətləri haqda danışan polkovnik, burada həkimləri və feldşerləri təkmilləşdirmə kursunun mövcud olduğunu, ehtiyac olan mütəxəssislərin göndərişlər əsasında kurslarda iştirak etdiyini bildirib: “Tutaq ki, hansısa hospitalda radioloq-texnikə ehtiyac var. Onun üçün 6 aylıq kurs təşkil edilir və işlə təmin olunur. Ümumiyyətlə isə zabitlər hər 3-5 ildən bir yeniliklərlə tanış olmaq üçün həkimləri təkmilləşdirmə kurslarına qatılırlar. Amma hamını kursa göndərmək mümkün olmadığından, həkimlər hər zaman öz üzərində işləməli, axtarışda olmalıdırlar”.

Oxunub: 229
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

16-05-2025, 10:55

Azərbaycanla Belarus hərbi tibb mütəxəssisləri görüşdü - FOTO

Cəmiyyət

14-02-2023, 10:57

Hərbi Tibb Fakültəsinə qəbul qaydaları - VİDEO

Cəmiyyət

6-02-2025, 15:56

Qarabağ Universitetində tibb fakültəsi fəaliyyətə başlayacaq

Cəmiyyət

5-05-2025, 14:37

Azərbaycan Tibb Universitetinin ən yüksək KEÇİD BALLARI

Cəmiyyət

10-03-2025, 14:21

Qarabağ Universitetinin Klinikasına baş direktor TƏYİN EDİLDİ

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
19-08-2026, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
Bugün, 09:00
Gürzəni öldürən Neftçala sakini özü də öldü
19-08-2026, 16:44
Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
19-08-2026, 10:01
Qusarda qəza - ölən var
Son xəbərlər
  • Bugün, 15:58
    Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub.
  • Bugün, 11:09
    Bu il onların pensiyası artacaq
  • Bugün, 10:43
    Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.
  • Bugün, 10:26
    78 nömrəli avtobusun marşrutu dəyişdi
  • Bugün, 10:23
    Yeni Klinikanın direktor müavini ABŞ-yə köçür - “Green Card” udubmuş
  • Bugün, 09:18
    Dünya bazarında neft ucuzlaşdı
  • Bugün, 09:03
    Qənirə Paşayevaya həsr olunan beynəlxalq tədbir keçiriləcək
  • Bugün, 09:00
    Gürzəni öldürən Neftçala sakini özü də öldü
  • Bugün, 08:56
    Xankəndi, Xocalı və Ağdərəyə yeni köç: 87 ailə sevindi
  • Bugün, 08:54
    Xəzərdə seysmik aktivlik niyə azalıb? - AÇIQLAMA
  • Bugün, 08:51
    Azərbaycanda turizmdən ən çox qazanan şəhərlər - SİYAHI
  • Bugün, 04:02
    “Nar” inklüziv məşğulluğun təşviqinə töhfə verir – VİDEO
  • Dün, 11:13
    Rusiyanın PUA-sı Rumıniya və Moldova hava məkanına girdi
  • Dün, 09:59
    Ermənistan qadın hərbçiləri Azərbaycanla sərhədə GÖNDƏRİR
  • Dün, 09:57
    Dünya bazarında qızıl ucuzlaşdı
  • Dün, 08:59
    Azərbaycanda həbsxanadan çıxan şəxslərə bu qədər pul verilir - RƏSMİ
  • Dün, 08:55
    "Qarabağ" bu gün pley-off oyununa çıxır
  • 19-08-2026, 16:44
    Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
  • 19-08-2026, 11:23
    Azərbaycanın CNN-ə qarşı iddiası - Məhkəmə hansı qərarı verəcək?
  • 19-08-2026, 11:11
    5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
  • 19-08-2026, 10:44
    Azərbaycanlı vəkil ABŞ-də hüquq doktoru oldu
  • 19-08-2026, 10:39
    Eks-müdafiə naziri Ukraynada seçki keçirməyə çağırdı
  • 19-08-2026, 10:32
    Abituriyentlərin diqqətinə! İxtisas seçimi bu gün başa çatır
  • 19-08-2026, 10:28
    İran parlamentinin sədri İraqa getdi
  • 19-08-2026, 10:24
    Rusiya Ermənistanla bağlı qərarını açıqladı
  • 19-08-2026, 10:18
    Dünya bazarlarından Azərbaycan büdcəsi üçün şad xəbər
  • 19-08-2026, 10:01
    Qusarda qəza - ölən var
  • 19-08-2026, 09:59
    Daha bir bloger saxlanıldı
  • 19-08-2026, 09:20
    Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
  • 18-08-2026, 16:47
    Prezident təqaüdçüləri ailə qururlar
  • 18-08-2026, 16:33
    Yeni səfir azərbaycanca ilk paylaşımını etdi
  • 18-08-2026, 15:35
    Prezident Britaniya səfirinin etimadnaməsini qəbul edib
  • 18-08-2026, 15:11
    Qalibaf Hörmüz boğazı ilə bağlı İranın şərtlərini açıqladı
  • 18-08-2026, 14:56
    İtkin düşən hərbçinin taleyi 44 il sonra bəlli oldu
  • 18-08-2026, 14:36
    Azərbaycanda neçə çoxuşaqlı ana var? - AÇIQLANDI
Daha çox
14-08-2026, 17:05
Sumqayıta qatarla getmək istəyənlərə MÜJDƏ - hərəkət bərpa olunur
14-08-2026, 22:45
Orxan Cəbrayıl TƏBİB-dən yeni qanun gəlib deyərək işçisini işdən azad etdi
14-08-2026, 17:20
“Bakı Abadlıq” kimin mülkünü kimə icarəyə verir? – Simurq Kitabxanasından icarə haqqı tələb olunur
14-08-2026, 20:40
Rusiya ən böyük neft terminalını dayandırdı
19-08-2026, 11:11
5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
18-08-2026, 12:28
Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığın inkişafı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə