Ukraynadan Mahaçqalaya hücum olub.
Xarici KİV-ə istinadən xəbər verir ki, gecə saatlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın müxtəlif bölgələrində yerləşən Ozon logistika mərkəzlərinə hücum edib.
Məlumata görə, PUA-ların zərbələri Adıgey Respublikasının Adıgeysk şəhərində, Dağıstanın Mahaçqala şəhərində və Stavropol diyarının Nevinnomıssk şəhərində yerləşən anbarlara yönəlib.
Hücum nəticəsində Mahaçqaladakı logistika mərkəzində bir neçə əməkdaş xəsarət alıb. Hadisədən sonra obyektdə yanğın baş verib.
Adıgeysk və Nevinnomıssk şəhərlərindəki Ozon obyektlərində isə xəsarət alanların olmadığı bildirilir. İlkin məlumatlara əsasən, həmin mərkəzlərə və orada saxlanılan mallara ciddi ziyan dəyməyib.
Hücumun digər nəticələri və zərərin miqyası ilə bağlı məlumatlar dəqiqləşdirilir.