• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Menu
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Füzuli Şəhəri Gününün təsis edilməsi bu qələbənin həm də milli-mənəvi rəmzlərindən biridir

Cəmiyyət

17-10-2025, 09:46

Füzuli Şəhəri Gününün təsis edilməsi bu qələbənin həm də milli-mənəvi rəmzlərindən biridir
17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan dövlətçiliyi üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün təkcə Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümü deyil, həm də 2020-ci ilin Vətən müharibəsində əldə olunmuş strateji qələbələrin, qəhrəman Azərbaycan Ordusunun şücaətinin və dövlətin iradəsinin simvoludur. Füzulinin azad edilməsi Qarabağ regionunda tarixi ədalətin bərpasının, ərazilərin işğaldan azad edilməsinin və Böyük Qayıdış prosesinin başlanğıc mərhələsinin rəmzidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əməliyyatlar Azərbaycanın hərbi, siyasi və diplomatik gücünü nümayiş etdirdi.

Bu fikirləri Sumqayıt Bulvar MMC-nin direktoru: Semur Məmmədov müsahibəsində söyləyib.

Müəllim bildirib ki, Füzuli Şəhəri Gününün təsis edilməsi bu qələbənin həm də milli-mənəvi rəmzlərindən biridir. Füzuli rayonu Azərbaycanın cənub-qərbində yerləşir və Qarabağ regionunun əsas strateji qapılarından biridir. Rayonun relyefi düzənlik və alçaq dağlıq ərazilərdən ibarət olub, həm nəqliyyat, həm də hərbi baxımdan xüsusi əhəmiyyət daşıyır. Füzuli Şərqdən Araz çayı və İranla sərhəd, Qərbdən Xocavənd və Hadrut istiqamətləri, Şimaldan Ağdam, Cənubdan Cəbrayıl rayonları ilə həmsərhəddir. Bu mövqe rayonun tarix boyu hərbi, iqtisadi və strateji əhəmiyyətini müəyyən edib.

Müsahibimiz xatırladıb ki, Füzulinin azad edilməsi Şuşaya gedən yolun açılması və cəbhənin cənub istiqamətində həlledici üstünlüyün əldə edilməsinə imkan yaratdı. Füzuli Azərbaycanın ən qədim yaşayış məkanlarından biridir. Arxeoloji tədqiqatlar göstərir ki, burada eramızdan əvvəl III–II minilliklərdən etibarən həyat mövcud olmuş, Qarabağ xanlığının mühüm inzibati-mədəni mərkəzlərindən biri formalaşmışdır. XIX əsrdə Füzuli ticarət yollarının kəsişdiyi strateji məkan olub.

Füzuli rayonunun coğrafi və mənəvi əhəmiyyətinə diqqət çəkən deputat deyib: “Bölgə tarixi-dini abidələrlə zəngindir. Qarğabazar karvansarası, Mir Əhməd türbəsi, Mollavəli türbəsi, məscidlər, qəbiristanlıqlar, qalalar və yaşayış məskənləri Azərbaycan xalqının memarlıq və mədəni irsinin parlaq nümunələridir. Təəssüf ki, 28 illik işğal dövründə bu abidələrin əksəriyyəti dağıdılıb və talan edilib. 1993-cü ilin avqust ayında Ermənistan silahlı birləşmələri Füzuli rayonunun 51 kəndini işğal etdi. 1994-cü ildə atəşkəsdən sonra rayonun 80 faizi düşmənin nəzarətində qaldı. İşğal dövründə 50 mindən çox sakin didərgin düşdü, minlərlə ev, məktəb və xəstəxana dağıdıldı, tarixi abidələr və məscidlər təhqir edildi. Bu hadisələr yalnız ərazi itkisi deyil, həm də humanitar və mədəni faciə idi. Rayonun məqsədli şəkildə viran qoyulması Ermənistanın hərbi və siyasi strategiyasının tərkib hissəsi olub”.

Semur Məmmədov vurğulayıb ki, 2020-ci ildə Vətən müharibəsində Füzuli rayonunun azad edilməsi strateji dönüş nöqtəsi oldu. Oktyabrın 17-də Prezident İlham Əliyev xalqa müraciət edərək Füzuli şəhərinin işğaldan azad edildiyini bildirdi. Bu əməliyyatlar 27 illik işğala son qoydu, Şuşaya gedən yol açıldı, ordunun texniki və taktiki üstünlüyü nümayiş olundu. Mühüm döyüş istiqamətləri arasında Qaraxanbəyli, Yuxarı və Aşağı Əbdürrəhmanlı kəndləri, Hadrut istiqaməti və Zəfər yolunun təhlükəsizlik zolaqları xüsusi rol oynadı. Həmin döyüşlərdə Azərbaycan Ordusunun yüksək peşəkarlığı və iradəsi açıq şəkildə nümayiş etdirildi. Ordunun şücaəti dövlət səviyyəsində qiymətləndirildi. Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “Füzulinin azad olunmasına görə” medalı hərbi qulluqçuların qəhrəmanlığının rəmzi oldu. Bu medal Füzuli uğrunda döyüşlərin strateji əhəmiyyətini vurğulayır, qəhrəmanlıq göstərən əsgər və zabitlərə minnətdarlıq ifadə edir. Füzuli Şəhəri Gününün təsis edilməsi təkcə tarixi yaddaşın qorunması deyil, həm də Böyük Qayıdışın başlanğıcını simvolizə edir. Bu gün hər il dövlət səviyyəsində qeyd olunur, sakinlər doğma torpaqlarına qayıdır və şəhər sürətlə yenidən qurulur. Füzuli azad edilmiş rayonlar arasında ən çox minalanmış ərazidir. Ermənistan ordusu geri çəkilərkən yaşayış məntəqələrində, kənd təsərrüfatı sahələrində, yol şəbəkəsində minalar yerləşdirmişdir. Bu, Böyük Qayıdış prosesini çətinləşdirir. Azərbaycan dövləti sistemli təmizləmə işləri aparır, ANAMA və aidiyyəti qurumlar vasitəsilə minaların aradan qaldırılmasını təmin edir.

“Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda irimiqyaslı yenidənqurma işləri həyata keçirilir. Bu sıraya şəhərsalma və Baş planın təsdiqlənməsi, “ağıllı şəhər” konsepsiyası, yol, elektrik, qaz, su-kanalizasiya, rabitə infrastrukturu, məktəb, xəstəxana və sosial obyektlərin tikintisi, Füzuli Beynəlxalq Hava Limanı və strateji yolların inşası daxildir. Bu layihələr Füzulini regional inkişaf mərkəzinə çevirir. Böyük Qayıdış Proqramı çərçivəsində Füzuli şəhərinə köç prosesi başlanıb, sosial infrastruktur və yaşayış şəraiti təmin edilib. Qardaş ölkələrin dəstəyi də mühüm rol oynayır. Bu baxımdan Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına 1 nömrəli məktəbin tikintisini, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikintisini qeyd etmək yerinə düşər. Bu addımlar Türk dünyasında həmrəyliyin parlaq nümunəsidir. Azad olunmuş Füzulidə Prezident İlham Əliyev 2020–2025-ci illər ərzində ardıcıl səfərlər edib. Hər səfərdə yeni layihələrin təməli qoyulub, hava limanı və magistral yollar açılıb, sosial obyektlər istifadəyə verilib, Türk dünyası liderləri qarşılanıb. Bu səfərlər dövlətin Füzuliyə verdiyi siyasi, iqtisadi və mənəvi önəmin təsdiqidir.

Beləliklə, Füzuli Şəhəri Günü tarixi ədalətin bərpasını, dövlətin iradəsini və gücünü, ordumuzun qəhrəmanlığını, milli-mənəvi dəyərlərimizin dirçəlişini, Böyük Qayıdışın real başlanğıcını, Qarabağın yeni inkişaf mərhələsini əks etdirir”

Semur Məmmədov: Sumqayıt Şəhər Bulvar MMC-nin direktoru

Oxunub: 365
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

16-10-2025, 10:07

17 Oktyabr – Füzuli Şəhəri Günü Azərbaycan dövlətçiliyi üçün xüsusi əhəmiyyət daşıyır.

Gündəm

17-10-2022, 06:58

Füzulinin işğaldan azad edilməsindən 2 il ÖTÜR

Gündəm

18-09-2024, 11:29

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü TƏSİS EDİLDİ

Cəmiyyət

16-10-2025, 09:50

Füzuli şəhərinin bərpası və yenidən qurulması

Gündəm

18-11-2024, 18:57

20 noyabr, Azərbaycan üçün həm tarixi, həm də milli baxımdan böyük bir əhəmiyyətə malikdir.

Şou Biznes
Tiktoker Müjgan həbs edildi
Estetiksiz qadın, yoxsa təbii dondurma?
“Maşın” şou yenidən başlayır - Foto
“Ən böyük xoşbəxtlik budur!”
Efir qadağası qoyulan müğənnilərin yeni SİYAHISI
Loqo ✕ RamazanGÜNDƏMSİYASƏTSOSİALMEDİAHADİSƏİQTİSADİYYATMƏDƏNİYYƏTİDMANCOP29DÜNYAMARAQLITƏHLİLDİGƏRHAQQIMIZDAƏLAQƏPEŞƏ ETİKASI “Bu siyahıda yaddan çıxan müğənnilər var”
Mədəniyyət
Dün, 09:20
Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
18-08-2026, 16:47
Prezident təqaüdçüləri ailə qururlar
24-07-2026, 13:58
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
31-03-2026, 17:04
Rasim Balayevi postunda kim əvəz edəcək? - RƏSMİ AÇIQLAMA
30-03-2026, 22:20
Elnur Ağdamlının 30 illik sənət yolu Sumqayıtda yüksək səviyyədə qeyd edildi
30-03-2026, 08:38
Laçında ilin ən böyük turizm layihələrindən biri reallaşır
Hadisə
Dün, 16:44
Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
Dün, 10:01
Qusarda qəza - ölən var
13-08-2026, 10:13
Kürdə batan 21 yaşlı gəncin meyiti tapıldı
Son xəbərlər
  • Bugün, 11:13
    Rusiyanın PUA-sı Rumıniya və Moldova hava məkanına girdi
  • Bugün, 09:59
    Ermənistan qadın hərbçiləri Azərbaycanla sərhədə GÖNDƏRİR
  • Bugün, 09:57
    Dünya bazarında qızıl ucuzlaşdı
  • Bugün, 08:59
    Azərbaycanda həbsxanadan çıxan şəxslərə bu qədər pul verilir - RƏSMİ
  • Bugün, 08:55
    "Qarabağ" bu gün pley-off oyununa çıxır
  • Dün, 16:44
    Kamilə Babayevanın anasının meyiti evində aşkarlanıb
  • Dün, 11:23
    Azərbaycanın CNN-ə qarşı iddiası - Məhkəmə hansı qərarı verəcək?
  • Dün, 11:11
    5 itkin-şəhidimiz dəfn olunacaq- FOTOLAR
  • Dün, 10:44
    Azərbaycanlı vəkil ABŞ-də hüquq doktoru oldu
  • Dün, 10:39
    Eks-müdafiə naziri Ukraynada seçki keçirməyə çağırdı
  • Dün, 10:32
    Abituriyentlərin diqqətinə! İxtisas seçimi bu gün başa çatır
  • Dün, 10:28
    İran parlamentinin sədri İraqa getdi
  • Dün, 10:24
    Rusiya Ermənistanla bağlı qərarını açıqladı
  • Dün, 10:18
    Dünya bazarlarından Azərbaycan büdcəsi üçün şad xəbər
  • Dün, 10:01
    Qusarda qəza - ölən var
  • Dün, 09:59
    Daha bir bloger saxlanıldı
  • Dün, 09:20
    Qarabağ və Şərqi Zəngəzurda 130 abidə inventarlaşdırılmayıb - RƏSMİ
  • 18-08-2026, 16:47
    Prezident təqaüdçüləri ailə qururlar
  • 18-08-2026, 16:33
    Yeni səfir azərbaycanca ilk paylaşımını etdi
  • 18-08-2026, 15:35
    Prezident Britaniya səfirinin etimadnaməsini qəbul edib
  • 18-08-2026, 15:11
    Qalibaf Hörmüz boğazı ilə bağlı İranın şərtlərini açıqladı
  • 18-08-2026, 14:56
    İtkin düşən hərbçinin taleyi 44 il sonra bəlli oldu
  • 18-08-2026, 14:36
    Azərbaycanda neçə çoxuşaqlı ana var? - AÇIQLANDI
  • 18-08-2026, 14:31
    Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı - Rəsmi Bakıdan ETİRAZ
  • 18-08-2026, 13:32
    "Təbiət bizə əmanətdir və və bu əmanəti gələcək nəsillərə necə çatdıracağımız bu gündən verdiyimiz qərarlardan asılıdır" - Ekoloq
  • 18-08-2026, 12:32
    Səhər saatlarında Tovuzda dəhşətli hadisə: İki meyit tapıldı
  • 18-08-2026, 12:28
    Azərbaycanın dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlığın inkişafı
  • 18-08-2026, 11:56
    Xocəsəndə su xəttində baş vermiş qəza aradan qaldırıldı
  • 14-08-2026, 22:45
    Orxan Cəbrayıl TƏBİB-dən yeni qanun gəlib deyərək işçisini işdən azad etdi
  • 14-08-2026, 20:40
    Rusiya ən böyük neft terminalını dayandırdı
  • 14-08-2026, 17:20
    “Bakı Abadlıq” kimin mülkünü kimə icarəyə verir? – Simurq Kitabxanasından icarə haqqı tələb olunur
  • 14-08-2026, 17:05
    Sumqayıta qatarla getmək istəyənlərə MÜJDƏ - hərəkət bərpa olunur
  • 14-08-2026, 15:37
    TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB
  • 14-08-2026, 15:29
    Metrodakı dəyişiklik kirayə qiymətlərini artıracaq? - AÇIQLAMA
  • 14-08-2026, 15:03
    “Qarabağ” - “Tvente” matçına hakim təyinatı oldu
Daha çox
13-08-2026, 17:14
Ermənistan Azərbaycana bu məhsulları ixrac edəcək
14-08-2026, 09:08
Ermənistan-Azərbaycan sülh sazişi gələn il İMZALANACAQ
14-08-2026, 09:11
Konfrans Liqasında pley-offa çıxan klublar bəlli oldu
14-08-2026, 09:15
Diqqət: kondisionerin bu ziyanlarını bilirsiniz? - Həkim tövsiyəsi
14-08-2026, 09:52
IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı - TAM SİYAHI
14-08-2026, 10:27
Azərbaycan Pakistanı təbrik etdi
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Cəmiyyət
  • Mədəniyyət
  • Səhiyyə
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Baş redaktor: Nuranə Abdullayeva
  • Whatsapp: (99455) 423 25 23
Müəllif hüquqları qorunur. Xebernur.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2023 Xebernur.info
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə