20 min "tamştatlı müəllim" vəzifəsi yaradılır.
Xəbər verilir ki, bunu “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin sözlərinə görə, sertifikatlaşdırma prosesinin növbəti mərhələsində bütövlükdə 115 min müəllimin cəlb olunması planlaşdırılır. İmtahanların nəticələrinə uyğun olaraq müəllim heyəti üçün tamamilə yeni kateqoriyalar və ştat sistemləri tətbiq ediləcək.
“Yeni struktur modelinə görə, imtahanlarda uğurlu nəticə əldə edən müəllimlər üçün mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq. Bu statusu qazanan müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb olunmayacaqlar. Uğur qazanan digər qrup isə əməkhaqqısına əlavə alan saathesabı işləyən müəllimlər kimi fəaliyyətlərini davam etdirəcəklər.
İmtahan mərhələsində uğursuz nəticə göstərənlərə gəldikdə isə, rəsmi qrafik onların "köməkçi müəllimlər" statusuna keçiriləcəyini və ya əmək müqavilələrinə tamamilə xitam veriləcəyini tənzimləyir”.