• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

27 Sentyabr – Anım Günü: Şanlı Qələbəyə aparan yol

Cəmiyyət

29-09-2025, 10:08

27 Sentyabr – Anım Günü: Şanlı Qələbəyə aparan yol
27 Sentyabr Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq və qürur günü kimi həkk olunub. Məhz həmin gün başlanan 44 günlük Vətən müharibəsi nəticəsində dövlətimiz uzun illər davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa etdi. Anım Günü şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın azadlıq uğrunda iradəsinin, milli birliyinin və sarsılmaz gücünün təntənəsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirib ki, Azərbaycan heç zaman müharibə istəməyib, daim beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq münaqişənin sülh yolu ilə həllinə çalışıb: “Lakin rəsmi İrəvanın işğalçı siyasəti, saxtakar yanaşmaları və ifrat millətçilik üzərində qurulmuş Daşnaksutyun ideologiyası müharibəni qaçılmaz edib. Ermənistanın əsassız “dənizdən-dənizə Ermənistan” xülyası, xarici havadarların dəstəyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, beynəlxalq ictimaiyyətin ikili standartlara əsaslanan yanaşması nəticədə regionu təhlükəli müharibə meydanına çevirib.

Azərbaycan xalqı heç zaman işğalla barışmayıb. On illər boyu səbir və dözüm göstərən sülhsevər xalqımızın ermənilərin ardıcıl hərbi təxribatları ilə “səbir kasası” dolub, 2020-ci ilin 27 sentyabrında başlayan son təxribat isə hərbi cavabı zəruri edib. Bu, tarix boyu haqqı tapdanmış, lakin öz haqqını qorumaq əzmindən dönməyən bir xalqın ədalətli mübarizəsi idi”.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi və siyasi iradəsinin, xalq-iqtidar birliyinin parlaq təzahürü olub: “Ordumuz müasir dövrün hərbi təcrübəsindən istifadə edərək düşməni darmadağın etdi, işğal altındakı torpaqlarımızı azad etdi. Bu qələbə təkcə hərbi gücümüzlə deyil, həm də diplomatik üstünlüyümüzlə təmin olundu. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, ordumuzun peşəkarlığı və xalqımızın əzmi nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə öz ərazi bütövlüyünü bərpa etdi.

Müharibə dövründə xalqımız “Öldü var, döndü yoxdur!” şüarı ilə birləşərək tarixi birliyini nümayiş etdirdi. Bu birlik və inam bizi Zəfərə apardı.

Vətən müharibəsi Azərbaycanın şanlı tarixi, qəhrəman əsgər və zabitlərimiz isə xalqımızın qürur mənbəyidir. Şəhidlərimizin qanı bahasına qazanılan Qələbə xalqımızın yaddaşına əbədi həkk olunub. 27 Sentyabr – Anım Günü məhz həmin qəhrəmanların müqəddəs ruhuna ehtiramın rəmzidir.

Dövlətimiz hər zaman öz əsgərinin, qazisinin və şəhid ailələrinin yanındadır. Qələbə münasibətilə təsis edilən orden və medallar, Bakıda yaradılan Zəfər parkı, eyni zamanda, sosial təminat tədbirləri dövlətin hərbi-vətənpərvərlik siyasətinin bariz göstəricisidir. Bu gün ehtiyacı olan bütün qazilər və şəhid ailələri dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunurlar.

Vətən müharibəsinin gedişində və Zəfərdən sonra Prezident İlham Əliyev dünyanın aparıcı beynəlxalq təşkilatlarının tribunasından Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Xüsusilə BMT Baş Assambleyasında, Qoşulmama Hərəkatında və digər nüfuzlu platformalarda çıxış edən dövlətimizin başçısı Ermənistanın işğalçı siyasətini ifşa etdi, beynəlxalq ictimaiyyəti ədalətə və beynəlxalq hüquqa sadiq olmağa çağırdı.

Azərbaycan Prezidenti, həmçinin yeni reallıqları dünyaya təqdim edərək, regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasının vacibliyini vurğuladı. Bu gün dünya dövlətləri Azərbaycanın sülh təşəbbüslərinin regionun gələcəyi üçün nə qədər əhəmiyyətli olduğunu qəbul edirlər.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan yalnız hərbi-siyasi qələbə ilə kifayətlənmədi, həm də azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başladı. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr – yeni yollar, hava limanları, dəmir yolları, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları Azərbaycanın gələcəyə yönəlmiş inkişaf strategiyasının bariz nümunəsidir”.

Mehriban Vəliyeva Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan olunmasının Azərbaycanın qlobal enerji gündəliyinə töhfə verməsi, müasir texnologiyalara əsaslanan dayanıqlı inkişaf modelini təşviq etməsi demək olduğunu vurğulayıb: “Azərbaycanın əldə etdiyi Zəfər yalnız siyasi və hərbi sahədə deyil, həm də iqtisadi müstəvidə böyük perspektivlər açdı. Azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələri yerli və xarici sərmayədarlar üçün yeni imkanlar yaradır.

Ənənəvi kənd təsərrüfatı sahələrinin bərpası, mineral və su ehtiyatlarının istifadəsi, turizm potensialının inkişafı Qarabağ və Şərqi Zəngəzuru yaxın gələcəkdə regionun ən cəlbedici iqtisadi mərkəzlərindən birinə çevirəcək. Dövlətin strateji yanaşması, vergi və gömrük güzəştləri, sərmayəçilərə yaradılan əlverişli mühit artıq beynəlxalq şirkətlərin marağını artırmaqdadır.

Beləliklə, Qarabağ iqtisadi rayonunda aparılan quruculuq və inkişaf prosesləri Azərbaycanın iqtisadi gücünü daha da möhkəmləndirəcək, ölkəmizi Cənubi Qafqazın iqtisadi lideri mövqeyində uzunmüddətli sabitliyə gətirəcək.

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının mübarizə əzmini, milli birliyini və qəhrəmanlığını ifadə edir. Bu gün həm şəhidlərimizə dərin ehtiram, həm də gələcək nəsillərə azadlıq, müstəqillik və dövlətçilik dərsidir.

Prezident İlham Əliyevin qətiyyətli siyasəti, beynəlxalq tribunalarda verdiyi tarixi mesajlar, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq və iqtisadi layihələr Azərbaycanın gələcəyə inamla baxan, daha güclü və müasir dövlət olduğunu bir daha təsdiqləyir. Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmaqla, dövlətimizin gücünü və xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirdi”.

Oxunub: 172
Paylaş:
Digər xəbərlər

Gündəm

24-09-2021, 10:31

Qələbəyə aparan tarixi gün

Cəmiyyət

27-09-2025, 11:16

27 Sentyabr Anım Günündə müqəddəs şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmişdir.

Gündəm

27-09-2023, 09:25

XİN-dən Anım Günü PAYLAŞIMI

Cəmiyyət

26-09-2024, 16:42

Türkiyə Müdafiə Nazirliyindən Anım Günü BƏYANATI

Cəmiyyət

26-09-2025, 14:20

27 sentyabr – Milli Anım Günü münasibətilə Ağcabədi bələdiyyəsinin sədri İsmayıl Rəsulov şəhidlərin məzarını ziyarət edib.

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
Dün, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
Dün, 16:44
Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
Dün, 10:01
Qusarda qəza - ölən var
13-08-2026, 10:13
Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı
Son xəbərlər
  • Bugün, 09:59
    Ermənistan qadın hərbçiləri Azərbaycanla sərhədə GÖNDƏRİR
  • Bugün, 09:57
    Dünya bazarında qızıl ucuzlaşdı
  • Bugün, 08:59
    Azərbaycanda həbsxanadan çıxan şəxslərə bu qədər pul verilir - RƏSMİ
  • Bugün, 08:55
    "Qarabağ" bu gün pley-off oyununa çıxır
  • Dün, 16:44
    Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
  • Dün, 11:23
    Azərbaycanın CNN-ə qarşı iddiası - Məhkəmə hansı qərarı verəcək?
  • Dün, 11:11
    5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
  • Dün, 10:44
    Azərbaycanlı vəkil ABŞ-də hüquq doktoru oldu
  • Dün, 10:39
    Eks-müdafiə naziri Ukraynada seçki keçirməyə çağırdı
  • Dün, 10:32
    Abituriyentlərin diqqətinə! İxtisas seçimi bu gün başa çatır
  • Dün, 10:28
    İran parlamentinin sədri İraqa getdi
  • Dün, 10:24
    Rusiya Ermənistanla bağlı qərarını açıqladı
  • Dün, 10:18
    Dünya bazarlarından Azərbaycan büdcəsi üçün şad xəbər
  • Dün, 10:01
    Qusarda qəza - ölən var
  • Dün, 09:59
    Daha bir bloger saxlanıldı
  • Dün, 09:20
    Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
  • 18-08-2026, 16:47
    Prezident təqaüdçüləri ailə qururlar
  • 18-08-2026, 16:33
    Yeni səfir azərbaycanca ilk paylaşımını etdi
  • 18-08-2026, 15:35
    Prezident Britaniya səfirinin etimadnaməsini qəbul edib
  • 18-08-2026, 15:11
    Qalibaf Hörmüz boğazı ilə bağlı İranın şərtlərini açıqladı
  • 18-08-2026, 14:56
    İtkin düşən hərbçinin taleyi 44 il sonra bəlli oldu
  • 18-08-2026, 14:36
    Azərbaycanda neçə çoxuşaqlı ana var? - AÇIQLANDI
  • 18-08-2026, 14:31
    Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı - Rəsmi Bakıdan ETİRAZ
  • 18-08-2026, 13:32
    "Təbiət bizə əmanətdir və və bu əmanəti gələcək nəsillərə necə çatdıracağımız bu gündən verdiyimiz qərarlardan asılıdır" - Ekoloq
  • 18-08-2026, 12:32
    Səhər saatlarında Tovuzda dəhşətli hadisə: İki meyit tapıldı
  • 18-08-2026, 12:28
    Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığın inkişafı
  • 18-08-2026, 11:56
    Xocəsəndə su xəttində baş vermiş qəza aradan qaldırıldı
  • 14-08-2026, 22:45
    Orxan Cəbrayıl TƏBİB-dən yeni qanun gəlib deyərək işçisini işdən azad etdi
  • 14-08-2026, 20:40
    Rusiya ən böyük neft terminalını dayandırdı
  • 14-08-2026, 17:20
    “Bakı Abadlıq” kimin mülkünü kimə icarəyə verir? – Simurq Kitabxanasından icarə haqqı tələb olunur
  • 14-08-2026, 17:05
    Sumqayıta qatarla getmək istəyənlərə MÜJDƏ - hərəkət bərpa olunur
  • 14-08-2026, 15:37
    TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB
  • 14-08-2026, 15:29
    Metrodakı dəyişiklik kirayə qiymətlərini artıracaq? - AÇIQLAMA
  • 14-08-2026, 15:03
    “Qarabağ” - “Tvente” matçına hakim təyinatı oldu
  • 14-08-2026, 14:59
    Dövlət Sərhəd Xidmətində yeni təyinatlar
Daha çox
13-08-2026, 10:13
Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı
13-08-2026, 10:29
Coğrafiyanın taleyi burada dəyişir
13-08-2026, 10:45
“Qarabağ” - “Dinamo” oyunu bu telakanalda yayımlanacaq
13-08-2026, 17:14
Ermənistan Azərbaycana bu məhsulları ixrac edəcək
14-08-2026, 09:08
Ermənistan-Azərbaycan sülh sazişi gələn il İMZALANACAQ
14-08-2026, 09:11
Konfrans Liqasında pley-offa çıxan klublar bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə