Köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək üçün müraciət tarixi uzadılıb.
Bu barədə Təhsildə Keyfiyyətin Təminatı Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq qismən akademik şəhadətnamə əldə etmək üçün müraciət tarixi 07.07.2026-cı il, saat 18:00-a qədər uzadılıb.